“Hakimiyyətdən bir xahişimiz var...”
Moderator.az hüquq müdafiəçisi Novella Cəfəroğlunun “Yeni Müsavat”a geniş müsahibəsini təqdim edir:
- Novella xanım, siyasi məhbus siyahısındakı uyğunsuzluqlar hələ də qalır. Bu məsələ ilə bağlı müzakirələr aparılırmı?
- Yaxın günlərdə biz Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı və RATİ-nin sədri Emin Hüseynovla danışmışıq ki, yığışaq siyahını bir daha dəqiqləşdirək. Biz siyahıları Avropa Şurasının kriteriləri əsasında hazırlayırıq.
- İndi sizin məhbus siyahınızda neçə nəfərin adı var?
- 25 nəfərin. Əgər bütün siyahıları toplasaq, 134 nəfər edər. Ancaq bunların içərisində metroda terror aktı törədənlər, konket cinayət edənlər də var. Avropa Şurası bizim siyahı ilə işləyir. Hakimiyyətdən bir xahişimiz var - məhz xahişimiz. Yaxın zamanlarda Azərbaycan AŞ PA-ya sədrlik edəcək. Biz deyirik ki, ona qədər bizim siyahıdakı 25 nəfəri - Tofiq Yaqublu, İlqar Məmmədov, Anar Məmmədli, Əli İnsanov, Fərhad Əliyev, Nemət Pənahlı, Əvəz Zeynallı, NiDA-çılar, dindarlar və başqalarını azad et, məqamdır, get, AŞPA-da Ermənistanın hüquqlarını pozduğu 500-600 min qaçqınlarından danış, Qarabağdan danış. Bu, Azərbaycanın əlində məqamdır, ondan istifadə eləməmək olmaz. Prezident gedəcək Strasburqa, lazımdımı ki, siyasi məhbuslara görə ona yerli-yersiz suallar verilsin? Azərbaycan üçün çalışmaq lazımdır. Anar Məmmədlini niyə tutublar? Seçki qurtarıb, bütün ölkələrin prezidentləri də Bakıya təbrik məktubu göndərib. Niyə Anar Məmmədlini tutursuz ki, yenidən seçki məsələsi gündəmə gəlsin? Mən bilirəm ki, kimsə bu işə vadar edir. Bu durum kiminsə xeyrindədir, amma İlham Əliyevin yox.
- Kimin? Kim belə bir problem yaradır?
- Bilmirəm, ancaq axtarıb tapmaq lazımdır. Azərbaycan nazirlərindən bəziləri vəhhabilərə pul vermir? Bu həbsləri də kimsə təşkil edir. Anar Məmmədli öz işini yaxşı bilən, savadlı bir adamdı. 2008-ci ildə Anar Məmmədli seçkilərlə bağlı hesabatında yazıb ki, İlham Əliyev prezidentliyə legitim seçilib. Bu adam öz işini görür. Deməli, kiməsə lazımdır ki, seçki məsələsi yenidən gündəmə gəlsin.
- Novella xanım, tez-tez də tənqid olunursunuz. Həm də sizi hər iki düşərgədə tənqid edənlər var - hakimiyyətdəkilər deyir, siyasi məhbus məsələsinə görə Azərbaycanı hədəfə çevirirsiniz, müxalifətdə olanların bəziləri də deyir, hakimiyyətlə işbirliyindəsiniz. Qəribədir ki, müxalifət düşərgəsindən ittiham ünvanlayanlar qapılarını polis döyəndə açmamışdan sizə zəng edir. Bu duruma öyrəşmisiniz, yoxsa ittihamlar səslənəndə əsəbləşirsiz?
“Niyə Anar Məmmədlini tutursuz ki, yenidən seçki məsələsi gündəmə gəlsin?” |
- Heç vecimə də deyil. Mən illərdir bu cəmiyyət üçün çalışıram. Çox ağır dönəmlər keçirmişik. 1993-cü ildə az qala hər gün bizi tutub polisə aparırdılar, mənim evimə gecə 3-də polis axtarışa gəlirdilər. Mitinqlərdə o qədər döyülmüşük ki... sayını da unutmuşam. Sadəcə, bəzən ürəyim ağrıyır ki, niyə belə bir gənclik yetişib. Bir var, bizi sevə-sevə tənqid eləsinlər, bir də var qərəzlə. İndiyə qədər Azərbaycan üçün heç nə etməyən, heç bir xidməti olmayan uşaqlar oturub Facebook-da bizə daş atanda özümüzə görə yox, onlara görə darıxıram. Biz böyükləri sevə-sevə gəlmişik, indi gənclərin bu hər şeyi ağına-bozuna baxmadan inkar etməyinə baxıb darıxıram. Çünki özləri heç nə yaratmırlar, olanı da dağıdırlar. Bu cəmiyyət üçün yaxşı heç nə vəd eləmir. 1993-94-lə müqayisədə indi durum xeyli yumşaqdır. Hərdən oturub başımıza gələnləri danışanda bəzən yaşadığımız qorxulu anlar gülməli gəlir. Heç yadımdan çıxmaz, Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qərargahı Zevində (Əziz Əliyev küçəsini deyir - A.M.) olanda AXC-də bizim qərargaha köçmüşdü. Sahil bağının yanındakı qərargahı Cəbhədən almışdılar. ABŞ-dan Milli Demokratiya İnstitutunun rəhbəri Nelason Ledski qərargaha gəlmişdi. Ona deyirdik ki, polis işləməyimizə imkan vermir, dəqiqədə basqın edirlər, bizi həbs edirlər. Ledski öncə elə bildi biz faktları şişirdirik. Elə gözümüz qapıda idi ki, polis indi gələcək, bu saat gələcək, ancaq polis-filan görünmürdü. Sonradan başa düşdük ki, xarici təşkilatların nümayəndələri olanda qərargaha girmirdilər. Həmin günlərdə də polis bütün günü Elçibəy dönəmində turizm şurasının sədri olan Ələsgər Siyabovu axtarırdı. Otaqdan çıxdım, işçilərdən birinə dedim, keç küçənin o tərəfinə, polisə zəng elə de, Siyabov qərargahdadı. Heç 10 dəqiqə keçməmişdi, bir də gördük polislər yel kimi girdilər içəri - hanı Siyabov, hardadı o? Bütün otaqlara hücum elədilər, aləmi vurdular bir-birinə. Ledski məəttəl qalmışdı. Həmin gün Ledskidən xahiş elədik ki, getsin olayı olduğu kimi Heydər Əliyevlə danışsın. O da danışmışdı və ondan sonra polislər bizə bir az gec-gec gəlməyə başladılar. (gülür) Bir gün də polis gəlib məni, Mirmahmud ağanı, İbrahim İbrahimlini, Asim Mollazadəni apardı Səbayel polisinə. Rəis Nazim Nağıyev, onun qardaşı keçmiş nazir Əli Nağıyev Heydər Əliyevin fanatı idilər. Özü də mənim yaxın qohumumdular. Nazim düz 4 saat Heydər Əliyev haqqında kitab oxudu bizə. Nə ağzımızı aça bilirik, nə durub harasa çıxa bilirk - polisdəyik. 4 saatdan sonra nəhayət dedilər, gedin. Çıxanda dedim, Nazim, bizə 3 sutka versəydin, daha rahat olardı. (gülürük - A.M.)
- O zaman polislər qadınları möhkəm döyürdü...
- Bulvarda mitinqə çıxmışdıq, hamını möhkəm döydülər. 39 kişi bir də mən bizi apardılar yenə Səbayel polisinə. Tofiq Qasımov dedi ki, mitinqin qətnaməsi məndədi, verim sən saxla, səni yoxlamazlar. 39 nəfər dövrə yaratdılar mən də kağızı gizlətdim çiynimdə. Mən həmişə mitinqə gedəndə qəşəng geyinirdim, qoy bilsinlər ki, biz intiligentik. Tofiq Qasımovu çox incitdilər, nə illah elədik ki, deputatdı, dəyməyin, qulaq asmadılar. Nə isə, onu apardılar yuxarı. İndi sıra bizdədi - gedirik yuxarıya izahat yazmağa. Bir deputatımız da vardı, Hicran Hüseynli, dedi, Novella xanım, gəl qol-qola girək. Girdik qol-qola, belə əda ilə gedirikE Elə otaqdan çıxaçıxda bir polis qayıtdı ki, bunlara bax, elə bil Raisa ilə Qarbaçov gedir. Arxadan belimizə bir möhkəm dubinkaE Nəfəsim kəsildi... Bizim nəslin çox əzab-əziyyətli günləri olub. Onda polis müxalifətçilərə çox ağır işgəncələr verirdi. İndikilər onların yanında toya getməlidir. Qəzet nədi, hamam nədi, vəkil nədiE insanların bədənində siqaret söndürürdülər.
“Uşağının gözü qabağında Pərvizin başına silah dayayıblar. Bu, ən ağır işgəncədi” |
- İndi də Pərviz Həşimlinin başına torba keçirirlər. Onda da başa torpa keçirilməsi var idi?
- Niyə yox idi. MTN bu metoddan həmişə istifadə edib.
- Axı Pərviz nə edib? Belə bir təəssürat yaranır ki, onun müdafiəsi çox zəifdir.
- Mən belə düşünmürəm. Biz hər fürsətdə onun məsələsini qaldırırıq. Onun işində birinci qanunsuzluq odur ki, onun ailəsinin üstünə silahla gedilib. Heç bir halda qanun buna yol vermir. Uşağının gözü qabağında Pərvizin başına silah dayayıblar. Bu, ən ağır işgəncədir. Özü də MTN indi Azərbaycana gələn casusları tutsun, Pərvizi niyə tutublar? Vəhhabilər görün Azərbaycan üçün nə boyda təhlükəyə çevriliblər? Azərbaycanın təhlükəsizliyi ilə bağlı düşünürəm ki, ciddi problemlər var. Onları həll eləmək lazımdı.
- Novella xanım, Milli Şuradan sual vermək istəyirəm. Bu Azərbaycanın yaxın tarixinin ən böyük birliyi idi. Sizcə, bu birlik niyə belə tez dağıldı?
- Bir var səmimi birlik, bir də var, süni birlik. Bu süni birlik idi. Ancaq prezident seçkilərində hamının bir yerdə olması üçün normal format idi. Əgər Milli Şura səmimi birlik idisə, İsa Qəmbəri prezidentliyə namizəd irəli sürməli idi. Məncə, orada partiya sədrləri içərisində bu ən çox İsa Qəmbərin haqqı idi. Nəzərdə tutulan 2 illik aralıq dönəmdə ölkəni idarə etmək çətin olacaqdı. O işi təcrübəli, iradəli bir şəxs görməli idi. Ondan sonra da 2015-cu ildə azad seçki keçirilərdi. Namizədi kənarda axtarmağa heç bir ehtiyac yox idi. Mənim Rüstəm İbrahimbəyova çox böyük hörmətim var, xətrini də çox istəyirəm. Çox gözəl əsərləri var, ancaq ürəyi yazıları kimi güclü deyil. Ona görə də seçkidə bütün yük Ziyalılar Forumunun deyil, fədakar hərəkatçıları çiyinlərində qaldı. Mən bilirsənmi nəyə heyfsilənirəm? Bu gün həm Müsavatda, həm də Cəbhədə hərəkat dönəmindən bu günə qədər tam səmimi mübarizə aparan çox dəyərli dostlarımız var. Bu şəxslər üz-üzə qoyulmamalı idi.
- Siz ehtimal edirdinizmi ki, Milli Şura bu cür ağır fəsadlarla dağılacaq?
- Biz Milli Şura yaranmamışdan Strasburqda Andreas Herkellə (AŞPA-nın Azərbaycan üzrə keçmiş məruzəçisi - A.M.) bu məsələ ilə bağlı söhbət edirdik. Biz bilirdik ki, bu məsələ alınmayacaq, bilmək istəyirdik ki, AŞPA-da bu haqda nə düşünürlər? Biz gördük ki, onlar da bütün qüvvələrin bir araya gəlməsinin çətin olacağını ehtimal eləyirlər. İllərdir bir-birinə nifrət edən insanlar bir araya gəlib necə uğur qazana bilər? Nifrətlə dostluq bir arada ola bilməz. Müsavat Partiyasının çıxması da ona görə normal qarşılanmalı idi. Çünki hamıya gün kimi aydın idi ki, Müsavat Partiyası Milli Şuraya ürəksiz getmişdi. İsa bəy dəfələrlə açıq şəkildə demişdi ki, bir sıra məsələlər Rüstəm İbrahimbəyov Bakıya gəlmədən mümkün olmayacaq. Sonradan da aydın oldu ki, o çox doğru düşünürmüş. İndi bütün günahı Müsavatın boynuna qoyanlar hansı məntiqlə düşünür? “Yeni Müsavat”a qarşı təpki isə bir ayrı söhbətdir. Mən həmişə demişəm, “Azadlıq” qəzetində də yaxşı jurnalistlər var. Ancaq 3-4 nəfər, qalanı partiya funksioneridir, öz sözü olmayan adamlardır. Mən yaxşı bilirəm, onlar nəyi, necə, hansı prinsiplə yazır. Ancaq “Yeni Müsavat”da müstəqil fikirli jurnalistlər çoxdur. Mən bu qəzetdə dedi-qodu görmədim. Sizləri çoxdan tanıdığım, xətrinizi istədiyim üçün demirəm - bu mənim bir qəzet olaraq “Yeni Müsavat” haqqında düşündüklərimdi. Rauf bəyi illərdir tanıyıram. Onun üçün həmişə xəbər ən vacibi olub. Elçibəy Kələkidə olanda neçə dəfə müsahibə elədilər, xüsusi buraxılışlar hazırladılar ki, Əbülfəz bəy gündəmdə olsun. Mən Moskvaya getmişdim, oradan bir neçə jurnalisti Kələkiyə apardım ki, dünya Elçibəyin ölkədə olduğunu bilsin. Çünki bizim başqa dövlətlərə əlimiz indiki kimi rahat çatmırdı. Yəni bu diqqət olmasaydı, Elçibəy bir ilin içərisində unudulardı bəlkə. Əbülfəz bəy, AXCP-nin sədri idi. Ancaq Əbülfəz bəyə hörmətsizlik həmişə “Azadlıq” tərəfdən olub.
- Səbəbi sizə aydındırmı?
(ardı var)
15:15, Bu gün
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
15:10, Bu gün
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
15:05, Bu gün
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət Həsənquliyev
15:00, Bu gün
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
14:55, Bu gün
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
14:50, Bu gün
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
14:48, Bu gün
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
14:42, Bu gün
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
14:37, Bu gün
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
14:33, Bu gün
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
14:32, Bu gün
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
14:27, Bu gün
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
14:21, Bu gün
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
14:16, Bu gün
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
14:11, Bu gün
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
14:09, Bu gün
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
14:06, Bu gün
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
13:55, Bu gün
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
13:50, Bu gün
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
13:45, Bu gün
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
13:44, Bu gün
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
13:42, Bu gün
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
13:38, Bu gün
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
13:33, Bu gün
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
13:30, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
13:29, Bu gün
Somali Prezidenti COP29-da iştirak edəcək
13:26, Bu gün
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
13:23, Bu gün
Dəhşətli qəzada ölən Cavidin FOTOSU
13:18, Bu gün
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
15:15, Bu gün
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
15:10, Bu gün
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
15:05, Bu gün
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət Həsənquliyev
15:00, Bu gün
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
14:55, Bu gün
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
14:50, Bu gün
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
14:48, Bu gün
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
14:42, Bu gün
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
14:37, Bu gün
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
14:33, Bu gün
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
14:32, Bu gün
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
14:27, Bu gün
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
14:21, Bu gün
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
14:16, Bu gün
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
14:11, Bu gün
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
14:09, Bu gün
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
14:06, Bu gün
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
13:55, Bu gün
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
13:50, Bu gün
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
13:45, Bu gün
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
13:44, Bu gün
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
13:42, Bu gün
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
13:38, Bu gün
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
13:33, Bu gün
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
13:30, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
13:29, Bu gün
Somali Prezidenti COP29-da iştirak edəcək
13:26, Bu gün
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
13:23, Bu gün
Dəhşətli qəzada ölən Cavidin FOTOSU
13:18, Bu gün
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
13:13, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
13:08, Bu gün
Prezident Somalinin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Əziz Seyidov təqaüdə göndərildi - FOTO
12:59, Bu gün
"Yaxın günlərdə yox olacağam" - VİDEO
12:54, Bu gün
"Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib - FOTO
12:49, Bu gün
İkinci kurs tələbəsi dəm qazından öldü
12:45, Bu gün
Kosmosda böyük təlatüm: İki qalaktika birləşir
12:41, Bu gün
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
12:36, Bu gün
Xatirə Azərbaycanı tərk edir - VİDEO
12:32, Bu gün
Qərbi Azərbaycan İcması bəyanat yaydı
12:28, Bu gün
"Rusiya Ukraynaya termobarik döyüş başlıqlı "Shahed" raketləri ilə zərbələr endirmyə başlayıb" - ISW
12:24, Bu gün
Bu ay Azərbaycanda 6 gün ardıcıl İŞ OLMAYACAQ
12:20, Bu gün
Azərbaycanlı məşhur qadın oğlu yaşda şəxslə SEVGİLİDİR? - VİDEO
12:16, Bu gün
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək?
12:12, Bu gün
Elarizin oriental rəqqasə ilə əyləncəsi - VİDEO
12:10, Bu gün
“Mirvari” yenidən Xəzərdə... - FOTOLAR
12:09, Bu gün
Bunu edərkən iki dəfə düşünün... - Xanımlar MÜTLƏQ OXUSUN
12:06, Bu gün
“Baboşların, mamoşların təbliğatı gedir” - Fazil Mustafa
12:02, Bu gün
Günel onların ölkəmizi “Avroviziya”da təmsil etməsinə belə reaksiya verdi
11:58, Bu gün
Zahid Orucdan SƏRT ÇIXIŞ: “Azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər”
11:54, Bu gün
BDU-nun SABAH məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub - FOTO
11:50, Bu gün
“600 qəbiristanlıqdan cəmi ikisi salamatdır, vəssalam!”
11:45, Bu gün
2030-cu ilədək milyonçu ola biləcək 4 bürc
11:41, Bu gün
Mübahisələrin həlli istiqamətində ən son yeniliklər biznes nümayəndələrinə təqdim edilib - FOTO
11:35, Bu gün
BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir - FOTO
11:30, Bu gün
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
11:25, Bu gün
Əli Əsədovdan yeni QƏRAR
11:23, Bu gün
İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi
11:20, Bu gün
“Allah eləsin ki, TikTok bağlansın” - VİDEO
11:11, Bu gün
“Moderator.az daim heç kəsin diqtəsi olmadan obyektiv reallığı əks etdirməyə çalışır...”
11:00, Bu gün
Azərbaycanda bu vəzifəli şəxs işdən AZAD OLUNDU
10:55, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10:45, Bu gün
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
10:40, Bu gün
ABŞ-dan Ermənistan və Azərbaycana təşəkkür gəldi: səbəbi...
10:30, Bu gün
Nadir İsrafilov: “Moderator.az moderatorluq ənənəsinə sadiqlik nümayiş etdirir.”
10:10, Bu gün
Soyuq ayların təhlükəli qidası - Zəhərli göbələyi zəhərsizdən necə AYIRAQ?
10:02, Bu gün
"Qarabağ" Tovuz səfərində
09:58, Bu gün
Küçə ticarətinə kim nəzarət etməlidir?
09:53, Bu gün
Azərbaycan nefti bahalaşıb
09:50, Bu gün
Hökumətə iki həftə vaxt verildi: Qiymət artımını dayandırın
09:40, Bu gün
Rusiya raketlərini Ukrayna üzərində vurmalıyıq - Polşa
09:34, Bu gün
Avropa İttifaqı Rusiya ilə savaşa hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tövsiyə olundu...
09:28, Bu gün
COP29 ərəfəsində hotellərdə qiymətlər necədir? - Endirimlər də var
09:25, Bu gün
Rusiya gəmilərini Xəzərdən Aralığa göndərəcəkmi?
09:20, Bu gün
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı
09:18, Bu gün
Xəstəxanada DƏHŞƏT: diri-diri yanıb ölən var
09:15, Bu gün
Rusiya XİN: Türkiyə və Suriya dialoqun bərpasında maraqlıdır
09:11, Bu gün
İran bu ölkədən İsraili vurmağa hazırlaşır - TARİX AÇIQLANDI
09:08, Bu gün
Kişi daha tez ölür: niyə qadın pensiyaya tez çıxmaldır? - Ekspert
09:06, Bu gün
Təxminimiz doğruldu- keşiş Baqrat Moskvaya getdi...- 40 erməniyə isə qadağa qoyuldu...
09:05, Bu gün
Ərdoğan və Orban Qırğızıstana səfər edəcəklər
09:02, Bu gün
10 saniyəyə yuxuya getməyin "HƏRBİ ÜSULU"
08:58, Bu gün
Bu gün hava necə olacaq?
08:53, Bu gün
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib
08:45, Bu gün
"Telegram" istifadəçiləri üçün əla xəbər: Yeni funksiya gəlir
08:38, Bu gün
“Real Madrid”dən bir milyonluq yardım
08:35, Bu gün
COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub
08:33, Bu gün
Nyutonun proqnozu: Qiyamət bu tarixdə qopacaq
08:30, Bu gün
"Gürcüstan bunu edərsə, artıq Azərbaycan susmayacaq!" - Elçin Alıoğludan SENSASİON İFADƏLƏR
08:25, Bu gün
Tıxac olan yollar - Siyahı
08:20, Bu gün
Arıqlamağa kömək edir, xərçəngdən qoruyur
08:15, Bu gün
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
08:14, Bu gün
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
08:10, Bu gün
Rusiya bu yolla Gürcüstandakı seçkilərə MÜDAXİLƏ ETDİ - Fikrət Yusifovdan ŞOK FAKTLAR - VİDEO
08:05, Bu gün
Uşağı biznesmen kimi böyütmək üçün praktik nümunələr - SƏHƏR OXUSU
08:00, Bu gün
Moderator.az 12 yaşında - VİDEO
31 Oct 2024 | 23:35
“Valideynlik hüququndan məhrum edilə bilər”- əlilliyi olan şəxs aliment ödəməlidir?-AÇIQLAMA
31 Oct 2024 | 23:30
“Həmin sürücülük vəsiqəsini 1 ay istifadə edə bilərlər”-ARAŞDIRMA+FOTO
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 22:55
Vatsapdan daha bir yenilik
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 15:28
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni cərimə özünü doğruldacaqmı?
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
31 Oct 2024 | 17:37
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
31 Oct 2024 | 15:42
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
31 Oct 2024 | 23:01
Nikolun başına alma atan Qarabağ ermənisinin məhkəməsi…
31 Oct 2024 | 15:30
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 15:49
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
31 Oct 2024 | 16:20
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
31 Oct 2024 | 17:59
Qadın idmançımıza yüksək vəzifə verildi
31 Oct 2024 | 18:09
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
31 Oct 2024 | 15:28
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
31 Oct 2024 | 16:16
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili