Milli Şura Bakıda möhtəşəm final mitinqi keçirdi
Gündəm
Oxunub: 3478
06 Oct 2013 | 10:40
Milli Şura Bakıda möhtəşəm final mitinqi keçirdi

Cəmil Həsənli: “Ölkənin sərvətlərini vətəndaşın rifahına sərf etməklə biz o ləyaqəti vətəndaşlarımıza qovuşduracağıq”; “Bunlar ölkənin sərvətlərini, işğal olunan torpaqları azad etmək əvəzinə, öz sərvətlərini artırmaqla məşğuldurlar”

Oktyabrın 5-də Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Yasamaldakı “Məhsul” stadionunda sonuncu görüş-mitinqi keçirildi. Ötən mitinqdə olduğu kimi, polis mitinqin keçirildiyi “Məhsul” stadionunun girişində post qurmuşdu. Mitinqə gələnlər bir-bir yoxlanıldıqdan sonra əraziyə buraxılırdılar. Polis eyni zamanda yaşı 18-ə çatmamış gəncləri stadiona buraxmırdı. Havanın yağmurlu olması mitinqə toplaşanlara mane ola bilmədi. Bakı və respublikanın rayonlarından gələn Milli Şura tərəfdarları mitinq meydanını qısa zamanda doldurdular.

Mitinq Dövlət Himninin səsləndirilməsi ilə başladı. Mitinqin aparıcı gənc fəal Aygün Pəncəliyeva Milli Şuranın vahid Namizədi Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin mitinq meydanına gəldiyini elan etməsi ilə meydandakı coşqu birə-beş artdı.
Qeyd edək ki, keçirilən mitinq Milli Şuranın sonuncu görüş-mitinqi olduğundan meydana yalnız Cəmil Həsənlinin portreti vurulmuş lövhələr, Azərbaycan bayraqları və siyai məhbusların fotoları buraxılırdı.

“Məramımız və məqsədimiz layiqli həyat, demokratik cəmiyyət qurmaqdır”

Budəfəki mitinqdə təkcə Cəmil Həsənlinin çıxışı nəzərdə tutulduğu üçün aparıcı vaxt itirmədən sözü Milli Şuranın vahid namizədinə verdi. Cəmil Həsənli yağışlı havada mitinqə gələn bütün Milli Şura tərəfdarlarını salamladı. O daha sonra seçki platformasında nəzərdə tutulan bir çox məsələlər barədə onları məlumatlandırdı. Cəmil Həsənli indiki hakimiyyətin 20 ildir Qarabağ problemindən istifadə edərək cəmiyyətə gizli formada mesaj verdiklərini vurğuladı: “Bunlar ölkənin sərvətlərini işğal olunan torpaqları azad etmək əvəzinə, öz sərvətlərini artırmaqla məşğuldurlar. Olar bu sərvətləri özlərinin hakimiyyətdə qalmasına sərf etdilər. Ar olsun bunlara!”
C.Həsənli qeyd etdi ki, məramımız və məqsədimiz layiqli həyat, demokratik cəmiyyət qurmaqdır: “Layiqli həyat vətəndaşın öz ölkəsində layiqli yaşamasıdır. Bir milyon 250 mindən artıq pensiyasçı vətəndaşımızın ləyaqətli həyatından gedir söhbət, dövlət müəsissələrində məmur həyatı keçirən milyonlarla vətəndaşımızın normal həyat təminatından gedir söhbət, 300 mindən yuxarı müəllimin səfil gündə dolanmasından gedir söhbət. Bu ölkənin həkiminin, mədəniyyət işçisinin, müəlliminin haqqı təmin olunmadan ləyaqətli həyat tərzi yaşamaq mümkün deyil. Onu bu məmləkətə biz gətirəcəyik. Ölkənin sərvətlərini vətəndaşın rifahına sərf etməklə biz o ləyaqəti vətəndaşlarımıza qovuşduracaq. Millətimiz imzasını dünya millətlərinin imzası sırasına atacaq. Deyəcək ki, biz varıq”.
Milli Şuranın vahid namizədi bildirdi ki, hakimiyyət öz oğurluğuna müqavimət göstərən ölkənin dəyərli insanlarını zindana atıb: “Bunlar millətin dəyərli övladlarını qaralamağa, çirkab atmağa milyonlar xərcləyirlər. Amma əvəzində xalqın müqaviməti ilə qarşılaşırlar. Budur o xalq sizsiniz, meydanlardasınız, öz haqqınızı tələb edirsiniz. Eşq olsun sizlərə!”
Cəmil Həsənli qeyd etdi ki, Milli Şura millətin iradəsi ilə bu yoldadır: “Millətimizlə çiyin-çiyinə bu mübarizəni qalibiyyətə aparacağıq. Milli Şura böyük islahatlar proqramı ilə sabaha gedir. Bu islahatlar proqramı siyasi, iqtisadi, mədəni və mənəvi bir sözlə həyatımızın bütün sahələrini əhatə edir. Xalqı ədalətli və demokratik seçkilərlə öz hakimiyyətini özünə qaytaracağıq. Hakimiyyətin mənbəyi xalqdır, bundan sonra bu məmləkətdə xalqın iradəsi qarşısında heç bir iradə dayana bilməyəcək. Azərbaycan Millin Məclisi bu gün qanunvericilik təşəbbüsü ilə yox, təmir əməliyyatı aparan bir orqana çevrilib. İnsanların demokratik haqları bir-bir qanunlardan çıxarılıb. İndi biz avtoritar rejimin idarəçiliyi olan bir məmləkətdə yaşayırıq. Avtoritarizmin qarşısında biz varıq. Biz imkan vermərik ki, avtoritar rejim bizim insanlarımızı əzsin”.

“Hakimiyyətdəkilər biyan kökü haqqında qanun qəbul etdi, neft gəlirləri ilə bağlı qanunu qəbul etmədilər”

Cəmil Həsənli çıxışı zamanı bildirdi ki, hər il ölkəmizdə yetişən savadlı və ləyaqətli mütəxəssislər məcburiyyət qarşısında ölkəni tərk etmək məcburiyyətində qalıblar: “Bizim ölkəmizin ürəyi demokratik və milli mənəvi dəyərlə çırpınan ziyalıları var. Yüz minlərlə mühacir insanımız vətənə qayıdacaq. Onları biz öz yurd-yuvalarına dəvət edəcəyik. O insanları biz ölkənin idarəçiliyinə cəlb edəcəyik. Onlar şərəflə vətən qarşısında öz xidmətlərini göstərəcəklər. Mən 10 il Milli Məclisdə təmsil olundum. Hər il neft gəlirləri haqqında qanunun qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış edərkən, bunlar mənə imkan vermədilər. Hakimiyyətdəkilər biyan kökü haqqında qanun qəbul etdi, neft gəlirləri ilə bağlı qanunu qəbul etmədilər. Bu gün Azərbaycan neftini hüquqi bazası yoxdur”.
Cəmil Həsənli qeyd etdi ki, dünyaya böyük mədəniyyət bəxş etmiş xalqımızın gününə baxın: “5-6 yaltağı qabağa çəkməklə mədəniyyəti inkişaf etdirmək olmaz! Azərbaycanda idmana qayğıdan danışırlar. Koreyadan, başqa-başqa ölkələrdən cavan qızları gətirib yarışlara çıxarmaq idmanın inkişafı deyil. Azərbaycan idmanına, idmançılarına həqiqi qayğı, diqqət lazımdır. Bu hakimiyyət polislərimizi də qanunsuz hərəkətlərə təhrik etməklə vicdan əzabı, məsuliyyət qarşısında qoyur. Biz sizi məcbur edilmiş təhqiramiz həyatdan qurtaracağıq və siz çiyninizdə daşıdığınız rütbənin iftixar hissini yaşayacaqsınız!
Məktəbin mərkəzi siması müəllimdir. Ən yaxşı təmir olunmuş məktəb binaları ilə təhsili xilas etmək olmaz. Təhsili ləyaqətli müəllimlərlə xilas etmək olar. Biz onu yaradacağıq! Bu gün müəllimlər günüdür. Bu münasibətlə sizi təbrik edirəm, əziz müəllimlər. Seçki məntəqələrində ən çox təmsil olunan sizlərsiz. İmkan verməyin sizlərdən istifadə etsinlər. Hakimiyyətin mənimsənilməsi cinayətindən uzaq durun, alət olmayın. Siz bu hakimiyyətə Gülər Əhmədovadan yaxın deyilsiniz. Sabah bu cinayətlər araşdırılanda heç kim sizin arxanızda dayanmayacaq, necə ki Gülər Əhmədovanın arxasında dayanmadılar".

“Biz məmur qardaşlarımızın ləyaqətli həyatını təmin edəcəyik”

Milli Şuranın vahid namizədi qeyd etdi ki, idarə və müəssisələrdə təbliğat aparırlar ki, biz hakimiyyətə gəlsək, hamını işdən qovacağıq: “Bizim bir iki nəfərdən başqa heç kimi işdən qovmaq niyyətimiz yoxdur. Biz məmur qardaşlarımızın ləyaqətli həyatını təmin edəcəyik. Belə fikir aşılayırlar ki, biz gəlib dini azadlıqları məhdudlaşdıracaq, hicabı tamam qadağan edəcəyik. Burdan bəyan edirəm, xalqdan başqa heç kimin qarşısında öhdəliyimiz yoxdur. Biz dini azadlıqları genişləndirəcək, hicaba azadlıq verəcəyik. Necə geyinmək, necə yaşamaq vətəndaşın öz haqqıdır. Kim hicab bağlamaq istəyirsə, bu azadlığı ona vermək lazımdır.
Vətəndaşlarımızın Allah sevgisi böyükdür, safdır. Bu ölkədə imanlı insanlarla Yaradan arasına heç kimin girməsinə imkan verməyəcəyik. Bu gün ruhani qardaşlarımız, başqa ictimai, siyasi fəallar günahsız yerə həbsdədir. Biz günahsız yerə həbs olunan insanlarımızın, siyasi məhbusların azadlığını tələb edirik və onları azad edəcəyik!"
Cəmil Həsənli qeyd etdi ki, biz məhkəmələrə xalqın inamını bərpa edəcəyik. Məhkəmələr cəza aləti olmayacaq, ədalət mühakiməsi ilə məşğul olacaq:
Biz sahib olarsaq, bu Vətən batmayacaqdır.
Sahibi olmayanın batması haqdır!
Beləcə, Cəmil Həsənlinin Bakıda seçicilərlə sonuncu təşviqat mitinqi başa çatdı. Mitinqin sonunda ənənəyə uyğun olaraq Uvertura səsləndirildi. Qeyd edək ki, bu dəfə mitinqdə Milli Şuraya daxil olan partiya və təşkilat liderləri çıxış etmədilər. Onlar tribunaya da qalxmadı, aksiyanı meydanda başqa iştirakçılarla birlikdə izlədilər.

Liderlər final mitinqindən razı qaldılar

Milli Şuranın bu gün Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirdiyi mitinqin nəticələrini siyasi liderlər yüksək qiymətləndirdilər.

Əli Kərimli: «Ümid edirəm ki, xalqımız oktyabrın 9-da da eyni əhval-ruhiyyə ilə səslərini Cəmil Həsənliyə verəcək»

AXCP sədri Əli Kərimli hesab edir ki, 5 oktyabr aksiyası C.Həsənlinin Bakıda keçirdiyi son möhtəşəm tədbir idi. Tədbirin bu dəfə fərqli ssenari ilə həyata keçirildiyini deyən Ə.Kərimli vurğuladı ki, təqribən bir saat ərzində Milli Şuranın namizədi ətraflı çıxış etdi: «Cəmil Həsənli budəfəki aksiyada seçki plaformasının ən müxtəlif məqamları haqqında çıxış edərək, mitinqdə toplaşanlara və onların vasitəsilə Azərbaycan xalqına mesajlarını çatdırdı. Çox müxtəlif təbəqələrə mesajlar verildi. Bu aksiya əvvəlki mitinqlərdən tamamilə fərqlənirdi. Müşahidə etdim ki, 5 oktyabr aksiyası bütün seçki kampaniyası boyunca keçirilən mitinqlərin ən güclüsü oldu. Yəqin ki, bu da aksiyasının sonuncu olması, Cəmil Həsənlinin bu kampaniyanı uğurlu aparması ilə bağlı idi. Bütövlükdə demək olar ki, Azərbaycanın demokratik qüvvələri, Milli Şura və onun prezidentliyə vahid namizədi Cəmil Həsənli əslində ilk baxışdan mümkün olmayanı etdi. Azərbaycan xalqının bir hissəsini fəallaşdırdı. Uzun illər təbliğat resursundan məhrum edilmiş Azərbaycan müxalifəti çox böyük bir qüvvəni meydana çıxara bildi və kifayət qədər kütləvi aksiya oldu. Ümid edirəm ki, Azərbaycan xalqı oktyabrın 9-da da eyni təəssüratla, həmin əhval-ruhiyyə ilə səslərini Cəmil Həsənliyə verəcək».

İsa Qəmbər: «Aksiyalar seçkilərin favoritinin Cəmil Həsənli olduğunu göstərdi»

Müsavat başqanı İsa Qəmbərin də fikrincə, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin son aksiyası yüksək əhval-ruhiyyədə keçdi: «Cəmil Həsənlinin müdafiə mitinqləri həm say, həm də çoşqu etibarı ilə artan xətlə getdi. Milli Şuranın Bakıda keçirdiyi üç aksiyanı müzakirə edərkən bu qənaətə gəlmək olar. Heç bir namizəd Cəmil Həsənlinin keçirdiyi aksiyaların miqyası qədər görüş keçirə bilməyib. Bu da seçkilərin favoritinin Cəmil Həsənli olduğunu göstərir. Düşünürəm ki, bütün bu faktorlar Cəmil Həsənlinin seçkidə səs hesabı qalib gələcəyinin şəksiz olduğunu sübut edir».

Milli Şura Bakıda möhtəşəm final mitinqi keçirdi Milli Şura Bakıda möhtəşəm final mitinqi keçirdi Milli Şura Bakıda möhtəşəm final mitinqi keçirdi Milli Şura Bakıda möhtəşəm final mitinqi keçirdi
Oxşar xəbərlər
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 07:47
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 07:47
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub