Ötən gün ANS telekanalında növbəti rüsvayçılıq yaşandı. Belə ki, İlhamə Quliyeva-Çingiz Qənizadə qarşıdurması qeyri-etik ifadələrlə dartışıldı. Xalq artistinin nümayəndəsi kimi efirə çıxan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevlə millət vəkili Çingiz Qənizadənin xoşagəlməz polemikası cəmiyyətdə ciddi etirazla qarşılandı.
Moderator.az millət vəkili Çingiz Qənizadəyə müraciət edərək niyə bu cür münaqişələrdə tərəf kimi çıxış etməsinin səbəblərini soruşub. Deputatın cavabını təqdim edirik:
“Mənə elə gəlir ki o kifayət qədər özü-özünü ifşa elədi. Mən də İlhaməyə qarşı çıxan insanların adını çəkməklə bir daha ifşa elədim. Bir neçə gün öncə İlhamə televiziyada demişdi ki, Alim Qasımova, Rasim Balayevə təşəkkür edirəm. Mən də əslində həmin görkəmli adamların İlhaməni ifşa etdiklərini sübut elədim”.
Millət vəkili deyir ki, Habil Vəliyevin birdən-birə İlhaməşünas olmasına da diqqət yetirilməlidir: “Bəlkə də 40 yaşında yeni sevgilisi elə budur? Onu jurnalistlər araşdırmalıdır. Mənə dünəndən bir qrup müharibə veteranı müraciət edərək Habil Vəliyevə etirazını bildirir, hətta Yasamal təşkilatından deyiblər ki, o şərəfsizi qovacağıq. İlhaməni bu adam müdafiə edirsə camaat gördü ki, o kimdir. Mənə lazım idi, bilinsin ki, cəmiyyət bu şərəfsiz qadın haqda öz etirazını bildirib”.
Millət vəkilindən Habil Vəliyevin efirdən onun ailəsini təhqir etməsini hüquqi müstəviyə daşıyıb-daşımayacağını soruşduq.Bildirdi ki, belə bir niyyəti yoxdur: “Onun üçün şərəf olardı. Mən dedim axı o reket qəzetinin işçisidir. Onu da Qənirə başdan oxudu ki, o kimdir.O dəfələrlə istənilən adam haqda bu cür fikirlər söyləyib. İndi də məni şantaj edir, gördünüz ki, yenə dedi yazacam, filan edəcəm. Qoy yazsın.
Millət vəkilini narahat edən bir məsələ də ANS-in bu məsələdə sanki maraqlı tərəf kimi çıxış etməsidir. “Telekanaldan məni dəvət edəndə etiraz elədim,dedilər ki o İlhamənin nümayəndəsidir və çıxış eləmək istəyir. Əslində İlhamə gəlməliydi, amma son anda İlhamə gəlməkdən imtina elədi Mən yalnız ANS-ə hörmət əlaməti olaraq razılaşdım onunla debata. Sözsüz ki, mən şəxsən ANS rəhbərliyinə müraciət edərək izahat istəyəcəm, ancaq saytınız vasitəsilə media mənsublarına müraciət edirəm ki.onlar da araşdırsın. Ən azından tamaşaçı kimi soruşulsun ki, niyə reket mətbuatın təmsilçisinə 9 milyonluq auditoriya qarşısında millət vəkilini, eləcədə camaatımızı təhqir etməyə şərait yaradılır”?