Bu gün Baş prokuror Kamran Əliyev mediaya verdiyi açıqlamada ermənilərin cəsədlər üzərində təhqiramiz əməllərə yol verdiyini, habelə əsir düşən bəzi hərbçilərə yaxın məsafədən atəş açaraq onları qətlə yetirdiklərini bildirib.
Ermənilərin sözügedən
cinayətlərini əks etdirən foto-video materialların beynəlxalq miqyasda
ictimaiyyiləşdirilməsi, beynəlxalq təşkilatların və dünya birliyinin diqqətinə
çatdırılması erməni vəhşiliyinin ifşası baxımından faydalı ola bilərmi?
Moderator.az-a açıqlama
verən millət vəkili Naqif Həmzəyev, ermənilərin tarixən bu cür vəhşi əməllər
törətdiyinə diqqət çəkdi:
“Ermənilər yalnız bu gün
deyil, tarix boyu insanlığa sığmayan əməllər törədiblər. Erməni dövləti terror dövlətidir.
Onlar həmişə böyük güclərin əlində alət olublar. Erməniləri region üçün təhlükəyə
çevirən ən başlıca məqam da onların böyük güclərin sifarişlərini yerinə yetirən
toplum olması ilə bağlıdır.
Bu gün Azərbaycan öz
haqlı mübarizəsini – Vətən Müharibəsini aparır. Bizim heç kimin torpağında
gözümüz yoxdur. Biz öz torpaqlarımızı işğaldan azad edirik. 1905, 1918-ci ildə
bizə qarşı ermənilər tərəfindən soyqırımlar törədilib. Hansı ki, o zaman bizim
dədələrimiz, babalarımız erməni vəhşiliklərinə şahid olub. Bu vəhşiliklər tarixi
sənədlərdə də öz əksini tapır. 1992-ci ilin Xocalı faciəsində də hər kəs erməni
vəhşiliyə şahid oldu. Bu vəhşilik foto-video materiallarda öz əksini tapdı.
Ermənilər bu günlərdə də
dinc əhalinin məskunlaşdığı iri şəhərlərə
istifadəsi qadağan olan raketlər atırlar. Bu hücumlar çox zaman gecə
saatlarında - insanların yatdığı vaxt
reallaşır ki, məqsəd mümkün qədər çoxlu sayda mülki şəxsin qətlinə nail
olmaqdır. Bu faktlar bir daha sübut edir ki, ermənilər öz insanlıqlarını
itiriblər və onlar xəstə təxəyyülə sahibdirlər. Onlardan insanlıq, humanizm
gözləmək sadəlövhlükdür.
Ermənilər təəssüflər olsun
ki, hər zaman bizim cəsədlərə qarşı təhqiramiz əməllərə yol veriblər,
qeyri-insani davranışlara imza atıblar. Bu gün də onlar eyni vəhşilikləri törətməkdədir.
Bu gün Baş Prokurorluq və digər əlaqədar qurumlar tərəfindən erməni cinayətləri
sənədlər şəklində toplanır, baş verənlərlə bağlı cinayət işləri qaldırılır. Hesab
edirəm ki, ermənilər gec-tez törətdikləri əməllərə görə hüquqi müstəvidə cavab
verəcəklər.
Əvvəlki dövrlərdən fərqli
olaraq, beynəlxalq media da erməni vəhşiliklərinin ifşa edilməsində iştirak
edir. Sevindiricidir ki, bu gün dünya ictimaiyyəti ermənilərin Azərbaycanm
xalqına qarşı törətdiyi vəhşilikləri görür. Beynəlxalq təşkilatlar da ermənilərin
Bərdədə törətdiyi terror aktından sonra işğalçını ifşa edən müəyyən bəyanatlar
səsləndirməyə başladılar. Düşünürəm ki, ermənilərin atdığı hər addım, törətdikləri
hər vəhşilik mahiyyət etibarı ilə onların zərərinə işləyir. Işğalçılar bir dövlət
olaraq öz mövcudluqlarını saxlamaq istəyirlərsə, o zaman işğal etdikləri
torpaqları tərk etməli, öz vəhşiliklərindən əl çəkməlidirlər. Əks təqdirdə,
şanlı Azərbaycan ordusu bundan sonra da döyüş meydanında düşməni cəzalandırmaqda,
ona bir-birindən acı məğlubiyyətlər yaşatmaqda davam edəcək”.
Seymur ƏLİYEV