Rus televiziyonçusu AzTV sədrini necə təhqir edib?
Oxunub: 6963
31 Jul 2015 | 00:02
Rus televiziyonçusu AzTV sədrini necə təhqir edib?
“Azadlıq” qəzeti bugünkü sayında AzTV sədri A.Alışanovun əməlləri barədə maraqlı məqalə dərc edib. “Arif Alışanov hansı Vətənə xidmət edir?” adlı həmin məqaləni olduğu kimi təqdim edirik. 

 “Milli mətbuatın 140 illiyi ilə bağlı uğursuz yubiley tədbirləri, xüsusən əcaib təltif kampaniyası haqqında hələ çox danışılacaq. Bu yubiley gerçək medianın məhv edildiyini, heç bir meyarlara əsaslanmayan uğursuz təltif “tamaşası” isə məmləkətdə jurnalistikadan uzaq, hər addımda həqiqəti tapdalayan təbliğatçılar ordusunun yetişdiyini göstərdi. Bu proseslər həm də cəmiyyətdəki mənəvi problemin nə qədər dərinləşdiyini, əxlaqsızlığın, aşınmanın hansı həddə gəlib çatdığını nümayiş etdirdi. 
      
Mənasız yubiley şoularının heç birində gözə dəyməyən, yeni mətbuat düşüncənin formalaşmasında böyük rol oynamış “Yeni nəsil” jurnalistlər birliyinin sədri  Arif  Əliyev demişkən, “bir vaxtlar sinəsinə döyən adamların indi sinələrinə orden-medal taxmaları” məsələnin bir tərəfidir. Amma başqa bir məsələ də açıq-aşkar nəzərə çarpır. Dünənə qədər sovet dövrünün ifadəsi ilə desək, “antipodlar”, əxlaqsızlar, oğrular, mənəviyyat alverçiləri, cəmiyyətin tör-töküntüləri üzə çıxmaqdan ehtiyat edər, utanıb-çəkinər, adam arasına çıxmaz, səslərini içlərinə çəkib oturardılar. Malisəf, indi onlar utanıb-qızarmadan, çəkinmədən ortalıqda meydan sulayır, hətta heç nə olmamaış kimi onu-bunu borclu da çıxarırlar.   Ən pisi odur ki, belə davranışlar ən yüksək səviyyədə himayə olunur, müdafiə edilir, stimullaşdırılır və gələcək nəslə  hansı yolla getməyin “vacibliyi” göstərirlir.

 *   *   *
Şəri təmsil edənin, layiq olmayanın, bu cəmiyyətə xeyrindən çox ziyanı dəyən adamın irəli çəkilməsi də, bəd əməllərinə görə ona işıq yandırılması da, himayə olunması da həmişə pis nümunə yaradır, adamların həyata inamını sarsıdır. Ona görə də belələrinin fərqləndirilməsi həmişə etiraz doğurur. Bu gün hamının gözü qabağında himayə olunan belə marallardan biri, indiki hakimiyyətin eybəcər fiqurlarındansayılsa da bütün qapıları pulla açmağı bacaran, təkcə ana TV-mizin yox, elə cəmiyyətin də üz qarası sayılan AzTV-nin mühasib sədri Arif Alışanovdur. 
Siz diqqət yetirin, uzun illərdir ki, adı maliyyə fırıldaqlarında hallanan, vaxtilə büdcə oğurluğuna görə haqqında iki dəfə cinayət işi açılmış bu adam mədəniyyətə dəxli olmaya-olmaya “əməkdar mədəniyyət işçısi”dir, yaradıcılığa dəxli olmadığı, bioqrafiyasını əməlli-başlı yaza bilmədiyi halda televiziya sədridir, veriliş hazırlamağın nə olduğunu dərk edə bilmədiyi halda yaradıcı ınsanalara rəhbərlik edir, parlamentdə ağzını açmadığı halda millət vəkilidir. Nəhayət, bütün davranışları ilə mədəniyyətə, televiziya sənətinə, ictimai əxlaqa, Vətən maraqlarına bu qədər ziyan vurduğu halda “Vətənə xidmət” ordeni ilə  təltif edilir. Taleyin istehzası, bax budur!

Bu təltif A.Alışanovu tanıyanları ürəkdən nə qədər güldürsə də, onun əməllərindən zərər çəkənləri bir o qədər çox qəzəbləndirdi. Hətta, AzTV-nin həlim xarakteri ilə tanınan bir xanım əməkdaşı bu haqsızlığa dözməyib sosial şəbəkədə öz etiraz səsini ucaltdı. Amma kimdir bu etirazlara baxan?

 *   *  *
Əlbəttə “vətənə xidmət” ciddi anlayışdır, onun arxasında mən həmişə dürüst, vicdanlı və namuslu insanları təsəvvür edirəm, malisəf Arif Alışanov bu kateqoriyadan olan adam deyil. Ömrü boyu AzTV-də alıb-aldatmaqla məşğul olub, dövlət büdcəsindən pul oğurmaq məharəti ilə məşhurlaşıb, camaatın yanında daim gözükölgəli gəzib, həmişə də adı mənfi planda hallanıb. Keçmiş sədr Nizami Xudiyevə xəyanət etməklə, ona tələ qurmaqla yuxarıdakı hamilərinin köməyi ilə hakimiyyətə gəlib. Sədr olandan sonra AzTV-ni yeddi arşın quyunun dibinə salıb, onun miqyasını balacaladıb, buranı özfəaliyyətə çevirib. Ən pisi odur ki, bütün peşəkar jurnalistləri müxtəlif bəhanələrlə işdən çıxarıb, ləkəli keçmişinin şahidi olanların hamısına əlvida deyib.
 Qeyri-peşəkar göstərişləri, işi bilmədiyi üçün tez-tez gülməli vəziyyərtə düşən A.Alışanov yaradıcılıqdan və mənəviyyatdan uzaq adamdır. Onunku puldur, maliyyədir. Odur ki, barama qurdu kimi başını AzTV-nin ildən-ilə çoxalan büdcəsinin üzərinə qoyub xımır-xımır yeyir. Mən hələ gündəlik yığılan rüşvət pullarını, büdcədən və vergidən gizlədilən reklam və sponsor pullarını demirəm. Bunları mənimsəməkdə də o, çox məharətlidir. 
Adını sədr qoyan A.Alışanov maliyyə mənimsəmək məsələlərində nə qədər mahir və pərgardırsa, ümumi dünyagörüş, bilik və savad məsələsində bir o qədər məhdud və dayazdır. Məsələn, məşhur “Gülüstan” sülh müqaviləsinin ildönümü ilə bağlı hazırlanmış verilişə baxdıqdan sonra “ali savadlı” sədrin “buradan Rusiya və İranın adını çıxarandan sonra proqramı efirə vermək olar” deməsi indi də AzTV-də gülməli bir lətifə kimi dolaşır. Elə bu səviyyəsizliyinə görə hələ iki il əvvəl Rusiyanın RTR kanalının rəhbəri Oleq Dobredeyevin cənab Alışanova ikrahla ünvanlanan “kakoy vı smeşnoy çelovek” atmacası hələ də çoxlarının yadından çıxmayıb. İndi siz deyin, bütün bunların Vətənə xidmətlə bir əlaqəsi varmı? Bütün bunlara görə adamı həbsxanaya atarlar, yoxsa orden verərlər?
AzTV sədri həm də tutduğu vəzifənin məntiqinə uyğun olmayan bir şəkildə siyasi cəhətdən korazehindir. Təxminən bir ay əvvəl ölkədə Avropa idman olimpiadasının keçirildiyi günlərdə bu “istedadını” ekranda da nümayiş etdirib. Nə baş versə yaxşıdır? Ordenli sədr iyunun 15-də saat 14.29-da “İdmanAzərbaycan” kanalında efirə gedən Avropa oyunlarının açılışına həsr olunmuş videomaterialın üstündə erməni separatçılarının oyuncaq “DQR” qurumunun himnini səsləndirib. 

Nə qədər acınacaqlı olsa da erməni bəstəkarı Ara Gevorkyanın “Artsax” musiqisi ölkənin siyasi rəhbərliyinin də göründüyü kadrların üzərində iki dəqiqəyə yaxın səslənib. 
Qəribədir ki, erməni himni Azərbaycan televiziyasına necə düşüb? Bundan qəribəsi də odur ki, belə korazehinliyə görə Alışanova “gözünün üstündə qaşın var” deyən olmayıb. Əvəzində isə ordenli sədrin hamiləri bu barədə dəqiq məlumat yazan sayta təpiniblər ki, həmin məlumatı çıxarsınlar. İndi siz özünüz deyin bu Arif Alışanov kimə və hansı Vətənə xidmət edir?”
Oxşar xəbərlər
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 11:33
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
03 May 2024 | 11:31
Lənkəranda inəyi vuran avtomobil yanıb
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 11:37
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 11:33
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
03 May 2024 | 11:31
Lənkəranda inəyi vuran avtomobil yanıb
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 11:37
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 12:04
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 11:47
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?