Son bir həftədə Milli Teleradio Şurası artıq ikinci dəfə telekanallarda yayımlanan verilişlərdə əndazəni aşıldığına, milli adət-ənənələrin total pozulmasına görə meydana çıxaraq müxtəlif cəza tədbirlərinə əl atmaq məcburiyyətində qalıb. Hətta bəzi müşahidəçilər belə düşünür ki, MTRŞ bu xaosu durdurmaq gücündə deyil və vətəndaşlar məhkəmlərə üz tutaraq telekanalları məhşər ayağına çəkməlidirlər.
Yaranmış
acınacaqlı durumla bağlı Moderator.az-a danışan televizya mütəxəssisi, tanınmış
publisit-jurnalist Xaliq Bahadır da belə hesab edir ki, hökumət öz əxlaq və
davranışlarıyla nə gündədirsə telekanallar da eyni vəziyyətdədir, ona görə də
başqa şey gözləməyə dəyməz:
"”Azərbaycvan
prezidenti" adlandırdığımız İlham Əliyevin çıxışlarına baxın, görün bu
çıxışlar televizayaları bürümüş dedi-qodulardan çoxmu seçilir? Özü bütünlüklə korrupsiyalaşmış bir hökumətin
başında dura-dura müxalifəti haralardansa pul almaqda, haralarasa satılmaqda,
ermənidən betər olmaqda qınayır, beləcə prezidentə - dövlət başçısına
yaraşmayan suçlamalarda bulunur. Bunların hamısına bir ad vermək olar:
prezident dedi-qodusu. Hökumətin bütünlüklə korrupsiyaya uğradığı, bütün idarəetmə sisteminin
rüşvət içində darmadağın edildiyi ölkənin televizyalarından 21-ci yüzilliyin
elmi-mədəni-intellektual yetənəklərini gözləməyə dəyərmi? Yurddaş ən azı
vergiverən olaraq, televiziyanın ideya-mənəvi pozuculuğu ilə bağlı məhkəməyə üz
tuta bilər, ancaq indiki Azərbaycan kimi antihüquq dövlətində deyil, hüquq dövlətində.
Dünyanın ən demokratik ölkələrindən sayılan Böyük Britaniyada televiziya üzərində
ayrıca nəzarət institutu
var. Bu institutun başında lordlardan biri durur. Bir fakt: Böyük Britaniyada
hansısa davranışları ilə özünü toplumun gözündən salmış kimsələrin
televiziyalara buraxılması yasaqdır. Bu yasağı pozan televiziya cəzalandırılır.
Bu yolla televiziyaların topluma neqativ etkisinin qarşısı alınır.”