Millət vəkili Fazil Mustafa parlamentin bugünkü toplantısında qondarma erməni soyqırımının tanınmasından yana qərar verən Avropa Parlamentinin 171 parlamentarisinin Azərbaycana girişini yasaqlamağı təklif edib.
Bununla
bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli
bu təklifə tərəfdar olduğunu bildirib:
“Əvvəla,
etiraf etməliyik ki, Azərbaycan və Türkiyə olaraq, ermənilərin yalançı
soyqırımın 100 illiyinə hazırlaşmasına adekvat qarşı tədbir görmədə xeyli zəif
davrandıq . Üstəlik, katoliklərin papaşasını Türkiyə və Azərbaycan prezidentləri
səviyyəsində “əzizlədik”. Bütün bunlarla bərabər Avropanın belə davranacağı
gözlənilən idi. Ona görə ki, onlar hayları deyil, öz çıxarlarını düşünürlər ”“
haylar sadəcə Türkiyəyə və Türkə qarşı istifadə olunan kirli bir silahdır.
Yalançı soyqırımı tanıyanların həm Türkiyəyə, həm də Azərbaycana buraxılmaması
tərəfdarıyam. Üstəlik, Türk Millətinə iftiradan dolayı məhkəməyə verilməlidirlər.
Bu işdə hüquqçularımızla tarixçilərimiz birgə komissiya qurmalı və beynəlxalq səviyyədə
səs gətirəcək bir sürəci başlatmalıdırlar. Bu adamların iftiraçı olduğunu sübut
etmək üçün çoxlu tarixi bəlgə var. Məncə, bu fürsəti ldən vermək olmaz. Saymamazlıq
edib ilgilənməsək, bu iftira gələcəkdə bizə baha başa gələcək. Dövlətlərimiz bu
işə ciddi şəkildə yanaşmalıdır”.
Seymur
Əliyev