Dövlət hesabına rusdilli təhsil ləğv edilsin!
Gündəm
Oxunub: 1996
25 Sep 2020 | 19:20
Dövlət hesabına rusdilli təhsil ləğv edilsin!

Məlum olduğu kimi, təxminən iki əsr öncə ölkəmiz Rusiya imperiyası tərəfindən qəddar bir şəkildə işğal edildi. Vətənimizi müstəmləkəyə çevirərək onun sərvətlərini azgözlüklə talan edən və yurdmuzun müxtəlif bölgələrində yüksələn etiraz hərəkatlarını amansız surətdə yatıran imperiya rəhbərliyi eyni zamanda xalqımızın milli qürurunu sındırmaq məqsədi ilə ardıcıl addımlar atmağa başladı. Mütləqiyyətçi çarizmin totalitar sovet rejimi ilə əvəzlənməsi Rusiya imperiyasının mahiyyətini dəyişmədi. Hətta çar despotizmi ilə müqayisədə sovet rejimi türk xalqlarının, o cümlədən də Azərbaycan türklərinin assimilyasiya edilməsi istiqamətində daha qətiyyətli bir siyasət yürütdü. Əgər XIX əsrdə vətənimizi istila etməyə gələn, daha sonra isə milli azadlıq hərəkatını yatırmağa çalışan, 1918-ci ildə erməni terrorçuları ilə birləşərək Azərbaycanı qan dənizinə çevirən, 1920-ci ildə müstəqil respublikamızı qan içində boğan, 1990-cı ilin 20 yanvarında Bakı küçələrində və 1992-ci ilin 26 fevralında Xocalı şəhərində dinc insanlarımızı qətliama məruz qoyan rus ordusunun məqsədi xalqlmızı fiziki cəhətdən məhv etmək idisə, istər çarizm, istərsə də sovet dövründə Rusiya rəhbərliyinin yeritdiyi assimilyasiya siyasəti də millətimizi mənəvi baxımdan məhv etməyə yönəlmişdi. İmperiya başbilənləri bu siyasətin nəticəsində Azərbaycan xalqının öz dilini, tarixini, mədəniyyətini və milli kimliyini unudacağını, əbədi əsarətə boyun əyəcəyini ümid edirdilər. Xüsusən də, sovet rejiminin bu cəbhədəki ən təsirli silahı Azərbaycan ərazisində göbələk kimi artan rus məktəbləri idi.

 

Lakin xalqımızın milli vətənpərvərlik ruhunu sındırmaq sovet imperiyasına nəsib olmadı. Nəhayət, qan üzərində bərqərar olmuş bu qırmızı rejim layiq olduğu yerə – tarixin zibilliyinə yuvarlandı. Beləliklə, imperiyanın ruslaşdırma və assimilyasiya siyasəti də iflasa uğradı. Azərbaycandakı rus məktəblərinin bir çox məzunları sovet rejiminin bu istiqamətdəki ümidlərini doğrultmasalar da, hər halda imperiya rəhbərliyi ölkəmizdə bəzi manqurtlar yetişdirməyə müvəffəq oldu. Bu gün bizimlə eyni ölkənin vətəndaşı olan, eyni suyu içib eyni havanı udan bu manqurtlar öz dilində danışmağı ayıb sayan, imperiya nökəri olmağı ilə iftixar edən, öz milli kimliyinə qarşı laqeyd yanaşan ünsürlərdən ibarətdir. Son illərdə Rusiya Federasiyasının milli azlıqların və muxtariyyətlərin hüquqlarını məhdudlaşdıran tədbirlər görməsi, Gürcüstana və Ukraynaya qarşı aqressiya nümayiş etdirməsi, Krımı işğal etməsi, Suriyaya və Liviyaya qoşun yeritməsi kimi hadisələr “bizim” manqurtların da yenidən fəallaşmasına səbəb olmuşdur. Görünür, onlar növbənin tezliklə Azərbaycana çatacağını düşünür və indidən öz potensial ağalarına canla-başla xidmətlərini təklif edirlər. Lakin unudurlar ki, hal-hazırda 1920-ci il deyil, 2020-ci ildir. Dünyanın siyasi mənzərəsi də, reallıqları da aradan keçən yüz yil ərzində xeyli dərəcədə dəyişmişdir. Bu gün Azərbaycanın müstəqilliyi dönməz xarakter almış və ölkəmiz dünya birliyinin tam hüquqlu üzvünə çevrilmişdir. Bu kimi insanların vətənə və millətə səmimi xidmət yolunda çalışmaq əvəzinə Rusiyaya, rus dili və mədəniyyətinə necə töhfə verə biləcəklərini düşünmələri böyük təəssüf doğurur.

 

Son illərdə Azərbaycanda bəzi qüvvələr tərəfindən rusdilli təhsilin və hətta ictimai həyatda rusca ünsiyyətin süni şəkildə təşviq və təbliğ edilməsinə, rus bölmələrindəki şagirdlərin sayının artırılmasına yönəlmiş addımları ziyalılar olaraq bizi dərindən narahat edir. Çünki bu proseslərin dövlət dilimizin rus dili tərəfindən sıxışdırılmasına və nəticə etibarilə, respublikamızda ruspərəst ünsürlərin güclənməsinə xidmət etdiyi heç kimə sirr deyildir. Son günlərdə bəzi ziyalılarımızın bu məsələ ilə bağlı narahatlıqlarını ifadə etmələri müsbət bir haldır və təqdir edilməlidir.

Günümüzün reallıqları bundan ibarətdir ki, sovet rejiminin ve sosialist sisteminin dağılmasından sonra beynəlxalq arenada rus dilinin istifadə dairəsi xeyli dərəcədə məhdudlaşmış, rus dili bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrindəki nüfuzunu və təsirini itirmişdir. Belə bir şəraitdə ölkəmizin təhsil sistemində rus bölməsinin öz mövqelərini getdikcə gücləndirməsi qeyri-təbii bir proses olub, uşaq yaşlarından etibarən rusca düşünən, rusca danışan, internet və televiziyalar vasitəsilə rus təbliğat maşınının təsiri altına düşən və nəticə etibarilə, öz milli kimliyinə biganə olan nəsillərin yetişdirilməsindən savayı heç bir məqsədə xidmət etmir. Azərbaycan xalqının guya yalnız rus dili vasitəsilə dünya elm və mədəniyyətinə çıxış əldə etməsi haqqında nağıllar isə qətiyyən inandırıcı görünmür. Çünki bu gün rus alimləri belə özlərinin ən mühüm kəşflərini, ixtiralarını və elmi nailiyyətlərini daha geniş auditoryaya tanıtmaq üçün rusca deyil, başlıca olaraq, ingiliscə nəşr etdirməyə üstünlük verirlər. Rus dili nə tarixən, nə də bu gün rusları özləri üçün belə dünya elm və mədəniyyətinə çıxış imkanı verməmişdir. Tarix boyunca  rəsmi və ya qeyri-rəsmi senzuranın mövcud olduğu, daim despotik və ya totalitar, ən yaxşı halda isə avtoritar rejimlər tərəfindən idarə olunan bir ölkənin dili bizim dünya mədəniyyətinə çıxışımız üçün axı necə körpü rolunu oynaya bilər ki?!

 

Biz ziyalılar olaraq, əlbəttə ki, uşaqlarımızın və gənclərimizin xarici dilləri, o cümlədən də rus dilini öyrənməsinə qarşı deyilik. Xüsusən də, istər XVIII-XX əsrlər tariximizin öyrənilməsi, istərsə də bu gün qonşuluq münasibətlərinə malik olduğumuz Rusiya ilə iqtisadi, siyasi və mədəni münasibətlərin saxlanması baxımından ölkəmizin rus dlində bilən mütəxəssislərə ehtiyacının olduğu qənaətindəyik və bu məqsədlə rus dilinin də xarici dil kimi tədrisini vacib sayırıq. Lakin eyni zamanda, rus məktəblərinin dövlət hesabına fəaliyyət göstərməsini məqbul hesab etmir, müstəmləkə dövrünün qalığı olan bu ənənəyə son verməyin vaxtının çatdığını düşünürük. Dövlət təhsil müəssisələrində rus dili də digər Avropa dilləri kimi xarici dil statusunda tədris edilməli, xüsusən də orta məktəblərdə baza təhsili ana dillimizdə olmalıdır. Bu məqsədlə dövlət hesabına fəaliyyət göstərən rus məktəblərinin sayının ilk növbədə ixtisar edilməsinə və bu məktəblərdə təhsil alan şagirdlərin sayının məhdudlaşdırılmasına başlanılmasını, bu prosesin sonunda isə dövlət hesablna rusdilli təhsilin tamamən ləğv edilməsini məqsədəuyğun hesab edirik. Eyni zamanda, müvafiq dövlət qurumlarını ana dilimizə qarşı diskriminasiya fəaliyyətlərinin ciddi şəkildə araşdırmasına və dövlət dili ilə bağlı qanunlara riayət edilməsi üçün lazımi tədbirlər görməyə çağırırıq. Dilimiz ən böyük sərvətimizdir. Gəlin, dövlət və millət olaraq bu sərvətimizə birlikdə sahib çıxaq!  

 

Professor Namiq Musalı,

Kastamonu Universitetinin Tarix Bölümü (Türkiyə)      

Oxşar xəbərlər
23:50, Bu gün
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
23:48, Bu gün
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
23:39, Bu gün
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
21:00, Bu gün
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
GÜNLÜK
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...