Ermənistanın Müdafiə Nazirliyində yeni şöbə yaradılıb.
Moderator.az erməni mənbələrinə əsasən xəbər verir ki, yeni şöbə Qadın Hərbçilərəl İş Şöbəsi adlanır. Şöbənin yaradılmasında əsas məqsəd orduda xidmət edən qadınlara mənəvi-psixoloji dəstəyi artırmaqla yanaşı, həm də onların problemləri ilə maraqlanmaq, bu problemlərin həllinə konkret dəstək göstərməkdir.
Rəsmi İrəvan hesab edir ki, ordudakı qadın hərbçilərin durumunu yaxşılaşdırmaq digər qadınlarda da orduda xidmət etməyə marağı artıra bilər, bu isə səngərə qoymağa əsgər tapmayan Ermənistan üçün insan resursu problemini həll etmək baxımından olduqca önəmlidir. Bu səbəbdən də düşmənin Müdafiə Nazirliyində Qadın Hərbçilələr İş Şöbəsinin yaradılmasının nəticə etibari ilə orduda xidmət edən qadınların sayının artmasına müsbət təsir göstərəcəyi ehtimal edilir.
Seymur ƏLİYEV