“Surətə dedim ki, ya bizi güllələtdir, ya da gədə-güdəni yığışdır burdan”
Hadisə
Oxunub: 6305
26 Jul 2014 | 10:26
 “Surətə dedim ki, ya bizi güllələtdir, ya da gədə-güdəni yığışdır burdan”














Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov Moderator.az-a aşağıdakı məzmunlu girişlə bir yazı göndərib:


Surət Hüseynova yaxın şəxs kimi tanınan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi Nazim Bayramovun bir müddət öncə saytınızda getmiş yazısıyla bir qədər gec tanış olmuşam və onun iddiaların həqiqəti əks etdirmədiyini görüb Gəncə hadisələrinin həmin epizodunun xronologiyasını ardıcıl təqdim etmək zorunda qalmışam. Ümid edirəm ki, buna şərait yaradacaqsınız.


Əvvəli burada---moderator.az/?xeber=50466

 Oxucuların diqqətinə çatdırım ki, hal-hazırda Yusifov Akif İsaxan oğlu general-mayordur və Milli Qvardiyanın komandanıdır...

Hərbi formada olan mülki adamlar  bizi aparıb Rus ordusundan qalma ərzaq anbarına salmışdılar. Anbar iki mərtəbəli hərbi kazarmanın zirzəmisində yerləşirdi. Bizi zirzəmiyə salandan sonra Surət Hüseynov qalan hərbi qurumun üzvləri ilə təbliğat aparmağa başlamışdı. Hərbi mükəlləfiyyətli əsgərlərin hamısını buraxacağını bildirirdi. Milli ordunun əsgər və gizirlərini bir cərgəyə düzmüşdülər. Milli qvardiya üzvlərindən bir- iki nəfəri əslən Balakən rayonundan olan leytenant Qudulov Abdurəhman Qurban Məhəmməd oğlu və gizir Qudulov  Məhəmməd Ramazan oğlu da onlarla bir cərgədə sıraya durmuşdular. Zirzəminin qapısından biz bu səhnəni seyr edə bilirdik. Surət Hüseynov özünəməxsus seçim edib gedərkən mən zirzəminin qapısından qışqıraraq ona bildirmişdim ki, Surət, nə oldu, ya bizi güllələtdir, ya da gedə-güdəni yığışdır buradan. O mənə tərs-tərs baxaraq çıxıb getmişdi.

Milli qvardiyanın hərbi mükəlləfiyyətli gənc əsgərləri isə qalan qvardiyaçılarla bərabər sıradan çıxmamışdılar. Zabit və gizirlərlə bir yerdə qalmışdılar. Bu hadisəni görəndə o qədər qürur hissi keçirmişdim ki, sevincimdən ürəyim partlamaq dərəcəsinə gəlmişdi. Milli Qvardiya yarandığı gündən bu günə kimi ilk dəfə idi ki, öz sıralarına hərbi mükəlləfiyyətli əsgər qəbul etmişdi. Bu gənc əsgərlərin mərd-mərdanə  Surət Hüseynovun şirin vədlərinə  aldanmamaları Milli Qvardiyanın parlaq gələcəyindən xəbər verirdi. Qısa müddət ərzində bu əsgərləri psixoloji cəhətdən bu səviyyədə yetişdirmək böyük zəhmət tələb edirdi. Odur ki, onların gənc yaşlarında belə mərd kişi kimi çətinliyə dözməsi onların yetişməsində zəhməti olan hər bir komadir üçün sevindirici idi.

  Surət Hüseynov Milli ordunun gizir və sıravi əsgər heyətini buraxıb sırada olan əsir götürülmüş hərbçiləri zirzəmiyə salmağı əmr etmişdi. Zirzəmidən  kartof anbarının üfunət iyi gəlirdi. Saxlanıldığmız vaxtan bir neçə gün keçməsinə baxmayaraq bizim taleyimizlə maraqlanan bir dövlət işçisi yox idi. Saxlanılan gündən demək olar ki, hamı ac-susuz idi. Belə qərara gəlmişdik ki, biz sakit qaldıqca bunların ayağı yer alacaq, ölən  biz, güllələnən biz, sakit durduqca günahkar biz sayılırıq. Ya gəlib günahmızı sübut etsinlər, ya da bizə insan kimi bir şərait yaratsınlar. Heç erməni əsirləri ilə belə rəftar edilmir. Cavan zabitlər bizim etirazımızı qapıda keşik çəkən əsgər və zabitlərinə çatdırmışdılar. 6 iyun 1993 cü il tarixində günortadan sonra təxminən saat beş-altı radələlərində bizə yarım kasa   kələm şorbası və bir parça nəm qara cörək  vermişdilər. Verdikləri nəm qara çörək burada olanların bir neçəsinə heç çatmamışdı da uşaqlar məcbur olub qara çörək tikəsini aralarında yarı bölüşdürmüşdülər.

 

    6 iyun 1993 cü tarixində elə bir hadisə baş verməmişdi həmin axşamı zirzəmidə gecələmişdik. Zirzəminin çölə baxan pəncərələrindən baxanda hiss olunurdu ki, çöl tərəfdə əsgərlər bizim keşiyimizi çəkirlər. 7-si və 8-i iyun tarixi də sakit keçmişdi. 8  iyun tarixində Milli Qvardiyanın silah anbarının rəisi kapitan Məmmədov Elçin Suləddin oğlu mənə yaxınlaşıb söyləmişdi ki, uşaqlar zirzəmidən çölə çıxış you tapıblar. Nə məsləhətdir, gəlin axşam aradan çıxaq. Mən ona demişdim ki, tələsmə, axşama hələ çox var, məsləhətləşək, sonra bir fikirə gələrik. Elçin Məmmədovun verdiyi bu məlumatı Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin komandiri Eldar Əhmədova danışmışdım.  Ondan məsləhət istəmişdim. O məsləhət görmüşdü ki, sən komandirsən, İmkan varsa sıravi üzvlər gizlincə tək-tək aradan çıxsınlar, sən isə getmə. Bir iki gün döz görək bu işin axırı nə ilə qurtarır. Bu hadisələrdən heç gözüm su içmir, nəsə burada çox qaranlıq məqamlar var. Onsuz da hadisə baş verib, bu hadisələr istintaqsız ötüşməyəcək. Çöldə də olsaq, içəridə də bizdən izahat alacaqlar.  Bir az səbr elə. Özün gördün ki, Gəncədə səni tanımayan yoxdur. Polkovnik Əhmədovun bu məsləhəti ağlıma batmışdı. O çox savadlı və bacarıqlı zabit idi. Sovet dövləti vaxtı Moskvada dünyanı lərzəyə salan  xüsusi təyinatlı “Alfa” dəstəsinin komandirlərindən biri olmuşdu. Biz ayrı -ayrı qurumlarda xidmət etsək də hər ikimizin əsli Şamaxılı idi. Onun atası Nəcməddin Xələf oğlu Əhmədov Sovet höküməti və müstəqil Azərbaycan Respublikası dövründə ölkədə yüksək vəzifə tutmuş hörmətli şəxslərdən biri idi. Qardaşı Oktay Əhmədovla vaxtı ilə bir hərbi hissədə xidmət etmişdik, həm də dost idik. Bizimlə zirzəmidə bir yerdə olan və Eldar Əhmədovla mənim danışığımı eşidən Müdafiyə Nazirinin müavini  artileriya rəisi polkovnik Hacırəhim Məmmədov da mənə buradan gizlin yolla çıxıb getməyi məsləhət görməmişdi ki, getsən səni şərə salarlar, üstünə ölüm işi qoyarlar. Odur ki, kapitan Elçin Məmmədovu yanıma çağrıb ona sıravi heyətin imkan daxilində aradan çıxsmasını təşkil etməsini tapşırmışdım. Dönə-dönə onları xəbərdar etmişdim ki, bacardıqca gecə aradan çıxsınlar, bu məlumat gizli saxlanılsın ki, çox adam bilməsin, yoxsa duyuq düşərlər. Heç nədən uşaqlara xətər dəyə bilər. Mən bilən həmin axşam qvardiyaçılardan və milli ordu əsgərlərindən beş-on nəfəri zirzəmidən cıxıb qacmışdı. Milli Qvardiya alayının silah anbarının rəisi kapitan Məmmədov Elçin  Sürəddin oğlu da zirzəmidən gecə ilə çıxıb qaçanlar arasında idi.

Hacırəhim Məmmədov çox sadə bir insan idi. Bədən qurluşuca uzun arıq gülərüz. O bizə səbrli olmağı məsləhət görürdü. Şirin söhbətlər edirdi. Söhbət arası öyrənmişdik ki, Hacırəhim müəllimin çar rus ordusunun artileriya banisi sayılan general Əliağa Şıxlınskiyə qohumluğu çatır. Hacırəhim Məmmədov Sovet hakimiyyəti dövründə hərbi artilleriya məktəbini və hərbi artilleriya akademiyasını bitirmişdi. Sovet orusunun tərkibində polkovnik rütbəsində alay komandiri vəzifəsinə qədər yüksəlmiş, Uzaq Şərqdə xidmət etmişdi. Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycana könüllü gələrək Vətəninin müdafiəsinə qalxmışdı. Polkovnik Hacırəhim Məmmədov ermənilərə qarşı hərbi əməliyyatlar başlayan gündən çox dəyərli işlər görmüş, bütün qaynar bölgələrdə olaraq şəxsən erməni hərbi birləşmələrinə qarşı artilleriya zərbələrinə nəzarət etmişdi.  

      9 iyun 1993 cü il tarixində səhər təxminən 10 radələrində biz saxlanılan zirzəmiyə Gəncə şəhər hərbi prokurorluğunun prokurorları və müstəntiqləri gəlmişdi. Onlar birinci olaraq Milli Qvardiyanın zabit  və qvardiyaçılarından izahat almağa başlamışdılar. Məndən izahat alan müstəntiqdən soruşanda ki, izahatı məndən hansı hökümətin nümayəndəsi alır, o mənə  demişdi ki, çox bilirsən az danış. Hələ ağlın başına gəlməyib, otur izahatını yaz. Ona bildirmişdim ki, axı mən bilməliyəm nəyə görə izahat yazıram. Müstəntiq demişdi ki, Gəncədə qan tökülüb ölüm olub, Gəncə taborunun komandiri Mehman Allahverdiyev öldürülüb. Ona görə cinayət işi qaldırılıb. Ona deyəndə ki, bəs qvardiyanın vəhşicəsinə güllələnən əsgər və zabitləri barədə nə tədbir görürsünüz? O bu sözümdən əsəbləşərək məni qonşu otaqda oturan prokuror Rövşən Yusifovun yanına aparmışdı və ona bildirmişdi ki, bu dikbaşlıq edir. Yusifov mənə baxıb müstəntiqə  demişdi ki, sən  bunu tanımadın? Əbülfəz Elçibəyin Milli Qəhrəmanıdır, neçə gündür televiziya ekranında reklam edirlər. Onun döyüşünü göstərirlər. Bunu yaxşı yaxşı dindir, kim tərəfindən göndərildiklərini öyrən. Müstəntiq mənə baxıb demişdi ki, deyirəm axı, bunun sifəti mənə tanış gəlir, hardasa görmüşəm. Onlara ələ salıb demişdim ki, düz deyirsiniz, Ermənistana oğurluğa getmişdim, ona görə göstərirlər, caniyəm. Mənim bu sözümdən sonra o müstəntiqə demişdi ki, apar. Müstəntiq yenidən məni ona ayrılan dindirmə otağına gətirmişdi və qabağıma kağız qələm qoymuşdu. Mən Gəncə şəhər hərbi prokrorunun adına izahat yazmağa başlamışdım.Yazdığım izahatda Gəncə şəhərinə Gəncə-Kəlbəcər istiqamətində döyüş əməliyyatlarında iştirak etmək  üçün göndərildiyimizi qeyd etmişdim. Danışıq vaxtı tutulduğumu və Gəncədə Milli qvardiyaçıların başına gətirilən bütün müsibətləri qeyd etmişdim. Müstəntiq məndən prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə şəhərinə  göndərilib-göndərilməməyimiz barədə  soruşduqda hiss etmişdim ki, onun məqsədi nədir. Odur ki, baş vermiş vəziyyəti nəzərə alıb Milli Qvardiya komandanının göstərişinə əsasən dövlət tərəfindən keçiriləsi hər hansı bir əməliyyata rəhbərlik edəcəyimi qeyd etmişdim. İzahatımda bu suala cavab olaraq bildirmişdim ki, prezident Əbülfəz Elçibəy bizi Gəncəyə Surət Hüseynovun üstünə göndərməyib, mən  kadrlar şöbəsinin rəisi kimi belə bir sənəd  görməmişəm və göstəriş eşitməmişəm. Bundan əlavə Gəncə şəhərinə nə vaxt saat neçədə gəldiyimizi qeyd etmişdim. Gəncə taborunun komandiri Mehman Ələkbərovun ölümü ilə bağlı suallara cavab vermişdim. Müstəntiq mənim izahatımı oxuyub qol çəkdirdikdən sonra bildirmişdi ki, incimə, mən sizi çox gözəl başa düşürəm. Bizi də məcbur edirlər. Mən kiməm, bu söhbət öz aramızda qalsın. Səbrli olun. Hərbi prokurorluğa ifadə verəndən sonra məni yenidən gətirib zirzəmiyə salmışdılar. İçəri girən kimi qvardiyaçılar mənə demişdilər ki, komandir, yanınıza gələn var...

Ardı var...

Oxşar xəbərlər
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO