Astarada çəllək kəsilərkən partlayış olub, usta ölüb
1574
18 Jun 2023 | 21:34

Astarada çəllək kəsilərkən partlayış olub, usta ölüb

Astarada ani ehtiyatsızlıq ustanın ölümünə səbəb olub.

Hadisəu200b rayonun Pensər kəndində, tikinti materialları satışı obyektində baş verib.

Ərçivan qəsəbə sakini 1961-ci il təvəllüdlü Zeynalov Firudin Sübhan oğlu laqonda (elektrikli kəsici alət) ilə çəllək kəsərkən anidən partlayış olub. Laqonda u200b aparatı ustanın əlindən çıxaraq, sifətini kəsib. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya baş - sifət nahiyəsinin dərin kəsilmiş - didilmiş yarası diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

İlkin ehtimala görə, ustanın kəsdiyi çəlləyin içərisində kimyəvi maddə və ya məhlulun qalıqları olub.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər