Gələcək nəsillərə mübarək yol xəritəsi
Gündəm
Oxunub: 2139
26 Jun 2024 | 16:21
Gələcək nəsillərə mübarək yol xəritəsi
26 iyun – ölkəmizdə Silahlı Qüvvələr Günü olaraq qeyd olunur; bu gün şanlı Azərbaycan Ordusunu hərbi qulluqçularının peşə bayramıdır. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci ildə imzaladığı Fərmana əsasən, Azərbaycan Xalq Cümhuriyyətində Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün ölkəmizdə Silahlı Qüvvələr Günü elan olunub. Faktiki olaraq, Xalq Cümhuriyyəti dönəmində yalnız bir dəfə bayram edilə bilən şanlı 26 İyun günü, artıq 26 ildir təntənə ilə bayram edilir.
 
Ölkəmizin rəsmi dövlət bayramı olaraq qeyd olunan 26 İyun - Silahlı Qüvvələr Günü, özəlliklə son 4 ildə bir başqa şövqlə, bu ilsə ən özəl gün olaraq bayram edilir. Bu da səbəbsiz deyil. ll Qarabağ müharibəsində tarixi Zəfərə imza atmış şanlı Ordumuzun mənsubları, bu ilki peşə bayramını ərazi bütövlüyü, suverenliyi bərpa olunmuş respublikanın qürurlu hərbçiləri olaraq keçirir. Bu isə qüdrətli əcdadımızın hərb ənənələrinin davam və inkişafını göstərir; dədələrimizin, şəhidlərimizin ruhunu şad edən ən önəmli, unudulmaz hadisə olaraq çiçəkləyir, gözəllik saçır. - Bu, həm də gələcək nəsillərə mübarək yol xəritəsi cızıldığını təcalla etdirir. Əcdadı, gələcək nəsilləri eyni gündə düşünmək ! - 26 İyun bax belə özəl və gözəl gündür!
 
Bəli, Azərbaycan Ordusu qədim tarixə və qələbələrlə zəngin bir özkeçmişə sahibdir. Ordumuzun şanlı tarixinə nəzərə salanda görürük ki, Azərbaycan ərazisində yaranmış ilk dövlətlərdən etibarən ordu diqqət mərkəzində olub. Daha sonra orta əsrlər dövründə nizami ordu birliklərinin yaradıldığı Səfəvilər dövründə isə nizami ordu birləşmələri formalaşdırılıb, uyğun vəzifə bölgüləri aparılaraq ixtisaslaşmış birliklər qurulub. Daha sonra xanlıqlar dövründə hər xanlıq öz ordusunu formalaşdırmaqla, təhlükəsizliyini təmin etməyə çalışıb. Nizami milli ordumuzun yaradılması isə Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təvafüq edir. Öz müstəqilliyini elan etməsindən heç 1 ay keçməmiş (26 iyun 1918) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan korpusu yaradılıb.
 
Çox təəssüflər ki, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı, Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublikada ali hakimiyyətə gəlişindən sonra - o böyük şəxsiyyətin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi məktəbin yaradılmasına nail oldu. Hərbi məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı.
C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu öndərin uzaqgörənliyi sayəsində azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. O illərdə alınmış uzaqgörən qərarların nəticəsini biz dövlət müstəqilliyinin bərpası dönəmində, müstəqil Azərbaycanın ordu quruculuğunun ilk illərində dərindən hiss etdik, gördük.
 
Bugünkü Qalib Azərbaycan Ordusu isə istər silah arsenalının zənginliyinə, istərsə də şəxsi heyətin yüksək bacarıqlarına görə dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Hər bir azərbaycanlı qalib Ordumuzun gücü ilə haqlı qürur duyur, ona tarixi Zəfər bəxş etmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir.
 
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx, səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə - çağdaş standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi. Beynəlxalq Sülhməramlı Qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan, öz imkan və bacarıqlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu çağdaş orduya çevrildi.
 
Nəhayət, ölkəmiz 30 illik ağır nisgilə birdəfəlik son qoydu və Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuz Dövlət-Xalq birliyinin təntənəsi ilə işğalçıları ərazilərimizdən qovub çıxardı. Qazanılmış şanlı qələbə Azərbaycan Dəmir Yumrğunun gücünü, kəramətini dosta da, düşmənə də göstərdi.
 
Çox önəmli hadisələrdən biri ondan ibarət idi ki, 1992-1993-cü illərdə aparılan daxili intriqalar zamanı torpaqlarımız düşmən əlinə keçdi. Ermənistan Azərbaycan hakimiyyətində olan hərc-mərclikdən maksimum dərəcədə istifadə edərək, torpaqlarımızı işğal etdi. Əzəli və əbədi torpaqlarımızın düşmən tərəfindən işğalı uzun illər ərzində sağalması çətinləşən ağır yaraya çevrildi. 90-cı illərdə başlayan işğalın qarşısının alına bilməməsi minlərlə Vətən övladının şəhid olması, yurd-yuvalarımızın talan edilməsi, habelə qaçqınlıq və məcburi köçkünlüklə nəticələndi…
 
Əziz Vətən torpaqlarının yağı düşmən işğalına məruz qalması siyasi cəbhədə baş verən qeyri-müəyyənliklərin, ordunun təchizatının zəifləməsi və idarəetmədə olan çətinliklərin, uzun müddət davam edən siyasi hərc-mərcliklər və açıq deyək, bəzi xəyanətlərin nəticəsi idi…
 
O vaxtkı bədnam hadisələrin səbəbkarlarının ll Qarabağ müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılmış qələbəyə qarşı apardıqları uyğunsuz davranışları, onların əsl simasını - daha doğrusu, əsl simasızlığını göstərir.
 
Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri, bu gün, Prezident, Ali Baş Komandan İlham Əliyevin müzəffər rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir.
 
44 günlük Vətən müharibəsi qədim və şərəfli tarixi olan xalqımızın hərb salnaməsinə yazılmış şanlı qələbədir.
 
Ulu Öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən böyük başarıyla davam və inkişaf etdrilir. Məhz bu davamlılığın və inkişafın sayəsində, torpaqlarımızın 30 illik erməni işğalından azad olunması ilə mümkün oldu. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə və əbədi dalğalanır! Çağdaş Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan Zəfər bütün dünyaya Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin yenilməzliyini, gücünü nümayiş etdirdi.
 
Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir.
II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
 
Silahlı Qüvvələrimizin bütün mənsublarını əlamətdar bayram günü ilə bağlı təbrik edir, gərgin və məsuliyyətli işlərində, unudulmaz xidmətlərində yeni uğurlar arzulayıram!
 
Yaşasın, Azərbaycan xalqı!
 
Yaşasın şanlı Ordumuz!
 
Yaşasın, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!
 
Silahlı Qüvvələr Günümüz mübarək!
 
Adil_Eliyev (5).jpg (387 KB)
 
