Nizami Süleymanovdan yanacaqla bağlı akademik təklif
Oxunub: 7015
16 Dec 2013 | 10:29
Nizami Süleymanovdan yanacaqla bağlı akademik təklif

Yanacağın qiymətlərinin qaldırılması insanlarımızı daha da qənaətcil olmağa vadar edib. Akademik Nizami Süleymanovsa bahalaşmadan əziyyət çəkən vətəndaşlarımıza qızıldan qiymətli tövsiyyə verib. Onun məsləhətlərinə əməl etməklə qiymət artımında yaranmış fərqi kimsəyə xahiş etmədən geri ala bilərsiniz. Necə? Bunu akademikin Moderator.az-a eksklüziv müsahibəsini oxumadan bilməyəcəksiniz...

-Ümumiyyətlə, vətəndaşlarımıza böyük litrajlı maşınlar almasını tövsiyyə etməzdim. Avropada çox az sayda yüksək litrajlı maşın görə bilərsiniz. Çünki onlar pulu nəyə və necə xərcləməyi çox gözəl bilirlər. Bizim millətsə böyük litrajlı maşınları sürməyi sevir. Məsələn, bu gün paytaxt yollarındakı maşınların yarıdan çoxu 17-30 litr yanacaq sərf edən “CİP”lərdi. Adətən yanacağın qiyməti baha olan ölkələrdə insanlar çox kiçik litrajlı maşınlar minirlər. 4-5, uzağı 6 litr yanacaq sərf edən avtomobillər əsas nəqliyyat vasitələri olur. Bizdə isə hər şey əksinədir və hələ bir fəxr də edirlər ki, mənim maşınım hamınınkından daha çox yanacaq içir. Düşünürəm ki, bu bir keçici həvəsdir və insanlar maarifləndikcə, dünyanın oturuşmuş dəyərlərini mənimsədikcə belə maşın sürməkdən utanacaqlar və hamı yavaş-yavaş kiçik litrajlı maşınlara keçəcəklər. Bu insanlar onun fərqində deyillər ki, həm özlərini, həm də digər insanları zəhərləyirlər. Nə qədər çox yanacaq yanırsa bir o qədər də atmosferdəki oksigenin miqdarı azalır, əksinə, atmosferə atılan zəhərli qazların, tullantıların miqdarı atır.

-Nə təklif edirsiniz. Son qiymət artımının ardından ixtiranızdan yararlananların sayı artıbmı?

-Biz onun satılması ilə məşğul deyilik ki.

-Yaxşı, ümumiyyətlə insanlara izah edin görək o ixtiranın məğzi nədir?

-Biz bioenerjili nanokatalizator ixtira etmişik. Bir ara onun satışı ilə məşğul olduq. Ancaq gördük ki, reklama gedən pulla satış pulu arasında uduzuruq. Ona görə də satışı dayandırdıq. Bilirsiniz, Azərbaycanda benzin çox ucuz olduğuna görə insdanlar bu məsələyə o qədər də ciddi maraq göstərmirlər. Amma Türkiyə kimi ölkələrdə buna çox diqqət yetirirlər. Fikrimiz var ki, gələcəkdə Türkiyədə və bütövlükdə Avropada bu elmi nailiyyətimizin nəticələrini tətbiq edək.

-Oxucular üçün bu nailiyyəti izah edin.

-O avtomobilə bağlanan kiçik bir detaldır. Bioenerjili nanokatalizator adlanır. Qısa adı BNK-dır. O avtomobilə bağlanan kimi pozitiv enerji korpusa keçir, korpusdan da yanacağa ötürülür. Nəticədə molekullararası əlaqədə yumşalma baş verir və benzin də gedib avtomobilin injektorundan və ya farsunkadan, yaxud karbiratordakı üfürmə sistemlərindən keçəndə bir damla əvəzinə minlərlə daha kiçik damlalar əmələ gəlir. Yəni ağac kötüyünü daha çox xırdalayanda yaxşı yandığı kimi yanacaq da o cür yanır. Nə qədər çox tozlaşma dərəcəsi yaranırsa bir o qədər yanma təmiz yanır. Bu gün bütün dünyada buraxılan ən müasir avtomobillərin də demək olar ki, hamısı yanacağın ən azı 20-40 faizini ya yandırmır, ya da yarıçiy yandırır. Yəni pul verib aldığın yanacağın orta hesabla 25-30 faizi özün də bilmədən itkiyə gedir. Nəticədə həmin yarıçiy yanmadan yaranan dəm qazıyla atmosfer dəhşətli dərəcədə çirklənir, bir yandan da maddi ziyana düşürsən. Bu azmış kimi yarımçıq yanma avtomobilin mühərrikini də zora salır və istismar müddəti yarıbayarı azalır. Bizim ixtiramızın tətbiqində isə yanma yüzdə yüz faiz gedir və istər Azərbaycanda, istərsə də xaricdəki rəsmi analizlərin nəticələri əlimizdədir. Bundan əlavə universitetlərdəki avtomobil kafedralarının, nanotexnologiya ilə məşğul olan digər kafedraların rəyi də bunu təsdiq edir. Hətta Moskva telekanallarından biri Azərbaycan alimlərinin bu ixtirasını elmi fantastika kimi xarakterizə etdi.  Sadəcə olaraq mən biznesmen deyiləm, dəfələrlə də iş adamlarına təklif etmişəm ki, biz müqavilə əsasında bu texnologiyanı verə bilərik. Bizim müəllif haqqımızı verib gedib nə qədər istəyirlər qazansınlar. Bir daha təkrar edirəm, Çox güclü ixtiralarımız var ki, Azərbaycandakı milyondan artıq avtomobilin hamısını əhatə etməklə eyni zamanda bir mərkəzdən onların buraxdığı zərərli qazların miqdarını azalda bilək, bioenerjili nanodalğaların avtomobilin dövlət qeydiyyat nömrə nişanına məsafədən ötürülməsi hesabına ekologiyanı qoruyaq. Sizə bir faktı deyim, “qoststandart”ın milli monitorinq departamentinin 9 stansiyası var, gündə 3 dəfə havanın tərkibini ölçürlər. Ən çox da dəm qazının miqdarı yay aylarında olur. 2011-ci ildə iyul-sentyabr aylarında bir kub metr havada 4 milli qrama qədər dəm qazı olub. 2012-ci ildə biz cənab nazirlə razılaşdıq, rəsmi şəkildə bu ixtiranı tətbiq edərək yoxladıq. Mənə rəsmi sənədlər də verildi ki, bizim texnologiyanın tətbiqi hesabına dəm qazının miqdarı təxminən 2 dəfə azaldı. Şəhərin üstündəki tutqun hava da götürüldü. 2013-cü ildə isə bu texnologiyanı sistemə qoşmadıq, yenə də paytaxtda havadakı dəm qazı 4milli qrama qalxdı. Yəni bu monitorinqlər sübut elədi ki, ixtiramız misilsiz uğur qazandıra bilər dövlətimizə, millətimizə. Bir proqram işləyib hazırlamışıq. Ölkədəki bütün avtomobillərin dövlət nömrə nişanları orda qeyd edilir, bunu bir fleşkaya yığıb həmin müsbət enerjili dalğası olan aparata qoşuruq, nəticədə bütün avtomobillərə məsafədən bu dalğa ötürülür. Təbiətin bir qanunun kəşf elədik ki, eyni düzülüşlü rəqəm və rəsmlər dalğa vasitəsilə məsafədən əlaqədə olurlar. Yəni proqramı birinə yükləyəndə avtomatik o birilərinə də yüklənir. Özü də nəinki Azərbaycan ərazisinə, hətta buradan Türkiyəyə də məsafədən təsir etmək mümkündür və 2013-cü ilin yanvarında biz bunu da sınaqdan keçirdik və Ankaradakı nümayəndəliyimizin apardığı yoxlamalar Ankarada havadakı dəm qazının 40 fazi azaldığını sübut elədi. Yəni əlimizdə belə bir möhtəşəm texnologiya var. Amma bir işi ixtira etmək bir şeydir, onu tətbiq etməksə bundan yüz qat çətindir. Bunu nəinki özəl sahibkarklıq subyektləri, hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya Baş Dövlət Yol Polisi nəzdində də təşkil etmək olar. Sadəcə hər bir sürücü ildə bir dəfə kiçicik bir məbləği həmin təşkilata ödəməlidir. Bundan dövlətə də xeyir gələr, vətəndaşa da.  

-Azərbaycandakı neftayırma zavodlarının zay məhsul istehsal etdiyi də zaman-zaman cəmiyyətdə müzakirə predmeti olur. Xüsusən də yanacağın qiymət artımları zamanı daha çox aktuallıq kəsb edir.

-Bu barədə yoxlamalar aparmaq imkanımız yoxdur. Bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi var, onlar yoxlayıb rəy verə bilirlər. Bundan başqa AMEA-nın müvafiq institutları var, onların laboratoriyaları yoxlayıb rəy verə bilərlər. Təbii ki, əgər tam yeni avtomobillərdən də tüstü çıxırsa bu barədə şübhələrin ortalığa çıxması başadüşüləndir. Ancaq o da ola bilər ki, zavodlar normal istehsal edir, amma yanacaqdoldurma məntəqələri orda qatıb-qarışdırırlar. Çünki eyni yerdən alınan benzinlər necə ola bilər ki, bir yanacaqdoldurma məntəqəsində yaxşı olsun, o  birində pis. Özünüz də görürsününz ki, paytaxt əhalisi bir neçə dəfə maşınına benzin vurandan sonra hansı məntəqəyə getməli olduğunu özü üçün müəyyənləşdirir.

-Bir neçə gün öncə Dölət Yol Polisinin belə bir açıqlaması yayıldı ki, Azərbaycanda mövcud olan 1milyon 200 min avtomobilin 70 faizi istismar müddətini başa vurublar, ancaq yenə də onlardan istifadə edilir. Bu maşınların utilizasiyası niyə həyata keçirilmir? Bu maşınlar Qarabağ müharibəsindən çox can aldı, həm də bizi zəhələyirlər.

-Doğru deyirsiniz. Hesab edirəm ki, bu sahədə iş çox zəif gedir. Əvvəllər ekologiya polisi vardı və onlar maşınların qazanalizatoru vasitəsilə yanacağın necə yanmasına nəzarət edə bilirdilər. Vətəndaş da məcbur olub gedib maşını təmir etdirirdi. Lap ola bilsin maşını dünən almısan, təzə maşındır, amma ola bilər ki, hansısa nasazlıq üzündən yanacağın yanmasında problem var. Amma vətəndaş deyir ki, əşşi, təzə maşındır, nəyə ustaya aparım ki? Türkiyədə hər il məcburdular ki, avtomobillərini bu sahədə yoxlatdırsın. Ordan da sənəd alıb yapışdırırlar maşına. Bizdəki texniki baxışdan keçəndə maşının şüşəsinə yapışdırdığımız kağız kimi orda ikinci bir kağız alırlar və yapışdırırlar maşına. Bu, ekoloji testdən keçmə sənədidir. Bizdə isə bu bir az başdansovdu vəziyyətdədir. Mən bu barədə müvafiq qurum rəhbərləri ilə də söhbət eləmişəm. Düşünürəm ki, Türkiyədə olduğu kimi bizdə də ekoloji testdən keçməyə ciddi fikir verilməlidir. Millət də görsə ki, buna görə onu cərimələyə bilərlər, ona görə də məcbur olub maşınını avtoservislərə apararaq yoxlatdırsınlar. Amma bəla burasındadır ki, şəhərdəki avtoservislərin 99 faizində adi qazölçən cihazlar yoxdur. Halbuki mən Türkiyədə buna çox fikir vermişəm və demək olar ki, ordakı bütün avtoservislərdə qazanalizatorlar var. İstənilən avtomobil servisə gedəndə birinci onun qazın ölçürlər. Bizdə isə gedirlər injektor və ya karbirator ustasının yanına, yudu, vəssalam, hər şey əladır, gedə bilərsən. Hesab edirəm ki, bütün sevisləri məcbur etmək lazımdır ki, hamısında qazanalizatorlar olsun.

-Keçən müsahibənizdə demişdiniz ki, gününüzün əksər vaxtın laboratoriyada keçirirsiniz. Amma xeyir-şər var, digər baş çəkilməli ünvanlar olur. Paytaxtdakı tıxaclara düşmüsünüzmü heç? Bu bəladan necə qurtulmaq olar?

-Bir dəfə “İnqilab” küçəsindəki şadlıq saraylarının birinə çox yaxın bir adamın toyuna gedirdim, 3 saata yaxın tıxacda qaldım və gedib toya çatanda saat 11-ə işləyirdi. Bizdə sürücülük mədəniyyəti aşağıdır və bunu danmaq olmaz. Hələ sovet dövründə bir dəfə biz Belarusiyaya getmişdik. Minskdə idik və küçədə bir maşın da yoxdur, amma piyadalar üçün qırmızı işıq yanır. Bizim işçilər dedi ki, Nizami müəllim, bizdəki kimi deyil, burda lap küçənin o başından bu başına kilometrə qədər yol görünə və bir maşın da olmaya, insanlar qətiyyən qırmızı işıqda keçməz. Bizdə də bu mədəniyyət formalaşanadək əziyyət çəkməli olacağıq...

Oxşar xəbərlər
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək - VİDEO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi