Neftçilərin
Hüquqlarının Müdafiəsi Komitəsinin sədri, tanınmış ictimai-siyasi xadim Mirvari
Qəhrəmanlı da Moderator.az-a açıqlamasında AXCP-Müsavat savaşından və bu münaqişənin “Yeni Müsavat”la “Azadlıq”
arsında söz duelinə çevrilməsindən narahatçılığını ifadə edib.
“Məni
cəmiyyətimizdə çoxluq təşkil edən, heç bir siyasi partiyanın üzvü olmasa da ümidlərini müxalifətə, xüsusilə də savaşan bu pariyalara bağlamış insanlarda əmələ
gəlməyə başlamış xəyal qırıqlığı, şübhələr ciddi narahat edir. Heç kimə nəsihət vermək fikrində deyiləm. Ancaq hər
iki tərəfə xatırlatmağı özümə borc bilirəm ki, kimin haqlı, kimin haqsız
olmasını təftiş etməyin vaxtı deyil və bilməlisiniz ki, bu münaqişələrdə tərəf
olmaqla bütövlükdə xalqın demokratik cəmiyyət quruculuğuna olan inamını
sarsıdır, onu öz pozulmuş haqqı uğrunda dirəniş göstərməkdən çəkindirir,
apolitik uçurumu daha da dərinləşdirir. Mən ad çəkmək fikrində deyiləm. Əslində səbəbsiz yerə bir-birini didən hər iki
tərəfi qınayıram və onlara səslənməyi özümə borc bilirəm ki, heç bir şərt irəli
sürmədən həm mətbuada, həm də sosial şəbəkələrdə bu cür təhlükəli deyişmələrə
bir an öncə son versinlər. Bunu etməsələr tarix və zaman qarşısında çox böyük
qəbahət sahibi kimi qınanacaqlar. Enerjinizi nələrə xərclədiyinizi xatırlayın,
axı məmləkətin, millətin bu boyda dərdi, qayğısı olduğu halda ümumi birliyə, xalqın toparlanmasına, onun vahid mübarizəsinə çox böyük zərbə vurursunuz. Bu haqqı sizə kim verib?"