"Bir gün eyni təsadüflə Prezidentimiz İlham Əliyevlə görüşəcəyimə ümid edirəm"
Hadisə
Oxunub: 8081
20 Feb 2019 | 10:21
Fevralın 14 - də ölkənin ikinci paytaxtına səfəri zamanı şəhər sakinləri ilə gözlənilməz görüş keçirən və hamıda xoş təəssürat yaradan birinci vitse prezident Mehriban xanım Əliyevanın həmsöhbət olduğu gənclərdən biri, Almaniyanın nüfuzlu Freie Universitetinin doktorantı, biologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası, Botanika İnstitutunun keçmiş əməkdaşı, Aqrar Universitetin elm şöbəsinin elmi işçisi Tural Paşa oğlu Qasımov olub. 

Moderator.az-ın əməkdaşı onun görüş təəssüratını öyrənib:

"14 fevral hər kəsin həyatında bir cür qaldı, mənim isə heç bir zaman yaddaşımdan silinməyəcək xoş bir tanışlıq tarixi kimi. Günorta saat 13 radələri idi, nahar fasiləmin bitməsinə hələ 30 dəq qalmışdı. Çalışdığım Aqrar Universitet Xan bağının yaxınlığında yerləşdiyindən bağda bir az gəzişib təmiz hava almaq daha sonra isə işimə davam etməyi qərara aldım. Bir az gəzişdim və skamyaların birində oturub anamla telefonla danışırdım. Birdən parkda olan insanların irəliyə doğru hərəkətini gördüm. Sağ tərəfə baxdığımda Ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanı və Gəncə şəhər icra başçısı Niyazi Bayramovu gördüm. Həm təəccübləndim, həm də bilmirəm necə deyim, çox xoş hisslər yarandı. Çünki, bu şəxslərin mənə bu qədər yaxın məsafədə olduğunu ilk dəfə görürdüm. Tez ayağa qalxıb insanların onları əhatə elədiyi yerə gəldim. Hər kəs onları görməkdə çox sevinirdi. Kimisi birinci xanıma öz problemlərini çatdırır, kimisi həll edilmiş problemlərinə görə təşəkkürünü bildirirdi. Mehriban xanım isə hər kəsi diqqətlə və sonadək dinləyirdi. 
Mən ilkin olaraq Mehriban xanımdan bir az kənarda dayanmış Leyla xanımı salamladım, özümü xaricdə təhsil almış gənc bioloq, botanik alim kimi təqdim etdim. Leyla xanım bildirdi ki, o bitkiləri çox sevir, təbiətin vurğunu və heyranıdır. Mən isə öz növbəmdə bir botanik kimi hər şeyin başlanğıcının məhz bitkilər olduğunu və bütün canlıların qida zəncirində bitkilərdən asılı olduğunu, bitkilərin hər bir növünün mühafizəsinin mütləq olduğunu dedim. Söhbət əsnasında ətraf mühitlə bağlı fikirləşdiyim layihənin mövzusunu Leyla xanıma bildirdim. Çünki Leyla xanım IDEA İctimai Birliyinə rəhbərlik edir. Bu cür işlər məhz həmin təşkilat tərəfindən dəstəklənir. Leyla xanım ideyamı çox bəyəndiyini və bu işin tezliklə həyata keçiriləcəyinin zəruriliyini dedi və öz köməkçisinə mənim əlaqə vasitələrimi qeyd etməyi tapşırdı. Köməkçi mənim ad soyad və əlaqə nömrəmi öz dəftərində qeyd etdi. Bir neçə gündür səbrsizliklə məni arayıb ideyamla daha yaxından maraqlanaclarını gözləyirəm. Çünki, əgər bu ideyamı reallaşdıra bilsəm, bu Azərbaycan və dünya florası üçün Leyla xanımın dəstəyi ilə çox böyük bir yenilik olar (Layihə barədə geniş demək istəmirəm, çünki bu mənə məxsus yeni bir ideyadır). Hər kəs kimi sonda məndə gülərüz və mehriban Leyla xanımla bir selfi şəkli çəkdirdim.

Daha sonra isə ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı salamladım, özümü Almaniyanın Fray Universitetində doktorantura təhsili almış bir gənc kimi təqdim edərək, hazırda Gəncədə Aqrar Universitetin elm şöbəsində elmi işçi kimi çalışdığımı və Universitetimizin  rektoru İbrahim müəllimin gənclərə hərtərəfli qayğısını diqqətə çatdıraraq, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının təqaüdçüsü kimi Ölkə rəhbərimiz Ali Baş Komandan cənab İlham Əliyevə gənclər adından və öz adımdan təşəkkürümü bildirdim. Mehriban xanım isə mənim təşəkkürümün cənab prezidentə çatdıracağını bildirdi.

Bir gənc alim kimi özümdə çox böyük qürur hissi duyuram ki, Ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva ilə qısa zaman kəsiyində səmimi söhbət apara bildim və müəyyən fikirlərimi çatdırdım. Bu cür görüşlərin davamınlı olmasını və bir gün eyni təsadüflə Prezidentimiz İlham Əliyevlə görüşəcəyimə ümid edirəm.

Ən böyük arzularımdan biri bir gənc alim kimi Ölkəmizdə eləcə də xaricdə qazanmış olduğum bilikləri, yenilikləri növbəti gənc nəslə çatdımaq, tətbiq etmək və Azərbaycanın Təhsil sistemində aparıcı vəzifələrdən birini tutmaqdır. Çünki, bu ulu Öndərin biz gənclərə tapşırığıdır və hər bir gənc gələcək həyat yollarında bu tapşırığı özünə amal seçməlidir. Uzaqgörən siyasətçi Heydər Əliyev hələ illər əvvəl Azərbaycan gənclərinə inanırdı və O, 1998-ci il ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək demişdi: “Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsiniz, əziz övladlar!


Moderator.az oxucuların yaxından tanıması üçün istedadlı gəncimizə AMEA-nın  Botanika İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü V.M.Əlizadənin verdiyi XASİYYƏTNAMƏni də təqdim edirik:

Verilir 1987-ci il təvəllüdlü, azərbaycanlı, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun “Sistematika və biomüxtəliflik” şöbəsinin “Alqologiya və lixenobriologiya” laboratoriyasının elmi işçisi, doktorant Tural Paşa oğlu Qasımova

Tural Paşa oğlu Qasımov 2005-ci ildə Gəncə şəhəri 25 saylı orta məktəbi “Fərqlənmə Attestatı” ilə bitirərək, Bakı Dövlət Universitetinin Biologiya fakultəsinə daxil olmuşdur. 2009-cu ildə Universiteti “Fərqlənmə Diplomu” ilə bitirərək, elə həmin il BDU-nun “Biofizika və molekulyar biologiya” kafedrasının magistraturasına qəbul olmuş, 2011-ci ildə magistraturanı da “Fərqlənmə Diplomu” ilə bitirərərk Botanika İnstitutunun doktoranturasına qəbul olmuş, doktorantura təhsilini bitirdikdən sonra 2015-2017-ci illərdə Botanika İnstitutunda kiçik elmi işçi, 2018-ci ildən hazıradək İnstitutun “Sistematika və biomüxtəliflik” şöbəsinin “Alqologiya və lixenobriologiya” laboratoriyasında elmi işçi vəzifəsində çalışır.
2011-2014 cü illər ərzində T.P.Qasımov əvvəlcə İnstitutun doktoranturasında təhsil almış, 2014-2015 tədris ilində təhsilini və tədqiqat işini Freie Universiteti (Almaniya, Berlin) nəzdində olan Berlin Botanika Bağı və Botanika Muzeyi-ndə (BBBM) davam etdirmiş, həmin Universitetin alimi Dr. Parolly ilə 15-27 Aprel 2015 tarixləri müddətində Azərbaycanın müxtəlif bölgələrində, tədqiqat obyekti olan briofitləri müasir səviyyədə tədqiq etmişdir. Təhsil aldığı müddət ərzində onun Freie Universitetinə təqdim etdiyi PhD layihəsi təsdiqlənmiş, 1 iyun 2016-ci ildə həmin Universitetdən təhsilini və tədqiqat işini müvəffəqiyyətlə bitirməsi haqda sertifikat almışdır. T.P.Qasımov 20 elmi əsərin müəllifidir. 2016-2017-ci illərdə o, 4 müxtəlif “Beynəlxalq Konfrans” da iştirak edərək məruzələr etmiş, 2 elmi əsəri isə Beynəlxalq Simpozium materiallarına (Symposium on EuroAsian Biodiversity, 23-27 May 2016, Antalya, Türkiyə, Symposium on EuroAsian Biodiversity, 05 - 08 July 2017, Minsk, Belarus ) daxil edilib. 
Uğurlu işlərin gedişatı nəticəsində, Dr. Parolly və Prof. Kürschner ilə birlikdə müəllifi olduğu məqaləsi Thomson Reuters-Web of  Science bazasının ISSN seriyalarına aid nüfuzlu  “Herzogia” (İF-0.825) və “Crypogamie” (İF-1.25) jurnallarında çap edilmişdir. T.P.Qasımovun elmi uğurları nəinki Azərbaycan brioflorası, eləcə də Qafqaz brioflorası üçün yeni elmi nailiyyətlərdir. 
T.P.Qasımov rus, ingilis və türk dillərində sərbəst danışır. T.P.Qasımov  ictimai fəallığı ilə seçilir. O, AMEA-nın və İnstitutun keçirdiyi bütün  konfrans və tədbirlərdə iştirak edərək, çıxışlar edir. T.P.Qasımov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səy göstərən vətənpərvər gənclərdəndir.
T.P.Qasımov çalışdığı “Sistematika və biomüxtəliflik” şöbəsinin və İnstitutun əməkdaşlarının hörmətini qazanmışdır. O, üzərinə düşən vəzifənin öhdəsindən  layiqincə gəlməyi bacaran, çalışqan, savadlı gənc tədqiqatçıdır.
Xasiyyətnamə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmək üçün verilir.
Oxşar xəbərlər
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
03 May 2024 | 10:54
Bərdədə kişi intihar edib
03 May 2024 | 11:05
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
03 May 2024 | 11:04
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
03 May 2024 | 11:00
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
03 May 2024 | 11:12
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
03 May 2024 | 11:10
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 | 11:16
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
03 May 2024 | 10:54
Bərdədə kişi intihar edib
03 May 2024 | 11:05
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
03 May 2024 | 11:04
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
03 May 2024 | 11:00
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
03 May 2024 | 11:12
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
03 May 2024 | 11:10
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 | 11:16
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI