Mehman Əliyev: “Vəziyyət hakimiyyət üçün kritikdir”
Gündəm
Oxunub: 2369
16 Dec 2013 | 10:26

Mehman Əliyev: “Vəziyyət hakimiyyət üçün kritikdir”

Azərbaycan cəmiyyətində qəribə bir durğunluq müşahidə olunmaqdadır. Ölkə insanı nə kütləvi şəkildə bahalaşma qərarına öz etirazını sərgiləyir, nə Ukrayna xalqı kimi meydana çıxıb Rusiyanın imperiya siyasətinə qarşı etiraz səsini qaldırır. Sanki bu, 25 il öncənin tarix yazan, “İlin xalqı” kimi dünyaya səs salan məmləkət insanı deyil. 

Mövcud situasiyanı, belə qeyri-müəyyənlikdə bizi gözləyən perspektivləri, demokratik düşərgənin, iqtidarın durumu daxil, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müzakirə etdik.

- Mehman bəy, Ukraynada Azərbaycanın taleyinə təsirsiz ötüşməyəcəyi bəlli olan hadisələr yaşanır. Bu proseslərin yekunları ilə bağlı düşüncəniz nədən ibarətdir? Şübhə etmirəm ki, yenə də nikbinsiniz...


“Ukraynada idarə olunan proseslər bizim qapımızı da döyür”


- Təbii. Bjezinski hələ 90-cı illərdə Qərb üçün Ukraynanın vacibliyi barədə fikir bildirmişdi. O deyirdi ki, sovet imperiyasının Ukraynasız bərpası mümkün deyil. Bax indi həmin proses tamamlanmaqdadır. Demək olar ki, Ukrayna Rusiyadan tam qopmaq ərəfəsindədir, belə bir proses başlayıb. Nəzərə alsaq ki, 2004-cü il prezident seçkilərində də Yuşşenko-Yanukoviç mübarizəsi gedəndə kifayət qədər dramatik vəziyyət yaranmışdı, ölkə iki hissəyə bölünmüşdü. Yuşşenko çox çətinliklə ikinci dəfə prezident ola bildi. İndiki durum göstərir ki, son 10 ildə Ukrayna cəmiyyətində çox böyük dəyişikliklər baş verib. 
Artıq ukraynalıların böyük hissəsi Qərbə üz tutub və sovet keçmişindən imtina edib. Simvolik olaraq Kiyevdə Leninin heykəlinin sındırılması da onu göstərir ki, proses yekunlaşır. Əlbəttə ki, Ukraynadakı hadisələr bu mənada bütün postsovet məkanına çox ciddi təsir edəcək. 

- Durduğumuz yerdəmi bizə də bu proseslərin müsbət dinamikası gəlib çatacaq? Axı biz cəmiyyət olaraq ayaqda deyilik, bu prosesə dəstək vermirik, heç olmasa küll halında dualarımız ukraynalılarla deyil... 

- Mən deməzdim ki, deyil. Məsələn, bu yaxınlarda hökumətyönlü QHT-lərin forumu olmuşdu, Prezident yanında Gənclərə Dəstək Forumunun dəstəyi ilə keçirilən bu foruma demək olar bütün hökumətyönümlü palitra yığışmışdı. Mən xüsusi olaraq ordakı çıxışlarla maraqlandım. Çıxışlar Avrointeqrasiya prosesinə və Ukrayna cəmiyyətinə dəstək istiqamətində idi. Bu iki məqamın orda vurğulanması yeni bir vəziyyətdir. İndiyədək hökumət nə Azərbaycan üçün xüsusi bir yol, nə Avropa ilə xüsusi bir münasibətlər və s. barədə konkret mövqe ortaya qoymurdu. İndi bu cür bəyanatlar onu göstərir ki, bizim cəmiyyətdə də Avrointeqrasiya istəkləri var. Sadəcə olaraq əvvəl Rusiyanın təzyiqləri, təsiri var idi deyə, çox ehtiyatlı davranırdılar. Artıq indi proses gedir və davamı olacaq. 


“İlham Əliyev Qərblə, ilk növbədə amerikanlarla razılığa gəlib, amma öhdəliklər götürüb”


- Hesab etmək olarmı ki, Azərbaycandakı qiymət artımı həm də xaricdən verilən sifarişdir, məsələn, Ukrayna hadisələri zamanında Azərbaycan cəmiyyətinin başı özünə qarışsın deyə, belə bir qərar verilib?

- Mən belə deməzdim. Əslində vəziyyət hakimiyyət üçün kritikdir. Keçən il büdcəni doldurmaq üçün Neft Fondunun aktivlərindən 2 mlrd. manat götürdülər. Adətən aktivlərə toxunmurlar. Amma bu il artıq bunu edə bilmirlər, çünki məsələlər ciddi nəzarətdədir. Ona görə də tariflərin artırılması ilə büdcəni doldurmaq istəyirlər. Bu,  kifayət qədər primitiv yanaşmadır. Bizdə onsuz da qiymətlər kifayət qədər yüksəkdir. Əgər Avropada, Qərbdə lap aşağı maaşları və orda olan tarifləri götürsək, görərik ki, bizim tariflər kifayət qədər yüksəkdir. Bu mənada vəziyyət onsuz da yaxşı deyil. Yəni bu məsələ həqiqətən də hökumətdə problemdir və bunlar mövcud idarəetmə nəticəsində baş verib. Digər tərəfdən də son bəyanatlar, çağırışlardan görürük ki, neft biznesi, insan haqları ilə bağlı Azərbaycana yeni-yeni təpkilər başlayıb. Görünən budur ki, Azərbaycan yaddan çıxmayıb, gündəmdədir. Ukraynada bu yaxınlarda avrointeqrasiya istiqamətində ciddi qərarlar veriləndən sonra Azərbaycan hakimiyyətinin manevrlərində də ciddi dəyişikliklər
 baş verəcək. Azərbaycandan daha israrlı tələb edəcəklər ki, bu istiqamətdə aktivləşsin.    
- Amma Putin İrəvanda bəyan etdi ki, Rusiya Qafqazı tərk etmək niyyətində deyil. Bu, o deməkdirmi ki, Ukrayna əldən çıxsa belə, Rusiya Cənubi Qafqazda daha da möhkəmlənəcək?

- Yox, mən hesab etmirəm ki, Putinin Qafqazda hansısa formada qalmaq fikri var. Bu gün Ermənistan bir platforma kimi ona görə istifadə olunur ki, Rusiya Qafqaz uğrunda mübarizədə ciddi gəlirlər əldə edə bilsin. Rusiya Qafqazı satmaq istəyir, amma kifayət qədər baha qiymətə. Elə Ermənistan ərazisinə rus qoşunlarının cəmlənməsi də buna hesablanıb. Ruslar Qəbələ RLS-i də amerikanlarla alver nəticəsində qoyub getdilər. Yalançı bəyanatlar verildi ki, Azərbaycan icarə haqqını 40-50 dəfə artırıb deyə, ruslar gedib. Təbii ki, Azərbaycan bunu heç vaxt etməzdi. Əlbəttə ki, Amerika ilə Rusiyanın müəyyən alveri nəticəsində bu baş verdi. Bu gün də çox ciddi bir məsələ var. Rusiyanın özündə çox ciddi problemlər yaşanır, iqtisadiyyat pis gündə, mərkəzdə narazılıq gündən-günə artır. Hesablamalara görə, yaxın 7 ildə Rusiya iqtisadiyyatına 1 trilyon dollar sərmayə lazımdır. Onlarda da bu pul yoxdur və onlar bu pulu Amerikadan, Qərbdən almaq istəyir. Təkcə puldan söhbət getmir, texnologiyalardan, idarəçilikdən də söhbət gedir. Ona görə də Rusiya Qərbdən bəlkə bizdən də çox asılı vəziyyətdədir. Qafqaz, Ukrayna məsələsi Rusiya üçün daha çox sərmayə əldə etmək üçün Qərblə alver predmetidir. 


“Superpartiya ideyası maraqlıdır, amma real deyil”


- Azərbaycanın taleyi ilə bağlı 2014-ə nə proqnoz verirsiniz?

- Azərbaycanın taleyi aydındır. Təxminən iyul ayında İlham Əliyev Qərblə, ilk növbədə amerikanlarla razılığa gəlib, amma öhdəliklər götürüb. Bu öhdəliklər də ciddi demokratik islahatların aparılması və onlara əməl etməkdir. İndiki mesajlar da təzyiq formasıdır ki, çox şey açıla, deyilə, məsələlər gündəmə gətirilə bilər, odur ki, aktiv olun, öhdəlikləri yerinə yetirin. Ona görə də yaxın iki ildə, parlament seçkilərində biz müsbət dəyişikliklərə doğru gedəcəyik. Son vəziyyət göstərir ki, iqtisadi durum yaxşı deyil, digər tərəfdən Qərbin də Şərq istiqamətində addımları, Ukrayna hadisələri göstərir ki, o, öz siyasətində daha ciddidir. Hesab etmirəm ki, Ukraynada birdən-birə, qəflətən nəsə baş verdi, bunlar idarə olunan, hesablanan proseslərdir. Artıq o proseslər bizim qapımızı da döyür. Ona görə də yaxın 1-2 ildə cəmiyyət üçün müsbət dəyişikliklərin olacağını gözləyirəm. Təbii ki, demokratik qüvvələrdən, cəmiyyətin aktivliyindən də çox şey asılıdır. Ona görə cəmiyyət də özünü göstərməlidir. Amma hakimiyyətin bu formada qeyri-populyar addımları, qərarları, əlbəttə ki, cəmiyyətdə daha çox aydınlıq yaradacaq ki, bu sistemi dəyişmək lazımdır. Yəni mübarizəyə qoşulanların sayı daha da çox olacaq.  

- Hesab etmirsiniz ki, postsovet məkanında ciddi proseslərin cərəyan etdiyi məqamda Azərbaycan müxalifəti “nöyütünü əbəs yerə yandırır”, daha az əhəmiyyətli müzakirələrə daha çox vaxt ayırır? 

- Deməzdim ki, bunlar lazımsız müzakirələrdir. Seçki ərəfəsində gördük ki, Milli Şuraya daxil olan bir sıra qüvvələr və fərdlər real olaraq heç bir iş görmədilər, formal fəaliyyət göstərdilər, sanki hesab etdilər ki, fəal partiyalar bu yükü çiyinlərinə götürüb aparmalıdır. Ona görə də bir aydınlıq olmalıdır, ya birgə işləmək, ya da ayrılmaq, bunun başqa yolu yoxdur. Seçki prosesini öz çiyinlərində Müsavat və AXCP apardı, bu, realdır. Bundan sonra da qərar vermək lazımdır ki, ya başqaları da bu prosesə qoşulur, ortaya real qüvvə qoyur, ya da bu formata son qoyulmalıdır. 

- Avrointeqrasiya davasının getdiyi bir dövrdə Azərbaycan demokratik qüvvələrinin başında Rusiya vətəndaşının durması - bu mövzuda çox danışılsa da, məsələyə nöqtə qoyulmayıb - nə dərəcədə normal və məntiqlidir? 

- Vətəndaşlıq məsələsinə gəldikdə... O qədər Rusiya vətəndaşı olan azərbaycanlılar var ki, onlar Azərbaycanı daha çox sevirlər, nəsə edirlər, nəinki Azərbaycan vətəndaşlığı olan, cibində Azərbaycan pasportunu daşıyan və Azərbaycanı talan edən insanlar. Yəni pasport məsələsi o demək deyil ki, şəxs Azərbaycan patriotudur.
 
- Rüstəm İbrahimbəyova bir sənətkar kimi böyük dəyər veririk və hörmətimiz var, ölkəmizin, xalqımızın fəxri olan ziyalılardandır. Amma Avropa və Rusiya seçiminin gündəmi zəbt etdiyi bir məqamda ən azı bu amil baş qaxıncı ola bilər. Məntiqlə ya İbrahimbəyov vətəndaşlıqdan imtina məsələsini sona çatdırmalı idi, ya da hansısa şübhələr yaranmasın deyə, özü bu qurumdan getməli idi... 


“Rusiya Qafqazı satmaq istəyir,amma baha qiymətə”


- Əlbəttə ki, bu, çox vacib məsələdir. Mən həmsədrlik məsələsinin müzakirəsində də demişdim. Seçki prosesinə heç bir töhfə verməyən insanlar birdən-birə deyirdilər ki, bu insanlar həmsədr olsun. Necə ola bilərdi ki, bir həmsədr Bakıda olacaqdı, real iş aparan şəxs, digəri də virtual məkanda nəsə edəcəkdi. Bu, anormal bir şey idi. Təbii ki, İbrahimbəyov bu vəziyyəti nəzərə alaraq seçkidən sonra operativ şəkildə qərar verməli idi ki, məsələn, mən gələ bilmirəm, orda yoxam, odur ki, gedirəm. Bunu etmək lazım idi. Ancaq proses çox yubandı. Bəlkə də bu prosesə Bakıdan təzyiq edənlər də olub. Onlar öz maraqlarından çıxış edirdilər, yaxud bəlkə də ona düzgün informasiya verməyiblər. Milli Şurada seçkiyə getmək-getməməklə, seçkini boykot etməklə bağlı mübahisələr də göstərdi ki, necə çətinliklə seçkiyə gedildi, nə qədər vaxt itirildi. Orda kim-kimə, hansı maraqlara işləyir, kimin kiminlə qısqanclığı var, kimdənsə xoşu gəlmir və s. amillər hamısı birləşib belə vəziyyəti yaradıb. Ona görə də bu tipli problemlərdən uzaq olmaq, təmizlənmək lazımdır. 

- Müsavatın AXCP və KXCP ilə bağlı ikitərəfli danışıqları oldu. Hətta superpartiya ideyası səslənir. Siz ən uğurlu model kimi nə təklif edərdiniz?

- Superpartiya ideyası maraqlıdır, amma real deyil. AXCP və Müsavat bəlkə də bunu yarada bilər. Olsaydı, yaxşı olardı. Onda hə, bu, bir ciddi faktora çevrilərdi. İkincisi, Milli Şura tipli koalision qurum yaradılmalıdır, amma burda real qüvvələr toplaşmalıdır. Milli Şuranı da işlək vəziyyətə gətirmək çətin deyil. Təxminən 40 faizin prosesdə adı var, özü yox. Bu tipli adamları avtomatik xaric etmək olar. Məsələn, Lalə Şövkətin qrupu çıxdı, Rəsul Quliyev uzaqlaşdı. Milli Şura formatı hələ özünü göstərə bilər. Sadəcə olaraq amorf, sadəcə danışan, iş görməyən adamlardan uzaq olmaq lazımdır. Ancaq superpartiya yaradılsaydı, uğurlu olardı. Bu iki partiya qərar versə, başqa partiyalar da ora gələ bilər. 90-cı illərin əvvəllərinə, Xalq Cəbhəsi formatına gəlmək lazımıdır. Xalq Cəbhəsi onda hakimiyyətə gəlmək imkanı yaratdı. 

- Maraqlısı odur ki, indiki hərəkatın Elçibəyi kim olacaq? 

- İş ondadır ki, qərar verilsə, bu, qurultayın seçimi olacaq. Bu gün liderlər var və kimsə seçilə bilər, o, problem deyil. Liderlər əvvəlki kimi israrlı deyillər ki, mən olmalıyam, qurtardı getdi. Hamı üçün bir məqsəd var - ölkədə durumu dəyişmək. Hesab edirəm ki, klassik liderlərin o qədər də şəxsi iddiaları yoxdur və güzəştə gedə bilərlər. Məsələn, superpartiyanın sədri Cəmil Həsənli olsun. Əgər biz demokratiyadan danışırıqsa, onda gəlin özümüz də nümunə göstərək. Əks təqdirdə başqa cür alınmayacaq. 
Oxşar xəbərlər
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq