Vətəndaş və İnkişaf Partiyası (VİP) mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə Rusiyanın Soçi şəhərində təşkil olunan növbəti Qış Olimpiya Oyunlarının açılış mərasimi zamanı təşkilatçıların Azərbaycan Respublikasına yönəlik sayğısızlığı diqqətdən yayınmayıb.
Həm Azərbaycan dövlət heyətinin arxa
sıralarda və küncdə əyləşdirilməsi, həm də Azərbaycanın dövlət xəritəsinin
düşünülmüş qaydada təhrif edilməsi ev sahibi ölkənin münasibətinə dair qəti təəssürat
yaradır.
Müstəqilliyimizi və suverənliyimizi məhdudlaşdırma
layihəsinin müəlliflərinin, Azərbaycanı SSRİ-nin yeni modeli kimi qəbul edilən
Avrasiya İttifaqı layihəsinə sürükləməyə çalışan Rusiyanın ərazimizə və təmsilçiliyimizə
belə münasibəti başa düşüləndir.
Lakin təəssüf ki, qeyd olunan mərasimdə Azərbaycanın
dövlət rəmzlərinə hörmətsizlik davranışı tək təşkilatçılarla məhdudlaşmadı.
Mərasimdə iştirak edən digər ölkələrin rəsmi
nümayəndə heyətlərinin hamısı öz dövlət rəmzlərini və idmançılarını ayaq üstə
salamladılar.
Yalnız Azərbaycanı prezidenti ilham Əliyev
bayrağımız stadidona daxil olan zaman ayağa qalxmadı. Ola bilər, hansısa səbəb
Azərbaycan prezidentinin diqqətini yayındırıb.
Lakin bütün hallarda bu davranış çox ciddi səhv
hesab olunur və dövlət başçısı bu məsələyə mütləq aydınlıq gətirməlidir.