“İşğalçıya dəstək verənlərin məsuliyyət payı Ermənistandan daha böyükdür”
Oxunub: 2545
25 Oct 2020 | 14:25
“İşğalçıya dəstək verənlərin məsuliyyət payı Ermənistandan daha böyükdür”

“Prezident və I vitse-prezident tərəfindən atılan addımdan hər birimiz nümunə götürməliyik”


27 sentyabr səhər saatlarından etibarən ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı davam etməkdədir.

Moderator.az olaraq millət vəkili Siyavuş Novruzovla söhbətimizdə müqəddəs Vətən Müharibəsi, bu müharibənin görünən və görünməyən tərəfləri, habelə ordumuzun və xalqımızın bu müharibədə göstərdiyi fədakarlıqları dəyərləndirməyə çalışdıq.


-Siyavuş bəy, artıq bir neçə həftədir ki, hərbi əməliyyatlar davam edir. Sizcə ordumuzun qısa zamanda bir sıra yaşayış məntəqələrini, kənd və şəhərləri düşmən işğalından azad etməsi Azərbaycan Silahlı Qüvvələrinin gücü haqqında nə deyir?


-27 sentyabr səhər satlarından etibarən ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin gücündən, onun qüdrətindən xəbər verir. Ordumuzun həm texniki təchizatı, həm döyüş qabiliyyəti, həm nizam-intizamı, həm də döyüş ruhu çox yüksəkdir.

Ali Baş Komandan dəfələrlə Ermənistana xəbərdarlıq edərək düşməni təxribatlardan əl çəkməyə səsləmişdi. Azərbaycan tərəfi problemin sülh yolu ilə həllinə nail olmaq üçün bütün addımları atdı. Əfsuslar olsun ki, Ermənistan bu çağırışlardan nəticə çıxarmadı. Nəticədə, Azərbaycan tərəfi düşmənin təxribatlarını dəf etmək üçün əks-hücum əməliyyatı həyata keçirməli oldu.

Onu da qeyd edim ki, hakimiyyət-xalq, xalq-ordu birliyi ordumuzun qələbəsinə təsir göstərən əsas amillər sırasındadır. Bu gün Azərbaycan 90-cı illərin Azərbaycanı deyil ki, hərənin bir batalyonu olsun. AXCP-Müsavat dönəmindəki vəziyyət deyil ki, bir batalyon hücuma keçəndə, digəri geri çəkilsin. Indi ölkəmizdə güclü ordu və vahid komandanlıq mövcuddur. Bu gün Azərbaycan xalqı Azərbaycan ordusunun, Ali Baş Komandanın yanındadır və ordumuz qısa zamanda işğaldakı bütün torpaqları azad edəcək.

-Siyavuş bəy, müharibənin gedişatında Azərbaycana dəstək verən dövlətlərlə yanaşı, qərəzli bəyanatlarla çıxış edən beynəlxalq təşkilat və siyasi liderlər də oldu. Bu baxımdan Vətən Müharibəsini dövlətimizin dost və düşmənlərini bizə daha dərindən tanıdan tarixi bir olay kimi də xarakterizə etmək mümkündürmü?

- Təəssüflər olsun ki, dünya mediasına nəzər salanda görürük ki, bəzən dəfələrlə ölkəmizdə olan, xalqımızın, dövlətimizin apardığı mübarizənin haqq işi olduğunu bilən bəzi şəxslər də, bu müddət ərzində qərəzli, həqiqətə zidd olan fikirlər səsləndirdi, bəyanatlar verdi. Hərbi müstəvidə gərginləşən vəziyyət fonunda biz müxtəlif dövlətlərdən tutmuş tək-tək adamlara, media nümayəndələrinə, siyasətçilərə, diplomatlara qədər hər bir fərdin hansı mövqe nümayiş etdirdiyinə şahid olduq, kimin kim olduğunu bir kəs daha gördük. Bu baxımdan ölkəmizə qarşı qərəzli mövqe tutan, onun haqqında yalan məlumatlar yayan şəxslərin, eləcə də əcnəbi jurnalistlərin ölkəmizə girişinin əngəllənməsi, onların adlarının “qara siyahı”ya salınması təklifini dəstəkləyirəm. Hesab edirəm ki, onların hər birinə layiq olduğu münasibət göstərilməli, layqi olduqları cavabı verməliyik.

Həmçinin, hesab edirəm ki, Vətən Müharibəsinin gedişatında həqiqətən də dostlarımızla düşmənlərimizi daha yaxşı tanımış olduq.


-Bəzi dövlət və qurumların işğalçıya dəstək verdiyi sirr deyil. Sizcə işğalçıya dəstək vermək onun törətdiyi cinayətlərə də ortaq olmaq demək deyilmi?


-Təbii ki, Azərbaycan torpaqlarını işğal edən, uzun illərdir ki, bu torpaqları işğal altında saxlayan, bu gün də ölkəmizə qarşı yalan və böhtan siyasətini davam etdirən Ermənistana hər hansı dəstəyin verilməsi yolverilməzdir.  Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycanın bir sıra şəhərlərini raket atəşinə məruz qoyması, onlarla mülki vətəndaşımızı qətlə yetirməsi hamıya məlumdur. Beynəlxalq təşkilatların, aparıcı dövlətlərin bu günə qədər Ermənistana ciddi təzyiq göstərməməsi, üzləşdiyi cəzasızlıq mühiti düşmənin  bu cür azğınlaşmasına səbəb olub. Odur ki, bu gün işğalçıya dəstək verənlərin məsuliyyət payı Ermənistandan daha böyükdür. Bu gün baş verənlərə görə Ermənistanla yanaşı, onlar da məsuliyyət daşıyır. Lakin hər kəs bilməlidir ki, heç bir qüvvə Azərbaycanın öz haqq işi uğrunda apardığı mübarizəyə əngəl ola, onu bu mübarizədən çəkindirə bilməz. Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycan işğaldakı hər qarış torpağını azad edənə qədər öz mübarizəsini davam etdirəcək.


-Vətən Müharibəsinin ilk günlərindən etibarən Silahlı Qüvvələrə Yardım Fonduna orduya dəstək məqsədi ilə çoxsaylı ödəmələr həyata keçirilməkdədir. Sizcə bu gün orduya dəstək məqsədi ilə bu cür ödəmələrin, ianələrin həyata keçirilməsi Silahlı Qüvvələrimizə maddi və mənəvi dəstək baxımından nə dərəcədə əhəmiyyətlidir?


-Bu gün orduya dəstək olduqca vacibdir. Hazırda Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar aparmaqda, işğaldakı torpaqları azad etməkdədir. Hər kəs bu məsələdə əlindən gələni əsirgəməməlidir. Kimi könüllü şəkildə hərbi əməliyyatlara qoşulmaqla, kimi maddi vəsaiti ilə orduya dəstək verməklə öz köməkliyini göstərməlidir. Silahlı Qüvvələrə Yardım Fonduna edilən ödənişlərlə bağlı tam şəffaflıq var.

Xatırlayıram ki, vaxtiylə iki belə fond var idi. AXCP-Müsavat vaxtındakı bu fondlardan biri Ləl-Cəvahirat Fondu idi, digər isə Orduya Yardım Fond idi. Oraya daxil olan vəsaitlərin əksəriyyəti o vaxt müxtəlif şəxslər tərəfindən mənimsənildi, dağıdıldı. Kimin fonda nə verdiyi də qeyd edilmirdi. Ləl-Cəvahirat Fondunda AXCP hökuməti süqut edəndə demək olar ki, heç nə qalmamışdı. Indi isə şəffaf şəkildə kimin fonda nə köçürüldüyü qeyd olunur. Koronavirus dövründə hər kəsin etdiyi yardım bir-bir qeyd olundu, internetdə yerləşdirildi.

Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin köçürülməsi çox humanist bir addımdır. Prezident tərəfindən, I vitse-prezident tərəfindən atılan bu addımdan hər birimiz nümunə götürməliyik. Orduya yardım hərtərəfli olmalıdır. Kimin gücü nəyə çatırsa, orduya dəstək verməlidir. Hər kəs işğaldakı torpaqlarımızın azad edilməsi üçün öz səyini göstərməli, öz töhfəsini verməlidir.

Məlum olduğu kimi, bizim müxtəlif ölkələrdə yaşayan imkanlı soydaşlarımız var. Bu gün elə bir məqamdır ki, onlar da bu prosesə qoşulmalı, orduya dəstək işində yaxından iştirak etməlidirlər. Xüsusilə də, Rusiayda, Ukraynada, post-sovet məkanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlarımız var ki, onların kifayət qədər maddi vəsaiti var. Kimin gücü nəyə çatırsa, bu addımı atmalı, Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etməklə, Azərbaycan ordusuna öz dəstəklərini göstərməlidir. Əminəm ki, daxildəki vətəndaşlarımız kimi, ölkə xaricindəki soydaşlarımız da proseslərdə yaxından iştirak edəcək, Azərbvaycan ordusunun qələbələrinə öz töhfələrini verəcəkdir.

Düşmən bilməlidir ki, hər bir azərbaycanlı ordusunun, dövlətinin yanındadır və son qələbəyə qədər öz mübarizəsini davam etdirəcək.


-Mənəvi Dəyərlərin Təbliği Fondu xaricdə yaşayan soydaşlarımızın müraciətlərini nəzərə alaraq, “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayıb. Belə ki, bundan sonra xaricdə yaşayan azərbaycanlılar şəhid ailələrinə dəstək məqsədilə Fondun xarici valyutada olan bank hesablarına ianə köçürə bilərlər. Mənəvi Dəyərlərin Təbliği Fondunun bu təşəbbüsünü necə qiymətləndirirsiniz?


-Ilk öncə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralanan hərbçilərimizə isə şəfa arzulayıram.

Hərbçilərimizin, şəhidlərimizin ailələrinin xidmətində durmaq, onlara maddi-mənəvi dəstək vermək hər birimizin borcudur. Yeni Azərbaycan Partiyası tərəfindən Gəncədə erməni terroru nəticəsində həlak olan mülki şəxslərin ailə üzvlərinə maddi yardım göstərilib. Valideynləri düşmənin raket həmləsindən həlak olan uşaqlar himayəyə götürülüb. Onlara yetkinlik yaşına çatana qədər təqaüd veriləcək.

Bu gün hər bir təşkilat, hər bir qurum bu məsələdə aktiv olmalıdır. Xaricdə yaşayan soydaşlarımızın da bu prosesdə aktivliyi arzuediləndir. Ola bilsin ki, xaricdəki hansısa soydaşımız yaşadığı ölkənin vətəndaşıdır. Lakin onun milliyyəti azərbaycanlıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün gəlib orduda xidmət edə bilmir. Ancaq onlar vətəndaşı olduqları ölkədə də dövlətimizə, ordumuza maddi yardım vasitəsi ilə öz dəstəyini göstərə bilər. Bununla da hər hansı şəhid ailəsinin maddi baxımdan təminatına kömək edə bilər.

Təbii ki, dövlətimiz güclüdür. Bu gün Ali Baş Komandanıızın rəhbərliyi altında çox böyük işlər gedir. Bu günə qədər şəhid ailələrinə, əllillərimizə, müharibə veteranlarınıza, məcburi köçkünlərimizə dövlətimiz çox böyük dəstək verib, onlara kömnək edib. Onların mənzil-məişət şəraiti yaxşılaşdırılıb, təqaüdləri artırılıb, ali məktəblərdə təhsil alan şəhid və məcburi köçkün uşaqları təhsil haqqından azad edilib. Dövlətimiz onların təhsil haqqının ödənilməsini öz üzərinə götürüb. Bütün bunlarla yanaşı, hər bir vətəndaşımız, təşkilat çalışmalıdır ki, əlindən gələni əsirgəməsin.

Təbii ki, şəhid olan hər hansı bir vətəndaşımızın yoxluğunu unutdurmaq mümkün deyil. Şəhid bütün xalqın şəhididir. O, bir ailəyə mənsub deyil. Bununla yanaşı, şəhid ailələrinə həm maddi, həm də mənəvi dəstəyin göstərilməsi olduqca vacib amildir.

Hesab edirəm ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun atdığı bu addım çox yaxşı, təqdiredici bir addımdır. Ölkəmizin xaricdə - Rusiyada, Ukraynada, Orta Asiyada, Avropanın müxtəlif ölkələrində, eləcə də ABŞ-da kifayət qədər ciddi maliyyə vəsaitinə malik insanları var. Onlar da şəhid ailələrinə yardım məsələsində yaxından iştirak etməlidir.


- Yeni Azərbaycan Partiyası Gəncədə erməni terroru nəticəsində valideynlərini itirən uşaqları himayəyə götürdüyünü, onlara maddi yardım göstərdiyini vurğuladınız. Sizcə digər partiya və təşkilatların, müəssisə və birliklərin də Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünə qoşulması nə dərəcədə arzuediləndir?


-Bir çox partiya var ki, onların maddi imkanı yüksək deyil. Bu səbəbdən də onların mənəvi dəstək göstərməsi də kifayətdir.

50 partiya Azərbaycan Respublikasının Prezidentinin, Ali Baş Komandanının həyata keçirdiyi hərbi siyasətlə bağlı öz dəstəyini ifadə etdi. Gəncədə, Tərtərdə mülki insanlarımıza qarşı erməni terroristləri tərəfindən törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə də bu partiyalar beynəlxalq təşkilatlara müraciət ünvanladı.

Əgər hansısa siyasi partiyanın belə bir imkanı varsa, maddi dəstək göstərə bilər. Imkanı yoxdursa, verdiyi mənəvi dəstəyin özü də böyük əhəmiyyət kəsb edir.

Müəssisələrə gəlincə, hansı müəssisənin maddi yardım göstərmək imkanı varsa, o, bu dəstəyi göstərə bilər. Biz koronavirusla mübarizə fonunda da müəssisələrin, təşkilatların bu sahədəki aktivliyinə şahid olduq. Gördük ki, müəsisələrimiz, iş adamlarımız koronavirusla mübarizə məqsədi ilə böyük vəsaitlər köçürdü.

Milli Məclis orduya dəstək məqəsdi ilə böyük miqdarda vəsait köçürdü. Digər təşkilatlarımız da bu sahədə iş aparır. Bütün bunlar isə Azərbaycan xalqının həmrəyliyindən, dövlətimiz, Ali Baş Komandanımız ətrafında sıx birliyindən xəbər verir.


Seymur ƏLİYEV

 

Oxşar xəbərlər
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”