Azərbaycanın işğal altındakı torpaqlarına turist axını sürətlə artmaqdadır.
Moderator.az xəbər verir ki, bununla bağlı qondarma "respublika" nümayəndələrinin səsləndirdiyi rəqəmlər zamanla vəziyyətin daha çox nəzarətdən çıxdığını göstərir. Belə ki, bu günlərdə separatçı rejimin Moskva nümayəndəsi Qarabağa turist axını ilə bağlı ilginc statistika təqdim edib. 2019-cu ildə dünyanın müxtəlif ölkələrindən Qarabağa 42 min əcnəbinin gəldiyini bildirən rejim təmsilçisi, turist sayının hər ötən il 50% miqdarında artdığını qeyd edib.
Separatçı rejimin Moskva təmsilçisi Albert Andryan vurğulayıb ki, turist axınının artmasının əsas səbəbi Qarabağın “etibarlı hala” gəlməsidir. Məhz təhlükəsizliyin təmin edildiyi üçün əcnəbilərin Qarabağa axın etdiyini vurğulayan Andrayn, tarixi Azərbaycan torpağını xristian mədəniyyətinin mərkəzi olan “rusdilli yer” adlandırıb. O, qeyd edib ki, qondarma “respublika” səfər üçün Ruisiya vətəndaşlarından viza tələb etmir və bu səbbədən də istənilən Rusiya vətəndaşı Qarabağa gələrək buranı gəzə, Qarabağın “mehriban əhalisi” ilə ünsiyyət qura bilər.
Məlumat üçün qeyd edək ki, KİV-də yer alan məlumatlarda ermənilərin işğal edilmiş ərazilərdə turizm təsərrüfatını genişləndirdiyi ilə bağlı çoxsaylı informasiyalar mövcuddur. Bu informasiyalar düşmənin işğaldakı torpaqlarımzıda möhkəmlənməkdə olduğunu, həmçinin Qarabağın gözəlliklərini özünün gəlir mənbəyinə çevirdiyini göstərir.
Belə görünür ki, düşmənin rahatlığını pozmaq və əcnəbiləri Azərbaycan qanunlarına, onun ərazi bütövlüyünü hörmət etməyə məcbur etmək üçün Azərbaycan ordusunun təlimlərini Qarabağda da keçirməyə ehtiyac var.
Seymur ƏLİYEV