“Təbii ki, indiki halda Azərbaycan üçün ən təhlükəli dövlət Rusiyadır. Çünki Azərbaycan öz müstəqilliyini Rusiyadan qazanıbdır və hələlik Rusiya Azərbaycanı sözün həqiqi mənasında müstəqil və suveren bir dövlət kimi qəbul etmək istəmir. Azərbaycan torpaqlarını işğal edən Ermənistanın arxasında da məhz Rusiya dayanır”.
Bunu
Moderator.az-a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin
Əkbər bildirib. S.Əkbərin qənaətincə, əgər Ermənistan amili olmasaydı, o zaman Rusiyanın özü bilavasitə Azərbaycan
torpaqlarının işğalı prosesini həyata keçirəcəkdi:
“Necə ki, Moldovanın,
Ukraynanın, Gürcüstanın bir hissəsini Rusiya işğal edib, Ermənistan olmasaydı,
Rusiya özü Azərbaycan torpaqlarını işğal edəcək, açıq şəkildə bu işğalın
arxasında dayanacaqdı. Azərbaycanın hərbi dotirinasında Ermənistan düşmən kimi
göstərilsə də, bu işğalın arxasında Rusiyanın dayandığı hər kəsə bəllidir. Ermənistanın
özü də bu gün Rusiyanın tam strateji nəzarətindədir”.
Seymur Əliyev