Rəsul Quliyev Putin militarizmini geniş təhlil etdi
Oxunub: 4908
19 Jul 2014 | 07:31
Rəsul Quliyev Putin militarizmini geniş təhlil etdi

Mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev Moderator.az-ın aşağıdakı sualını cavablandırıb:

“Rusiyanın bu qədər basqılara rəğmən hələ də ərköyün uşaq kimi davranması, əksinə, daha da azğınlaşaraq əsl ayı kimi davranması dünyaya meydan oxumaq deyilmi? Artıq mülki təyyarənin vurulması həm də açıq-aşkar müharibə üçün əldən-ayaqdan getməsi anlanına gəlmirmi?

 

 Rəsul Quliyev sualı tarixə ekskurs edib paralellər aparmaqla çox geniş cavablandırıb:

 “Tarixdə ictimaiyət üçün baş verən  faciəli hadisələrin əksəriyyətinin başında millitarizm durur.Əvvəl millitarizmin nə olduğunu anlamaq lazımdır. Ətrafındakı ölkələri işğal edib öz istədiyini zorla qəbul etdirmək üçün millətçilik və ya dindən istifadə etməklə xalqın psixoloju durumunu normal vəziyyətdən çıxarmaq və total şəkildə iradənə tabe etməkdir. Son 4 əsrdə Rusiya militarizmidən ən çox istifadə edən ölkə olub. Birinci Pyotr, birinci Nikolay, Stalin (sosialist sisteminin fetişləşdirilməsi ideyası) militarizmi rus xalqını və qonşularını çox böyük insan tələfatı verməyə düçür edib,baxmayaraq ki, həmişə uduzub. İndi Rusiyanın üfüqlərində yeni bir militarist- cənab Putin peyda olub. Putin son 10 ildə bu günkü imperiya yaratmaq planına başlamaq üçün böyük hazırlıq görüb, 20-ci əsrin militarist ”˜”™dahiləri”™”™ Hitler və Stalinin ideyalarını dərindən öyrənib və bu işə başlamzdan öncə inqilabı informasiya texnologiyasından istifadə edərək özünün əvəzedilməz şəxs imicini yarada bilib. İntlektual insanların cəmi bir neçə faiz təşkil etdiyi Rusiya Federasiyasında TV-lərdə Qebbels propaqanda metodlarından istifadə edərək faktiki olaraq özünün mütləq rejimini yarada bilib. Krımın işğalından sonra reytinqi 90 faizə qalxmış Putin artıq ayaqlarının altında torpağı hiss etmir. 90 faizin bir adamı dəstəklədiyi cəmiyyət anormal cəmiyyətdir, törədiləcək istənilən cinayətin aktiv iştirakçısı ola bilər. Müqayisə üçün 2-ci dünya müharibəsində faktiki əsas rol oynamış cəmi 300 min insan qurban vermiş prezident Ruzveltin reytinqy   55 faizə, 20-ci əsrin ən böyük siyasətçisi hesab edilən hamıdan çox müharibədə iştirak edən cəmi 500 min insan qurban vermiş Çörçilin 50 faizə, Sosialist sistemini dağıtmış iqtisadiyatda inqilabı reformalar etmiş (reygonomika) prezident Reyqanın reytinqi 58 faizə belə çatmamışdır. Ancaq 40 milyondan artıq (1918-1945) əhalisini məhv etmiş Stalinin reytinqi isə absolyut 100 faiz olub, bununsa ancaq bir- adı var cəmiyyət anormal vəziyyətdədir.

 İndi zor gücünə imperiya yaratmaq istəyən 90 faiz reytinqli Putinin qarşısı necə alınacaq, bu insan ən azından 3 Baltik ölkəsindən başqa yerdə qalan respublikaların hamısını Rusiyanın maraq dairəsi elan edib, başqa sözlə, bu regionlarda ağalıq etmək istəyir.

 Bu insan ilk növbədə Ukraynaya 15 milyard dollar rüşvət verərək (Bogdan Xmelnitski rüşvətə görə Ukraynanı Polşa ilə yox, Rusiya ilə ittifaqa cəlb etmək faktı və onun rüşvətlə hər şeyi almaq olar mentalı) Avropa İttifaqına girməkdən daşındırmağa cəhd etdi. Ukraynalılar ayağa qalxıb onun planlarını alt -üst etdikdə Krımı işğal etdi. Krımın işğalına görə qərb tərəfindən kifayət qədər etiraza rast gəlməyən Putin Ukraynanın şərqində açıq aşkar, utanmadan separatçılar bayrağı altında partizan müharibəsi təşkil etdi. Ukraynanın şərqində gedən proseslərin bir adı var. Rusiyanın Ukraynaya qarşı aqressiyası. İndiyə qədər statistika dəqiq  olmasa da 5 minə yaxın insan həlak olub. Onların təqribən yarısı ukraynalı, yarısı isə rusiyanın vətəndaşlarıdır. Ölən Ukrayna vətəndaşlarınından 80 faizi rus millətindən olan separatçılardır. Rusiyada insanın qiyməti olmadığı üçün 2500 ölü onlar üçün heç bir şeydir. Çeçenistan müharibəsində azı 100 minə yaxın (hər iki tərəfdən) qurban verən Rusiya üçün 2500 insanın Ukraynada həlak olması heç bir əhəmiyyət kəsb etmir. Bir çoxları Ukraynanın bir ovuc separatçıya qalib gəlməməsindən təəssüflənir. Bu əslində belə deyil. 1942-44 illərdə bu regionda partizan hərəkatının qarşısını RF-nın yarısını işğal etmiş almanlar da ala bilmədilər. Terroristlərlərlə müharibə etmək nizami ordu ilə müharibə etməkdən qat- qat çətindir. Əgər Rusiya açıq- aşkar partizan müharibəsi aparmasaydı, Ukraynanın separatçıları ləğv etməyi 1 aydan uzun çəkməzdi.Putin bir həftə bundan öncə ,  Latın Amerikası səfərindən sonra özünü Hitlerin 1938-ci il Münhen müqaviləsindən (Çexoslovakiyanınm Sudet vilayətinin Almaniyaya verilməsi barədə Fransa və İngiltərənin imzaladığı müqavilədən söhbət gedir) sonrakı eyforiya vəziyyətində hiss edirdi. Hitlerin dünya müharibəsinə başlaması və bütün avropanı işğal etməsi həmin bu sazişdən başlayır. Bu müqavilə ilə əlaqədar dahi Çörçilin dedikləri ”˜”™Ê¼İngiltərə və Fransa guya müharibənin qarşısını almaq üçün belə bir rüsvayçılığı qəbul etdi, indi onlar rüsvayçılıqla yanaşı müharibəni də aldılar.”™”™ fikri çin oldu. Aralarında 75 il fərq olmasına baxmayaraq Krımın işğalı Münhen sazişindən sonra Çexoslovakiyanın Sudet vilayətinin işğalı ilə eynidir.O dövrdədə indi olduğu kimi İngiltərə və Fransa Çexslovakiyanın ərazi bütövlüyünün qarantına imza atmışdılar. 

 

Faktiki  Avropa İttifaqı Rusiyanın Krımı işğalından sonra sərt sanksiyalar tətbiq etmədi. 1938-ci ildə olduğu kimi yenə Avropanın 2 ən böyük ölkəsi (Fransa və Almaniya) militaristə qarşı yumşaq mövqe tutmaq istədilər.20-ci əsr tarixində  hər iki ölkənin bugün belə qüdrətli olmasının səbəbi ABŞ-dır.O faktiki Fransanı 2 dəfə Almaniyanın işğalından xilas edib. 4 yerə parçalanmış Almaniyanın vahid dövlət şəkilində birləşməsini və iqtisadi dirçəlişinidə Amerika edib. İndi hər iki ölkə Amerikanın təsirini Avropada zəiflətmək siyasəti aparırlar.

 Fransa və Almaniyanın və onlara qoşulmuş İtaliyanın pozisiyasından ruhlanan Putin artıq strateji işğalçılıq planına yol açılacağına əmin idi. Onun fikrincə Ukrayna ilə müharibədən usanacaq xalq indiki rejimi yıxacaq,maksimum 2 ilə və o öz adamını prezident gətirəcək. İkincisi, yerdə qalan ölkələriŞ o cümlədən Azərbaycanı müxtəlif vasitələrlə Avroasiya birliyinə qatacaq və yenidən 1945-ci il sərhədlərini bərpa edəcək. Ancaq Putinin separatçılarının Rus raketi ilə Malaziya sərnişin təyyarəsini vurması müvəqqəti olsada Putinin planlarını alt- üst etdi. İndi o bu vəziyyətdən çıxmaq üçün yollar axtarır. Atəşkəs üçün canfəşanlıq edəcək. Çox ehtimal o separatçılardan bir ikisini təyyarəni vurmaqda suçluyub həbs etdirəcək yenidən Fransa və Almaniyanın loyal münasibətlərinə nail olmağa çalışacaq.

 Avropa Putin aqressiyasına qarşı sərt mövqe tutmasa rüsvayçılıqla yanaşı müharibənidə almış olacaq. Sözsüz ilk növbədə orta asiya ölkələri , Qazaxstan və Azərbaycan bu aqresiyanın qurbanları olacaq, ardınca şərqi avropanın baltik ölkələri,Bolqarıstan, Polşa və sairələri gələcək.

 Orta asiya ölkələri və Azərbaycan 20-ci əsrin əvvəllərində olduğu kimi heç bir müqavimət göstərmədən Rusiyanın hegemonluğunu qəbul edəcək. Ən ağır vəziyyətdə Azərbaycan olacaq. Çünki Azərbaycanın sərhədlərində olan ölkələrin heç biri Rus aqressiyasına qarşı çıxış edən deyillər. Xalqın ümidi türk qardaşlarımızadır. Ancaq tarix göstərir ki, Türk höküməti öz maraqlarına görə həmişə Azərbaycanı qurban verməyə hazırdır. Necə ki, 1918-ci ilin aprelində ermənilərin Türkiyəyə olan ərazi iddialarını Azərbaycanın torpaqları hesabına ödədi və bizim bu gün qəhrəman hesab etdiyimiz siyasi xadimlərdə qeydsiz şərtsiz Azərbaycanın Rus imperiyasına qarşı 1806-1828 ”“ci illərə qədər ölüm dirim müharibəsi aparan qədim İrəvan xanlığını başda İrəvan şəhəri olmaqla ermənilərə peşkaş etdi.1920-ci ildə Azərbaycan hökümətini bolşeviklərə təslim olmağa təhrik etdi.  Rusiyanın Krımı işğal etməsinə qarşı hətta Yaponiya çıxdığı halda Türkiyə deklarativ qınamaqdan başqa RF-na heç bir sanksiya tətbiq etmədi. Düşünürsünüz ki, Azərbaycana görə RF ilə üz üzə dayanacaq çox böyük səhvə yol verərsiniz.

 Ona görədə Azərbaycan başına çarə qılmalıdır. Birincisi RF ilə əlaqədar apardığı siyasəti maksimum açıq olmalıdır. Açıq elan etməlidir ki, ərazi bötövlüyü bərpa edilməyənə qədər Azərbaycan heç bir ittifaqa girə bilməz,çünki torpaqlarının 20 faizi onun kontrolunda deyildir. Əgər RF onun Avro asiya ittifaqına daxil olmasını istəyirsə ilk növbədə artıq müstəqilliyini itirib faktiki Rusiyanın bir əyalətinə çevrilmiş Ermənistanın qoşunlarını bu ərazilərdən çıxartmalıdır.

 Bu siyasət gizli yox açıq aparılmalıdır, bütün beynəlxalq təşkilatlar, qərb ölkələri bunları eşitməlidirlər. Rusların aqressiv planlarının qarşısını almağın yeganə yolu budur. RF Azərbaycanın şimalında istənilən vaxt 3 rayonda vəziyyəti gərginləşdirə bilər. O regionda istənilən cüzi bir hərəkət hökümətin nəzarətində olmalıdır və ona reaksiya verilməlidir. Çox millətli Dağıstan yaranmış Avar,Kumuk, Lak, Ləzgi  balansının pozulmasında maraqlı deyildir, ancaq rusiyanı militarist planından bir alət kimi istifadə edilə bilər.Xalqın müqavimətini artırmağın yeganə yolu demokratik seçkilərdir, başqa sözlə camaat yaradılan dövlət strukturlarının onunku olduğuna inanmalıdır. Əks halda hökümət özlərinindir gedib başlarına çarə qılsınlar deyəcəklər. Xalqı bu durumdan çıxarmaq müsəqilliyin qorunmasının əsas şərtidir. İndi bələdiyə seçkiləri olacaq. Heç olmazsa bu çoxda böyük əhəmiyyət kəsb etməyən hadisədən camaatın inamını yəni hər bir vətəndaşın onun səsinin əhəmiyyəti olduğuna inandırmaq lazımdır.Bu işi hökümət etməlidir. Azərbaycan müxalifəti elə bir vəziyyətdədir ki. o heç vakumdada yüngül bir şeyi qaldıra bilməz.Hər bir kənd,qəsəbə ,şəhər, rayon özünün hörmətli adamlarını tanıyır sadəcə olaraq insanlara imkan vermək lazımdır ki, o insanları seçsinlər.

 Rusiyanın sərnişin təyyarəsini vurması birinci dəfə deyildir. 1983-cü ildə Koreyadan Amerikaya uçan sərnişin təyyarəsinidə vurub okeanda batırdılar. O vaxt prezident Reycan Sovet ittifaqını bəlalar imperiyası adlandırdı və onu məhv etmək üçün əlindən gələni edəcəyini elan etdi. Bu işi gördü və bu gün sovetlət imperiyası yoxdur.Ancaq tarix  göstərdi ki, həmin bəla imperiyasının ən yekə başı hələdə sağdır.İndi tarix bu başıda kəsib odla dağlayan yeni Reyqan yetişdirməlidir. İlk növbədə Rus xalqını ikinci növbədə qonşuları gələcək bəlalardan xilas etməlidir. Ümid edək ki, Avropa ölkələrinin liderləridə bunları çox gözəl başa düşürlər.”

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama