Elmarsız 10 il...
Gündəm
Oxunub: 5094
02 Mar 2015 | 10:23
Elmarsız 10 il...
"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 10 ili tamam olur. Onun ən yaxın dostu olmuş tanınmış hüquqşünas Aslan İsmayılov bu barədə müəllif yazısı ilə çıxış edib:


"Elmar Hüseynovun ölümündən 10 il keçir... Qatillər, bunu sifariş verənlər bu gün də azadlıqdadır. Azərbaycanda yaşadığım 25 il ərzində daxili aləmimə Elmar qədər yaxın heç kim olmadı. Bu illər ərzində onun haqqında heç vaxt yazmadım, anım tədbirlərində iştirak etmədim, çünki onun barəsində yazanlar, tədbirlərində iştirak edənlər, bir neçə nəfəri çıxmaq şərtilə, Elmarın görmək istəmədikləri, Elmara nifrət edənlər idi. Hamımız bir-birimizi çox yaxşı tanıyırdıq. Ancaq bunu edəcəyim, onun yadigarı Aslanı görəcəyim barədə həmişə düşünmüşdüm. Bu gün səhifəmdə gördüyüm, tanımadığım, Elmarin bibisi oğlu İlham Abdullayevin yazdığı “Aslan bəy, Sizin barənizdə çox yaxşı rəylər eşitmişik. Rəhmətlik Elmar Hüseynov (Monitor) Sizin barənizdə mənə (bibisi oğluyam) çox şey danışıb. Hətta oğlunun adını Sizin şərəfinizə Aslan qoymuşdu. Professional fəaliyyətinizdə uğurlar arzulayıram” şərhi bu yazının reallaşmasına təkan verdi...
Yazacağım yazı ancaq yaddaşımda olanlardan ibarət olmasına baxmayaraq, mahiyyət etibarı ilə baş vermiş hadisələrdir və çox cüzi xətalar ola bilər. Təxminən 1997-ci ilin ortaları idi. «VİZA» Hüquq Firmasının ofisinə şəxsiyyətinə hörmət etdiyim, Azərbaycan jurnalistlər ittifaqının sədri rəhmətlik Hacı Hacıyev və o dövr az tanıdığım, Ayaz Mütəllibov dövründə Prezident Aparatında mətbuat xidmətinin rəhbəri olmuş, sonralar həbsdə olarkən vəkili olduğum, yaxından tanış olduğum Rasim Ağayevlə birlikdə gəldilər. Hər ikisi həbs təhlükəsi ilə üzləşmiş çox istedadlı jurnalist Elmar Hüseynova hüquqi kömək göstərməyimi xahiş etdilər. Elmarı şəxsən tanımırdım. Ancaq onun «Азербайджанцы - нация XXI века» yazısı ilə tanış idim. O dövr həm iqtidar, həm də müxalifət mətbuatı Elmar haqqında ancaq mənfi fikir yayırdılar. Fikir isə ondan ibarət idi ki, Elmar Hüseynov Rusiya xüsusi xidmət orqanları ilə əlaqəlidir. Bu sahədə o dövr Azərbaycan Respublikası Prezidentinin köməkçisi olan Eldar Namazov xüsusi canfəşanlıq edirdi. Bu mövzuda o, həm “Azərbaycan”, həm faktiki sahibi olduğu rusdilli “Panorama” qəzetlərində və “Space” TV-də (//www.memo.ru/hr/politpr/sng/sv4/Azerbadgan.htm) böyük həcmli materialları verirdi. Elmarın müdafiəsinə başlamadan öncə onunla görüşmək istədiyimi bildirdim. Qonaqlar gedən kimi tanışlardan Elmarla bağlı maraqlanmağa başladım. Haqqında formalaşmış fikir heç də ürəkaçan deyildi və artıq vəkillikdən vaz keçmək fikrində idim. Bir neçə saat sonra Elmar özü gəldi. Onunla uzun çəkən söhbətdən sonra da qəti fikirə gələ bilməmişdim. Hər halda yazının çap olunduğu jurnalı gətirməsini istədim. Çünki, eşitdiklərim bir, onunla olan söhbətim isə başqa fikir yaradırdı. Görüş zamanı onu çox mütaliəli, yaşına uyğun olmayan geniş dünyagörüşlü, Vətənini, Xalqını sevən birisi kimi gördüm. Bu söhbət ərzində öyrəndiklərim oxucular üçün də maraqlı olacağından bir az geniş yazacam. Bəlli oldu ki, Elmarın jurnalistika təhsili yoxdur. O texniki təhsil almış, Azərbaycanda iş tapa bilmədiyindən Rusiyaya getmiş, 25 yaşında Sibirdə Boquçansk Elektrik Stansiyasında bir neçə yüz nəfər işçisi olan idarədə rəis vəzifəsində işləmişdir. Jurnalistikaya gəlməsi isə sırf təsadüfdür. Bakıya məzuniyyətə gəlmiş və dostu ilə birlikdə olan zaman vaxt bolluğundan “Zerkalo” qəzetinin baş redaktoru Rauf Talışinski ilə görüşə getmişdir. Adı yadımda olmayan dostu R.Talışinski ilə hansısa iqtisadi məzmunlu yazını müzakirə edən zaman o da müzakirəyə qoşulmuşdur. Elmarın fikirləri baş redaktorun xoşuna gəldiyindən təklif olunmuşdur ki, fikirlərini yazı şəklində onlara çatdırsın. Səhərisi gün Elmar yazını R.Talışinskiyə çatdırılması üçün dostuna verir. Yazı bəyənilir və olduğu kimi çapa verilir. Yazıdan sonra Bakıda fəaliyyət göstərən BP şirkəti redaksiyaya müraciət edərək həmin müəllifin yeni yazısını istəmişdir. Bu cür bir neçə gün əməkdaşlıdan sonra R.Talışinski Elmara maaş müqabilində redaksiyada iş təklif etmişdir. Az müddətdən sonra R.Talışinski, Elmar və Elçin Şıxlı “Geostrateji araşdırmalar mərkəzi” adlı qurum yaradıb, onun əsasında Monitor jurnalını təsis edib sahibkar kimi fəaliyyətə başlayırlar. Qısa müddət ərzində bu jurnal görünməmiş populyarlıq qazanır. Yuxarıda adı çəkilən məqalə çap olunan kimi hakimiyyət var gücü ilə jurnalın üstünə gedir. Bunu görən digər təsisçilər jurnaldan imtina edir və nəticədə Elmar tək qalır. Söhbət əsnasında Elmarı Bakı ilə anasından başqa heç nəyin bağlamadığını və Rusiyaya qayıtmaq fikrində olduğunu, sadəcə haqsız ittihamlara görə müqavimət göstərmək istədiyini gördüm. Bütün bunları Elmar o qədər səmimi danışırdı ki, ona inanmamaq mümkün deyildi.
Adı çəkilən yazı ilə bağlı Elmarı əsasən azərbaycan, türk xalqlarına, müsavatçılıq ideyasına nifrət etməkdə günahlandırırdılar. Buna görə elə həmin gün qatı türkçü, müsavatçı kimi tanıdığım jurnalist Xaliq Bahadura zəng edib ofisə dəvət etdim və bu mövzularda Elmarla mübahisə, müzakirə etməsini xahiş elədim. Elmarla Xaliq ofisimdə üz-üzə oturub təxminən 3-4 saat bu mövzuda diskussiya apardılar, mən isə bu müddət ərzində sadəcə Elmarın reaksiyasını seyr edirdim. Mübahisədən sonra Elmar getdi və mən Xaliqdən “bu oğlanı müdafiə etməyə dəyərmi” deyə soruşdum. Xaliqin cavabı çox qısa oldu: ”Kaş hamı onu kimi Vətənini, türk xalqını və müsavat ideyasını sevəydi”.
Vaxt olarsa Bakı şəhər məhkəməsində baş tutmuş həmin məhkəmə haqqında daha geniş yazacam. Qısa şəkildə deyim ki, həmin məhkəmə prosesini əleyhimizə qərar çıxarılsa da vəkillik fəaliyyətimdə ən uğurlu proses sayıram. Həmin prosesdə bu gün Tarix İnstitunun direktoru, Millər vəkili, akademik olan Yaqub Mahmudov nə qədər canfəşanlıq etsə də Elmarı həbs etdirmək cəhdi baş tutmadı, özü isə tam ifşa olundu (//www.facebook.com/Aslan.Z.Ismayilov/posts/885713158113841).
Prosesdən sonra Elmar yenidən Rusiyaya qayıtmaq istədi, çünki jurnalı çap etmək üçün heç bir maddi imkanı yox idi. Jurnala birlikdə təsisçi olmaq, maddi yardım göstərmək təklifim Elmarı fikrindən döndərdi. Beləcə, biz aramızda heç bir müqavilə imzalamadan “Monitor”u bərabər təsisçilik hüququ ilə çap etməyə başladıq. Danışığımız isə belə oldu ki, mən jurnalın məzmununa qarışmayacam, mənim təklif etdiyim mövzu isə jurnalda öz əksini tapacaq. Bu danışığa birlikdə işlədiyimiz müddətdə sona qədər əməl etdik. Həyatımda əsl çətinliyin nə olduğunu həmin məqamlardan hiss etdim. Hakimiyyətin qorxusundan jurnalı çap edəcək mətbəə tapa bilmirdik. Çox vaxt ancaq Elmarın xüsusi istedadı hesabına kustar üsulla jurnal çap olunurdu.
Bir müddət sonra “Monitor” adlı jurnalın çap edilməsinə məhkəmə qaydasında qadağa qoyulduqdan sonra Elmara təklif etdim ki, başqa ad ilə jurnal çap edək. Elmar qətiyyətlə yox dedi. Elmarın o vaxtlar dedikləri sonra reallaşdı. O dedi: ”Ya “Monitor” adı ilə, yaxud bu adlı jurnalı dəfn edib Azərbaycandan gedəcəm”. Elmar qətlə yetiriləndən sonra səhv etmirəmsə dostu Şahbaz Xuduoğlunun təşəbbüsü ilə “Monitor” jurnalı Elmarla birlikdə dəfn olundu...
Elmar təklif etdi ki, jurnalı “Monitor Weekly” adı ilə qeydiyyatdan keçirək. Təklifin real olmadığını zənn etsəm də sənədləri toplayıb o zaman Mətbuat və İnformasiya naziri işləyən, rəhmətlik Sirus Təbrizlinin qəbuluna getdim. İlk görüşdən mənimlə köhnə tanışı kimi davrandı. Sənədlərlə tanış olduqdan sonra düz gözümün içinə baxıb soruşdu: ”Demək istəyirsən ki, indi Sirusu aldatdın?!”. Əsla o fikirdə olmadığımı bildirəndən sonra dedi: ”Siz “Monitor” sözünü böyük hərflərlə, "weekly" sözünü isə elə verəcəksiniz ki, görünməyəcək”. Razılaşdım və yox deyiləcəyini zənn edib qalxmaq istəyəndə dedi: ”Dayan, mən qorxan kişilərdən deyiləm. Qeydiyyata alacam. Bu jurnal xalqa lazımdır! İkinci dəfə bağlanmasını istəmirsinizsə, mən içi qarışıq hamını tənqid edin, ancaq çalışın Heydər Əliyevdən yan keçəsiniz. Üç gündən sonra gəlin lisenziyanızı alın”.
Günlərin birində Elmar təklif etdi ki, əgər 50 min ABŞ dolları tapsam o Türkiyədən mətbəə gətirə bilər və biz çap problemindən xilas ola bilərik. Hazırki ofisimi və evimi girov qoyaraq o vaxtlar Xəqani küçəsində yerləşən “BayBank”dan 30 min ABŞ dolları kredit götürdüm. 20 min dolları isə Stavropolda yaşayan qardaşım təyyarə ilə uçub hava limanında Elmara verdi. Özümdə olan 2 mini də əlavə etdim və Elmar mətbəə üçün İstanbula uçdu. Iki həftə zülmlərdən sonra Elmar çap maşınını alıb Bakıya göndərdi. 1998-ci ilin dekabrın sonlarında çap maşını Bakıya gəldi. Böyük çətinliklərlə, prokurorluqda işləyən dostların köməkliyi ilə mətbəə yüklü maşını gömrükdən çıxardıq. Mətbəə adı ilə gələn yükü qışın soyuq günlərində Xətai rayonu ərazisində boşaldanda dəhşətə gəldim. Özüm əvvəllər tornaçı işləmişdim, dəzgahın necə olduğunu bildiyimdən Elmara irad bildirdim ki, çap maşını adı ilə gətirdiklərin həddindən artıq köhnə olduğundan ancaq dəmir sobasında əritməyə yarıyar. Elmar mənə baxıb dedi: ”sən heç nəyə qarışma, mənə 10 gün vaxt ver, görərsən”. Artıq iş işdən keçmişdi deyə, həmin gün bizim evə gəlib Yeni ili qarşıladıq və bir də avadanlıq olan yerə iki həftədən sonra getdim. Gordüklərimə inana bilmirdim. O dəmir yığınından Elmar par-par parlayan çap maşını düzəltmişdi.
Yəqin çoxlarının yadında olar ki, həmin dövr “Azadlıq”, “Yeni Müsavat” qəzetləri çox vaxt bəzən ağ sətirlərlə çap olunurdu. “Azərbaycan” nəşriyyatı istədiyi yazını redaktə etdirə, yaxud çap etməyə bilərdi. “Baku Printing Press” adlanan mətbəəmiz işə başlayan kimi demək olar ki, bütün müxalifyönlü nəşrlər bizim mətbəədə çap olunurdu. Bizim mətbəədən 10 dəfə baha olan mətbəələr bizimlə rəqabət apara bilmirdi. O dövrlər mən Elmarın hansı istedad sahibi olduğunu, əmanətə necə etibarlı olduğunu gördüm. İnanmıram ki, ikinci Elmar olsun... Mətbəəni işlədəndə o, jurnalistdən (onun necə jurnalist olduğunu hamı bilirdi) artıq peşəkar tornaçı, frezerçi, çilingər, iqtisadçı, texnik idi. İnanmıram ki, elə bir peşə var idi ki, onu Elmar bilməsin. Bir vacib məqamı da qeyd edim. Həyatımda heç vaxt şərikli işim olmasa da, peşəmlə bağlı şərik olanların bir-birinə hansı kələkləri gəldiklərini bilirəm. Mətbəənin baş direktoru bacımın həyat yoldaşı Şahlar olsa da bütün maliyyə məsələlərinə Elmar baxırdı. Buna baxmayaraq bütün pullar onda olsa da o geyiminə laqeyd olduğundan daim mübahisəmiz olurdu ki, özünə həmin pullardan geyim alsın. O isə hər dəfə deyirdi: "Sənin borclarını qaytaraq sonra əynimə baxaram". Çoxları bilmir ki, o dövr kağız monopoliyasına biz son qoyduq. Elmar Sıktıvkar kağız kombinatından birbaşa mətbəəyə kağız gətirdi. Çap xərcləri xeyli aşağı düşdü. Bütün bunlara baxmayaraq həmin dövrlər hamı mətbuatın dostu elan olundu, Elmardan başqa...
“Monitor” jurnalından əlavə, “Bakinskiy bulvar”, ”Bakinskie vedomosti”, “Demokratik Azərbaycan” qəzetlərini nəşr etməyə başladıq. Artıq cəmiyyətə real təsir imkanlarını görürdük. Həm Elmara, həm də mənə hər tərəfdən çoxlu təkliflər var idi. Bunların arasına pula satılmaq, mövcud olan təşkilatlarla birləşmək və s. təkliflər daxil idi. Uzun müzakirədən sonra Elmarla qəti qərara gəldik ki, tədricən cəmiyyətin ziyalı təbəqəsini bir araya gətirib, hakimiyyəti islahatlar aparmağa məcbur edək. Bu gün real görünməsə də, bəzilərinə gülməli olsa da biz bunu real görürdük və bu istiqamətdə hazırlıq işləri aparırdıq. Yaradacağımız cəmiyyət heç vaxt hakimiyyət iddiasında olmamalı, həm hakimiyyəti, həm də müxalifəti tənqid etməli idi. Belə bir cəmiyyətə üzv tapmaq isə çox çətin idi. Elə bu ərəfədə bizə olan təzyiqlər günbəgün artdı. Başımızı elə qatdılar ki, cəmiyyət də yaddan çıxdı...
“Monitor”un hər sayı ölkədə bir hadisəyə çevrilirdi. Jurnalın satışı bir neçə saat gecikəndə artıq ABŞ və Böyük Britaniya səfirləri mənə zəng edib jurnalla maraqlanırdılar. O illər ABŞ-a və Avropa Şurasının iclaslarına tez-tez gedirdim. ABŞ-dakı görüşlərdə senatorlar, konqresmenlər, Avropada deputatlar hər dəfə “Monitor”la, Elmar Hüseynovla maraqlanırdılar. Jurnal və Elmar Hüseynov bütün dünyada tanınırdılar. Mənim jurnala aidiyyatımı isə çox az adam bilirdi.
1999-cu ildə mən vəkillikdən xaric olundum. Elmar isə yazılarına görə bir neçə dəfə həbs təhlükəsi ilə üz-üzə gəldi. Xüsusilə, “Monitor”da çap olunmuş “азербайджанские казематы” yazısından sonra onu həbs təhlükəsi çox real idi.
6 may 2001-ci ildə “Monitor” jurnalında "Гейдар Алиев: Мифы и Реальность" yazısı çıxdı. Elmar yazını çapdan əvvəl mənə təqdim edəndə bunun çox təhlükəli olduğunu, jurnalın və mətbəənin sonu olacağını söylədim. Elmar həmişə mənim ona söylədiyim fikri mənə dedi: ”Yarım hamiləlik olmur”. Bizdən əvvəl mətbəəyə hücum olacağını bildiyimizdən Elmarın təklifi ilə çap ünvanı “NİNA” mətbəəsi göstərildi. Bu mətbəənin bolşeviklərin “İskra” qəzetini çap etdiyindən məşhur olduğunu bilirdik. Ancaq şəxsən mən bu adda mətbəənin vaxtilə Bakıda olduğunu, hal hazırda isə muzey kimi fəaliyyət göstərdiyindən xəbərsiz idik. Jurnal çıxan günü fırtına qopdu. Ancaq mətbəə haqqında həmin gündən Səbail rayonunun polis, prokurorluq, vergi orqanları, Respublika Prokurorluğu, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi yoxlamalara başladılar. Ölkədə “NİNA” adında nə qədər müəssisə var idisə hamısına da yoxlama getdiyindən, onlar da öz növbələrində yalandan, onlara ziyan vurmaq məqsədi güdmüşük deyə bizə qarşı çoxsaylı məhkəmə iddiaları qaldırdılar. Mən bütün günü məhkəmələrə qaçır, Elmar isə beynəlxalq təşkilatlara məlumatlar göndərirdi. Sonda artıq hər şeyin nəticəsiz olduğunu gördüyümüzdən sadəcə baş verənləri seyr edirdik... Mətbəə haqqında, guya vergidən yayınmışıq deyə, cinayət işi qaldırdılar. Cüzi miqdarda vergidən yayınma ilə bağlı cinayət işini Vergilər Nazirliyinin bir səhifəlik arayışı əsasında yeni təyin olunmuş Baş Prokuror Zakir Qaralov şəxsən özü qaldırmış və istintaq olunması üçün Xətai prokurorluğuna göndərmişdi. Bu fakt artıq hər şeydən xəbər verirdi. Şahlar bütün günü cürbəcür orqanlara ifadələr verməklə məşğul idi. İlk dəfə o vaxtlar mən yoxlayıcı orqanlardan ”bizlik deyil, yuxarıların göstərişidir” ifadəsini eşitdim.
Həyat imkan versə mütləq Elmar və “Monitor"la bağlı kitab yazacam.
Elmar yazılarında nə qədər sərt olsa da həyatda o qədər də mülayim idi. Elmar həddindən artıq mərd insan idi. 17 sentyabr 2001-ci ildə Şahbaz Xuduoğlu, 19 sentyabr 2001-ci ildə isə bacımın həyat yoldaşı Şahlar Məmmədov həbs olundu. Şahlar həbs olunan kimi Elmara zəng edib evimizə çağırdım. Ona bildirdim ki, növbəti həbs onu gözləyir, təcili ölkədən çıxsın. Elmar dediklərimə etiraz edib, ailəli olduğumu, körpə uşaqlarımı əsas gətirib əksinə, mənim ölkədən çıxmağımda və xaricdəki əlaqələrimdən istifadə edib həbs olunanlara kömək etməyimdə təkid etdi. Nəticədə ortaq məxrəcə gələ bilmədik. 21 sentyabr 2001-ci ildə Elmar da həbs olundu...
ABŞ-dakı tanışlarımla əlaqə saxladıqdan sonra Strasburqa uçdum. Orada AŞPA-nın Prezidenti lord Rassel Consonla, Baş Katibi Valter Şvimmerlə görüşdüm. Elə Strasburqda Azərbaycan nümayəndə heyətinin rəhbəri olan İlham Əliyevlə də görüşdüm. Görüş zamanı ona “Monitor"la və həbs olunanlarla bağlı yol verilən qanunsuzluqları bildirdim. O isə bu məsələ ilə bağlı Prezident Heydər Əliyevə müraciət edəcəyini dedi. Cenevrədə BMT-nin İnsan Haqları komissiyasının sədri Meri Robinsonla və digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşdüm. Nəticədə, az müddət sonra, hər üç həbs olunmuşlar - Şahbaz, Şahlar və Elmar həbsdən azad olundular.
Qayıtdıqdan sonra bir söhbətə görə Elmarla yollarımız ayrıldı. Biz danışmasaq da heç vaxt bir-birimizin arxasınca danışmadıq. Hərçənd ki, bizi bir-birimizə düşmən etmək üçün çoxları güclü əmək sərf edirdi. Sonralar dəfələrlə görüşsək də sadəcə salamlaşırdıq.
Elmar qətlə yetirildikdən sonra hakimiyyət strukturları qohumlardan istifadə edərək Elmarın həyat yoldaşı Ruşanəni tutdurmaq istəyirdilər. Ruşanənin müraciəti əsasında problemə müdaxilə etdim. Ortadakı anlaşılmamazlıq aradan qaldırıldı. O vaxtlar mən birinci dəfə Elmarın oğlunun adının Aslan olduğunu öyrəndim...
Elmarla danışmamağımızın, “Monitor”dan ayrılmamağımın səbəbini, Elmarın dəfninin necə təşkil olunması, Hacıbala Abutalıbovun hüzr yerinə kimin tapşırığı ilə necə gəlməsi, Elmar adına fondun təsis olunduğu iclasa gəlib, dərhal oranı tərk etməyim barədə və digər çoxsaylı suallara qismət olsa yazacağım kitabda ətraflı aydınlıq gətirəcəm.
Hələlik isə əminəm ki, vaxt gələcək Elmarın qatilləri, bu qətli sifariş verənlər müəyyən ediləcək, onun heykəli Bakı şəhərinin ən görkəmli yerində ucaldılacaq, onun yazdığı hər bir məqalə, dəfn mərasimində rəhmətlik Hacı müəllimin dediyi kimi, araşdırma mövzusu olacaq. Mən isə, Uca Allah imkan versə, söz verdiyim kitabı yazacam, onun yadigarı Aslanla (//var.az/media/2012/10/elmar_huseynov1.jpg) görüşüb atası Elmarın necə ləyaqətli Vətəndaş olduğunu ona anladacam!"
Oxşar xəbərlər
18:30, Bu gün
Bir zənglə kartdakı yeddi min manatı ələ keçirdi
18:29, Bu gün
İtaliya A seriyasına yüksələn komanda “Qalatasaray”ın ulduzunu istəyir
18:19, Bu gün
Yaz yorğunluğu ilə mübarizə aparmağın sirri
18:15, Bu gün
Türkiyə və Yunanıstan arasında "buzlar əriyir" - ŞƏRH + FOTO
18:10, Bu gün
Bərdədə Beynəlxalq Ailə Günü münasibətilə bayram tədbiri keçirilib - FOTOLAR
18:05, Bu gün
Azərbaycanda məktəb direktoru cərimələndi - FOTO
18:00, Bu gün
Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq
17:58, Bu gün
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
17:55, Bu gün
Rafael Varan rəsmi olaraq “Mançester Yunayted”dən ayrıldı - FOTO
17:52, Bu gün
Müsavat Partiyasının üzvünün qətli ilə bağlı rəsmi AÇIQLAMA
17:50, Bu gün
ABŞ Rusiyadan uran idxalına qadağa qoyub
17:47, Bu gün
Allergiya mövsümü: Nəyə diqqət edək və necə qorunaq? - VİDEO
17:43, Bu gün
Masallıda DƏHŞƏT: Nənə nəvəsinin asılmış meyitini tapdı
17:38, Bu gün
Seçici demokratiya: Qərb Tbilisi və İrəvanda aksiyalarda polis zorakılığına niyə fərqli reaksiya verir? - TƏHLİL
17:34, Bu gün
“Rusiyada həmişə deyiblər ki, Fransanın müstəmləkəçilik metodları xoşumuza gəlir...”
17:33, Bu gün
Laçın Hava Limanında tikinti işlərinin 65 %-i tamamlanıb
17:29, Bu gün
Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
17:25, Bu gün
Müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
17:23, Bu gün
Həbs edilən rusiyalı generalın evindən qızıl sikkələr, bahalı əşyalar tapıldı - VİDEO
17:21, Bu gün
Kann festivalına təqdim etdiyi filmə görə həbs cəzası verilən rejissor İrandan qaçdı - FOTO
17:17, Bu gün
Güzəştli mənzil almaq adı ilə dələduzluq edən şəxsin işi MƏHKƏMƏDƏ
17:14, Bu gün
Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
17:12, Bu gün
Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO
17:11, Bu gün
Ali Məhkəmədə yeni hakimlərin andiçmə mərasimi keçirildi - FOTO
17:07, Bu gün
Komitə sədri vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR
17:03, Bu gün
""Xarıbülbül" həmrəylik bayramına çevrildi" - Vüqar Rəhimzadə
17:00, Bu gün
Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə “mane olub”? - FOTO
16:58, Bu gün
Tərlan Lətifov: Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır - FOTO
16:56, Bu gün
Rusiya Ukraynada uzunmüddətli savaşa və NATO ilə qarşıdurmaya hazırlaşır - Putin Partuşevə nələri etibar edib?
16:54, Bu gün
Baş prokuror Göyçayda vətəndaşları qəbul etdi - FOTOLAR
16:50, Bu gün
"Kinomuz rəhmətə gedib, başsağlığı verən yoxdur"
16:46, Bu gün
“Qızıl top” mükafatının favoriti açıqlanıb
16:41, Bu gün
Avtomobilləri yay mövsümünə necə hazırlamaq lazımdır? - VİDEO
16:35, Bu gün
Mikayıl Cabbarov Alparslan Bayraktarla görüşüb - FOTO
16:30, Bu gün
Baş nazir ADBTİA ilə bağlı qərar imzaladı
16:28, Bu gün
Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”
16:25, Bu gün
Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Xankəndidə keçirilib
16:20, Bu gün
Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO
16:15, Bu gün
Azərbaycan və Çin “yaşıl enerji” əməkdaşlığının inkişafını müzakirə edib - FOTO
16:10, Bu gün
Azərbaycanı Avropa çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib
16:07, Bu gün
Sabahdan “Təmiz hava” aylığına start verilir
16:05, Bu gün
Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”
16:02, Bu gün
Gürcüstan parlamenti qalmaqallı qanun layihəsini qəbul etdi
16:00, Bu gün
İrəvandakı “Keşiş-şou”da İran izi: Tehran üçün “böyük dividend” hədəfi - ŞƏRH + FOTO
15:56, Bu gün
İtkin düşən müsavatçının qətlə yetirildiyi məlum oldu
15:53, Bu gün
Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA
15:50, Bu gün
Qiymətlərin artırılması barədə “Trendyol Azərbaycan”dan AÇIQLAMA
15:48, Bu gün
Kamil Zeynallıya qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hansı cəza veriləcək? - VİDEO
15:45, Bu gün
Rasim Səttarzadə vəzifəsindən azad edildi
15:40, Bu gün
Tələbəni qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxundu
15:36, Bu gün
ATV-dəki verilişi yıxıb sürüdü... - VİDEO
15:30, Bu gün
Mikayıl Cabbarov: “Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyəyə, gələcəkdə isə dünya bazarına çatdıracaq”
15:26, Bu gün
70 min il əvvəl qeybə çəkilən sirli sivilizasiya: İnsanları necə yoxa çıxdı?
15:20, Bu gün
Türkiyə və Azərbaycan arasında Türkmənistan qazı ilə bağlı razılıq əldə edildi
15:15, Bu gün
AFFA İcraiyyə Komitəsinin üzvü: Premyer Liqaya səviyyəli legioner gəlməlidir
15:10, Bu gün
Azay Quliyev: “Azərbaycan açıq məktubla Minsk qrupundan çıxdığını bəyan etməlidir”
15:05, Bu gün
Elza Seyidcahan: “Allah mənim üçün restoran da açıb” - FOTO + VİDEOMÜSAHİBƏ
14:59, Bu gün
Balakəndə qanunsuz tikili söküldü - VİDEO
14:56, Bu gün
Əmək qabiliyyətini müvəqqəti itirən bəzi şəxslərin alacağı müavinət artır - HESABLAMA QAYDASI + FOTO
14:52, Bu gün
Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır
14:48, Bu gün
Şuşaya köç edən sakinlərə mənzillərinin açarları təqdim edildi - YENİLƏNİB + FOTO/VİDEO
14:43, Bu gün
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə GÖRÜŞƏCƏK
14:38, Bu gün
İcra başçılarının “YENİ KƏŞFİ”: Antikorrupsiya əməliyyatlarında yaxalanmamaq üçün… – FOTO
14:33, Bu gün
Geyiminə görə tənqid olunan Bahar: “Sizə ayıb olsun!” - VİDEO
14:29, Bu gün
Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO
14:24, Bu gün
Ermənilərin “Avroviziya” mahnısı oğurluq çıxdı - FOTO/VİDEO
14:19, Bu gün
Ağcabədidə 17 yaşlı oğlan “Tik-Tok”da tanış olduğu qızı evinə gətirdi və... – ŞOK TƏFƏRRÜAT
14:14, Bu gün
Hərbçilərimiz Türkiyədə xilasetmə əməliyyatı məşqlərini icra ediblər
14:11, Bu gün
İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb
14:07, Bu gün
Qukasyanın həbs müddəti uzadıldı
14:03, Bu gün
"Rusiya Xarkova yaxınlaşır, vəziyyət son dərəcə dəhşətlidir" - "The Washington Post"
13:58, Bu gün
Roman Baqdasaryan: “Erməni kəndlərinin sakinləri delimitasiyadan razı qalıblar” - ŞƏRH
13:54, Bu gün
Şərurlu İsfəndiyar: “Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam”
13:50, Bu gün
İlham Əliyev Şen Yueyueni qəbul etdi - YENİLƏNİB + FOTO
13:48, Bu gün
Fransada 77-ci Beynəlxalq Kann Film Festivalı başlayır
13:45, Bu gün
Yevgeni Mixaylov: “Şoyqunu səhvləri bitirdi” - MÜSAHİBƏ
13:40, Bu gün
400 min manata məscid tikdirdiyi deyilən Əməkdar artist: “Məni dilə-dişə saldılar”
13:30, Bu gün
XİN Ermənistanla sülh sazişinin şərtlərini AÇIQLADI
13:26, Bu gün
Yer kürəsini daha bir günəş qasırğası vuracaq: Alimlər tarixləri açıqladı - FOTO/VİDEO
13:21, Bu gün
Cüdo üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb
13:17, Bu gün
Azərbaycanlı tələbə ABŞ universitetindən 100 min dollarlıq təqaüd alacaq
13:13, Bu gün
"Təhsil kreditlərindən yararlanan tələbələrin 59 faizi qızlardır"
13:10, Bu gün
1-ci sinfə qəbulda prioritetlər üzrə iki mindən çox sorğu emal edilib
13:06, Bu gün
Rəşad Dağlı əfv olunacaq? - "Hər şey ola bilər"
13:02, Bu gün
Müğənni Bahar Lətifqızının geyimi gündəm oldu - VİDEO
12:58, Bu gün
Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşdü - FOTO
12:53, Bu gün
Azərbaycan millisinin baş məşqçisi: "Hədəfimiz Avropa çempionu olmaq idi"
12:48, Bu gün
Sabah yenə yağış yağacaq - PROQNOZ
12:45, Bu gün
Ceyhun Bayramov ATƏT sədri ilə regionda postmünaqişə dövründə vəziyyəti müzakirə edib - YENİLƏNİB + FOTO
12:43, Bu gün
Həbsdən çıxan ər narkotikə görə günahsız arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT + FOTO
12:42, Bu gün
“Ermənistanda revanşistlərin hakimiyyətə gəlmək şansı yoxdur...”
12:37, Bu gün
Orta aylıq əməkhaqqı artıb
12:35, Bu gün
BDU-da Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib - FOTO
12:32, Bu gün
DSX-nin hərbçiləri Xəzərdə 26 kiloqram marixuana tapdı - FOTO
12:28, Bu gün
Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
12:25, Bu gün
"Ukraynada müharibə kritik fazaya daxil olur" - "Politico"
12:22, Bu gün
Azərbaycan iqtisadiyyatı 4 % artıb
12:20, Bu gün
Fərhad Bədəlbəyli: “Ağladıq, uşaq kimi ağladıq...” - VİDEO
12:18, Bu gün
Putin Peskovla bağlı qərarını açıqladı - FOTO
12:16, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Maaşlarda ikirəqəmli artım gözlənilir
GÜNLÜK
10:09, Bu gün
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
13 May 2024 | 19:16
Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO
13 May 2024 | 19:51
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi
13 May 2024 | 23:14
Şoyqunu 2 il əvvəl Putinə verdiyi bu təklif bitirib...
13 May 2024 | 19:44
"Şoyqunun istefası Ukrayna savaşı üçün nə vəd edir?" - "The Times"
13 May 2024 | 20:27
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
13 May 2024 | 20:08
Mədəniyyətimizin Məhəmməd Füzuli zirvəsi...-Tariximizə fərqli baxış...
13 May 2024 | 20:03
Qarabağ Universitetində bu ixtisaslar olacaq - TAM SİYAHI
00:17, Bu gün
“Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - VİDEO
13 May 2024 | 21:10
Çinin Şansi əyalətinin nümayəndə heyəti ADNSU-da olub - FOTOLAR
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
10:09, Bu gün
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
13 May 2024 | 19:16
Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO
13 May 2024 | 19:51
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi
13 May 2024 | 23:14
Şoyqunu 2 il əvvəl Putinə verdiyi bu təklif bitirib...
13 May 2024 | 19:44
"Şoyqunun istefası Ukrayna savaşı üçün nə vəd edir?" - "The Times"
13 May 2024 | 20:27
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
13 May 2024 | 20:08
Mədəniyyətimizin Məhəmməd Füzuli zirvəsi...-Tariximizə fərqli baxış...
13 May 2024 | 20:03
Qarabağ Universitetində bu ixtisaslar olacaq - TAM SİYAHI
00:17, Bu gün
“Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - VİDEO
13 May 2024 | 21:10
Çinin Şansi əyalətinin nümayəndə heyəti ADNSU-da olub - FOTOLAR