Naqif Həmzəyev: “Çalışmalıyıq ki, beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq göstərsin”
“İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi ən vacib məsələlərdən biri olaraq qalır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, beynəlxalq təşkilatların bu məsələdə Ermənistana təzyqi göstərməsi vacibdir:
“Torpaqlarımız işğaldan azad edilsə də, Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir. Biz davamlı şəkildə beynəlxalq təşkilatlar qarşısında bu məsələni qaldırmalıyıq və necə ki, qaldırırıq. Çalışmalıyıq ki, beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq göstərsin və Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etsin. Bu gün üçün ən aktual məsələlərədn biri məhz budur”.
Seymur ƏLİYEV