Məlum olduğu kimi, prezident İlham Əliyev BMT Baş Assamblyeasının 75-ci sessiyasındakı çıxışında işğalçı Ermənistanın yeni müharibəyə hazırlaşdığını bildirib.
Moderator.az xəbər verir
ki, artıq düşmən mediası və sosial şəbəkələrində ali baş komandanın bu sözlərini
təsdiq edən fotolar yer almaqdadır. Belə ki, erməni mənbələri son günlər
Qarabağdakı erməni hərbi hissələrinə səyyar mətbəx və sanitar qovşaqlarının gətirildiyini
vurğulayıb, bununla bağlı fotolar yerləşdiriblər. Dəmir konstruksiyadan vaqon
formasında hazırlanan yeni səyyar məntəqələrin Qarabağa gətirilməsi üçün ianə
kampaniyalarının davam etdirildiyi vurğulanır.
Xatırladaq ki, uzun illərdir
ki, iqtsiadi-maliyyə baxımından acınacaqlı durumda olan Ermənistanda ordunun əksər
ehtiyaclarını yarımçıq şəkildə, əsasən xaricdən yığılan ianələr hesabına ödənilir.
İanələr hesabına, yarıac-yarıtox şəkildə ayaqda duran, fərarilik və “dedovşina”
kimi hallardan əziyyət çəkən erməni ordusunun Azərbaycan ordusu qarşısında
duruş gətirməsi isə sadəcə mümkünsüzdür.
Seymur ƏLİYEV