Vitse-spiker Adil Əliyev
 
Oxşar xəbərlər
10:00, Bu gün
Bu, ən zərərli giləmeyvədir- Uşaqlara verməyin
09:52, Bu gün
Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb
09:50, Bu gün
Taksilərlə bağlı qərarın müddəti uzadıla bilər?
09:44, Bu gün
Diqqət: Hovuz və dəniz suyu kor edə bilər...
09:36, Bu gün
“O xanımı müalicə edin, adam istəyir yer yarılsın, yerə girsin”
09:28, Bu gün
Bu 3 ifadəni kimdən eşitmisiniz? - Dərhal sağollaşın
09:22, Bu gün
Azərbaycan polisi təhlükəsizliyimizin qarantı, hüquqlarımızın təminatçısıdır!
09:20, Bu gün
Marketlərdə satılan “xəstəlik”: Onlara pul xərcləməyin
09:14, Bu gün
Paşinyan bunu Ərdoğanı razı salmaq üçün etdi?
09:11, Bu gün
Bakının mərkəzində yeni park salınır - Bəzi evlər SÖKÜLÜR
09:00, Bu gün
İranda seçki qutularını daşıyan avtomobilə HÜCUM: ölən və xəsarət alanlar var
08:55, Bu gün
Nə qədər ömrümüzün qaldığı gözümüzdən müəyyən ediləcək - Alimlərdən şok açıqlama
08:50, Bu gün
Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır - Şadlıq sarayları qiymətləri nə qədər qaldırdı?
08:43, Bu gün
Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər
08:33, Bu gün
Meyvələri bu qayda ilə yemədikdə orqanizm zəhərlənir
08:28, Bu gün
Alleqri, Sarri və Klopp: Millinin baş məşqçisi hansı olacaq?
08:12, Bu gün
Dövlətin bir milyon manatını mənimsəyən sabiq direktor barədə yeni MƏHKƏMƏ QƏRARI
08:00, Bu gün
Yeniyetmələrdə yüksək qan təzyiqiyaranmasının SƏBƏBLƏRİ
07:50, Bu gün
15 manata sevişdiyi qadını qalığını qaytarmadığı üçün alt paltarı ilə boğdu - BAKIDA ŞOK CİNAYƏT
07:39, Bu gün
Bu bürclər üçün xoşbəxtlik və firavanlıq mərhələsi başlayacaq – İyunun 10-dan sonra 
07:25, Bu gün
Fermer yeddi nəfəri özünə QUL ETDİ
07:17, Bu gün
Putinin Şimali Koreya diktatoruna verdiyi maşında Cənubi Koreya “iz”ləri tapıldı...-FOTO
07:13, Bu gün
İranda prezident seçkiləri: Səid Cəlili liderdir
06:45, Bu gün
Keşiş Baqrat bu dəfə “ZİL” markalı yük maşınında gündəmə gəlməyə çalışdı...-VİDEO 
28 Jun 2024 | 23:51
Pula görə özünü ağacdan asdı
28 Jun 2024 | 23:42
İsrail öz qoşunlarını şimala göndərir və "ekstremal ssenariyə" hazırlaşır
28 Jun 2024 | 22:30
İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"
28 Jun 2024 | 22:28
Çingiz Əhmədov: "Aparıcılar nə danışdıqlarını bilmirlər"
28 Jun 2024 | 21:54
Bastırkin Dövlət Dumasını "Dövlətin axmaq qadını" adlandırıb və Kremlin "uydurma"sının üstünü açıb
28 Jun 2024 | 21:49
Növbədənkənar parlament seçkiləri dövlətimizə və demokratiyamıza nə vəd edir?
28 Jun 2024 | 20:35
Hakan Fidan Andrey Yermak ilə Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
28 Jun 2024 | 20:18
Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır - Sahibkarların fürsətə çevirdiyi DÖVR
28 Jun 2024 | 20:17
Dünyada çox güclü maqnit qasırğası başladı
28 Jun 2024 | 20:15
Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır
28 Jun 2024 | 20:14
Rusiyanın ATƏT PA-da fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat layihəsi Dumaya təqdim edilib
28 Jun 2024 | 20:09
“Bakcell” Şuşada yeni mağazasını təqdim etdi!
28 Jun 2024 | 20:06
“Atamın şəkilini mənim şəkilimlə birlikdə paylaşmayın, əcəb edib açıq-saçıq geyinirəm”-FOTO
28 Jun 2024 | 19:31
Azərbaycan və Macarıstan müdafiə nazirlərinin Budapeştdə görüşü olub
28 Jun 2024 | 19:28
İranda prezident seçkilərində səsvermə iki saat uzadılıb
28 Jun 2024 | 19:26
Sabah MSK-nın növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk iclası keçiriləcək
28 Jun 2024 | 19:23
Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub
28 Jun 2024 | 19:21
Blinkenin köməkçisi Qazax istiqamətindəki demarkasiya prosesini alqışlayıb
28 Jun 2024 | 19:19
"Rusiya Ukraynada böyük sıçrayışa nail olmayacaq" - Stoltenberq
28 Jun 2024 | 19:10
Qatarla səfər etmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar DƏYİŞDİ
28 Jun 2024 | 18:27
“Özü də iclasda iştirak edən Azərbaycan rəhbəri Qarabağdakı ermənilərin bu qərarının qəbulunun qarşısını ala bilmədi...” 
28 Jun 2024 | 18:07
Yasamalda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb
28 Jun 2024 | 17:46
Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov Ağdaşda dəfn edilib
28 Jun 2024 | 17:40
Albaniya ilə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən tərkibi TƏSDİQLƏNDİ
28 Jun 2024 | 17:04
Azərbaycan Avropa və MDB-də yeganə ölkədir ki, Parlamentdə müxalifət fraksiyası yox idi
28 Jun 2024 | 16:50
Çexiya və Ukrayna təhlükəsizlik sazişi imzalayacaq
28 Jun 2024 | 16:48
Azərbaycanın bu bölgələri də silkələnəcək - Seysmoloqdan xəbərdarlıq  
28 Jun 2024 | 16:45
Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
28 Jun 2024 | 16:31
40 dövlət orqanında mövcud olan 94 vakant vəzifə daxili müsahibəyə çıxarılıb
28 Jun 2024 | 16:24
Orban Kiyev qarşısında 11 tələb irəli sürüb - Ukraynalılar şokdadır
28 Jun 2024 | 16:21
Qonşu ölkədə abortla bağlı YENİ QƏRAR 
28 Jun 2024 | 16:16
Laçında daha 21 ailəyə evlərin açarları təqdim olundu - FOTOLAR
28 Jun 2024 | 16:09
"Putinin niyyətləri əbəsdir" - Olaf Şolts
28 Jun 2024 | 16:05
Xaçmazda istismar müddəti başa çatan qaz xətləri əvəzlənir — VİDEO
28 Jun 2024 | 16:03
Monteneqro-Azərbaycan biznes forumu keçirildi - FOTO
28 Jun 2024 | 15:59
Kəlbəcər təbiətinin qorunması üçün tədbirlər davam etdirilir - FOTO  
28 Jun 2024 | 15:56
Qıza görə törədilən qətl: Səbəbkar DANIŞDI – FOTO  
28 Jun 2024 | 15:51
Laçında hind filmi çəkiləcək
28 Jun 2024 | 15:47
Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər
28 Jun 2024 | 15:42
Bayden-Tramp "savaşı": Çin, Rusiya-Ukrayna, Yaxın Şərq və Cənubi Qafqaz səhnəsi - TƏHLİL
28 Jun 2024 | 15:37
Təsdiqlənən yeni CƏRİMƏLƏR - Qaydaları pozan sürücüləri bu cəzalar gözləyir
28 Jun 2024 | 15:36
Qarabağ Universiteti digərlərindən buna görə FƏRQLƏNƏCƏK - Yataqxanalar pulsuz olacaq...
28 Jun 2024 | 15:31
Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edildi - FOTO
28 Jun 2024 | 15:27
Bakıda bahalı iti oğurlayan şəxs TUTULDU
28 Jun 2024 | 15:22
Nərimanovda kafedəki yanğın söndürüldü - VİDEO
28 Jun 2024 | 15:15
“Qanun korrupsiyanın genişlənməsinə xidmət edir” – Tanınmış vəkildən SENSASİON açıqlama
28 Jun 2024 | 15:10
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində 6 ixtisaslaşma üzrə kadr hazırlanır
28 Jun 2024 | 15:05
Parlament buraxıldı - Seçkinin vaxtı açıqlandı
28 Jun 2024 | 15:03
Şadlıq saraylarının menyu qiymətləri bundan sonra da artacaq, çünki...-Ekspertdən açıqlama
28 Jun 2024 | 14:57
Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR - FOTO
28 Jun 2024 | 14:50
Qaradağda sursat aşkarlandı - VİDEO
28 Jun 2024 | 14:45
Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək - FOTO
28 Jun 2024 | 14:41
Gələn ay havalar daha isti olacaq - PROQNOZ
28 Jun 2024 | 14:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak etdi - FOTO
28 Jun 2024 | 14:32
"Qərbin sanksiyaları iflasa uğrayıb, Rusiya silah istehsalını artırıb" - "NBC News"
28 Jun 2024 | 14:30
Parklanma qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrdə hansı yeniliklər var? - AÇIQLAMA
28 Jun 2024 | 14:25
Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimat mərasimi keçirildi - FOTOLAR
28 Jun 2024 | 14:20
Gürcüstan NATO-nun sammitində iştirak edəcək
28 Jun 2024 | 14:15
Xəzərdən Azərbaycana 200 min dollarlıq tütün məmulatları keçirilməsinin qarşısı alındı - VİDEO
28 Jun 2024 | 14:10
Bakıda evdən qaçan qız oğlanlarla cinsi əlaqədə oldu, atası haqda isə... – ŞOK TƏFƏRRÜAT
28 Jun 2024 | 14:05
İranda hakimiyyətə azərbaycanlı gətirilir – ABŞ-la gizli razılaşma
28 Jun 2024 | 14:02
Avtobus zolağına girənlərə cərimə balı da yazılacaq
28 Jun 2024 | 14:00
Cəlilabaddakı bədbəxt hadisənin təfərrüatı: "Suya tullansa da, yardım edə bilməyib" - VİDEO
28 Jun 2024 | 13:55
Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
28 Jun 2024 | 13:53
“İstisna deyil ki, demokratlar Barak Obamanın özünün də namizədliyini verə bilərlər...”
28 Jun 2024 | 13:50
Bu prospektlərdə avtobusların hərəkəti məhdudlaşdırılır - FOTO
28 Jun 2024 | 13:45
Ölkə ərazisində icazəsiz yaşayan 25 əcnəbi saxlanıldı - FOTO/VİDEO
28 Jun 2024 | 13:40
Ramin Hacılının cəzası azaldıldı
28 Jun 2024 | 13:36
Yunus Oğuz Özbəkistanın "BAYOZ" şirkəti ilə müqavilə imzaladı
28 Jun 2024 | 13:31
Şənbə gününün HAVA PROQNOZU
28 Jun 2024 | 13:26
Ramil Hacıyevə Qarabağ Universitetində yüksək vəzifə verildi - FOTO
28 Jun 2024 | 13:20
Andropovun Qazaxıstan əməliyyatı – 500 nəfər həbs olunub, 3 nəfər güllələnib...
28 Jun 2024 | 13:15
İrandan külli miqdarda narkotiki ölkəmizə gətirən dəstə üzvləri HƏBS EDİLDİLƏR - FOTO
28 Jun 2024 | 13:10
Paşinyan kiçik diktatora çevrilir - TƏHLİL + FOTO
28 Jun 2024 | 13:05
Şəhid ailələrinin hüquqları artırılır
28 Jun 2024 | 13:00
Nikah yaşı ilə bağlı yeni QƏRAR
GÜNLÜK
28 Jun 2024 | 12:35
"Həcc ziyarəti ilə bağlı addım atılmalıdır, ildə 6 milyon dollar..." - Qüdrət Həsənquliyev
28 Jun 2024 | 16:48
Azərbaycanın bu bölgələri də silkələnəcək - Seysmoloqdan xəbərdarlıq  
28 Jun 2024 | 13:53
“İstisna deyil ki, demokratlar Barak Obamanın özünün də namizədliyini verə bilərlər...”
28 Jun 2024 | 11:29
Alsudan bakılı ərinin 2,5 milyardlıq təklifinə REAKSİYA
28 Jun 2024 | 15:56
Qıza görə törədilən qətl: Səbəbkar DANIŞDI – FOTO  
28 Jun 2024 | 16:45
Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
28 Jun 2024 | 10:50
İran İrəvandakı Göy məsciddə seçki məntəqəsi açıb
28 Jun 2024 | 11:33
Çimərliyə bu vaxtlar gedin - Həkim AÇIQLADI
28 Jun 2024 | 15:05
Parlament buraxıldı - Seçkinin vaxtı açıqlandı
28 Jun 2024 | 13:00
Nikah yaşı ilə bağlı yeni QƏRAR
HƏFTƏLİK
23 Jun 2024 | 10:49
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
26 Jun 2024 | 09:07
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
24 Jun 2024 | 09:16
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
26 Jun 2024 | 08:18
Yay bu BÜRCLƏR üçün UĞURLU olacaq: ŞANS, PUL...
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
23 Jun 2024 | 16:05
Pensiya ilə bağlı XƏBƏR VAR!
26 Jun 2024 | 10:00
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
26 Jun 2024 | 13:55
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor
AYLIQ
28 Jun 2024 | 12:35
"Həcc ziyarəti ilə bağlı addım atılmalıdır, ildə 6 milyon dollar..." - Qüdrət Həsənquliyev
28 Jun 2024 | 16:48
Azərbaycanın bu bölgələri də silkələnəcək - Seysmoloqdan xəbərdarlıq  
28 Jun 2024 | 13:53
“İstisna deyil ki, demokratlar Barak Obamanın özünün də namizədliyini verə bilərlər...”
28 Jun 2024 | 11:29
Alsudan bakılı ərinin 2,5 milyardlıq təklifinə REAKSİYA
28 Jun 2024 | 15:56
Qıza görə törədilən qətl: Səbəbkar DANIŞDI – FOTO  
28 Jun 2024 | 16:45
Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
28 Jun 2024 | 10:50
İran İrəvandakı Göy məsciddə seçki məntəqəsi açıb
28 Jun 2024 | 11:33
Çimərliyə bu vaxtlar gedin - Həkim AÇIQLADI
28 Jun 2024 | 15:05
Parlament buraxıldı - Seçkinin vaxtı açıqlandı
28 Jun 2024 | 13:00
Nikah yaşı ilə bağlı yeni QƏRAR