İlham Əliyev Qarabağa görə Putinə təşəkkür elədi...
Oxunub: 9628
09 Aug 2016 | 11:19

İlham Əliyev Qarabağa görə Putinə təşəkkür elədi...

Dünən Bakıda ilk dəfə olaraq Azərbaycan, Rusiya və İran prezidentləri - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında üçtərəfli görüş  keçirilib. Dövlət başçıları bundan öncə ikitərəfli formatda bir araya gəliblər.

Öncədən xəbər verildiyi kimi, üçtərəfli görüşdə əsas diqqət nəqliyyat layihələrinə, əsasən də “Şimal-Cənub” dəmiryol xəttinin inşasına yönəldilib. Prezidentlərin Suriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqları gözlənilirdi. 

“Üçtərəfli sammitin əsas məqsədi ilk növbədə nəqliyyat sahəsində infrastruktur layihələrini irəli aparmaq imkanlarını araşdırmaqdır”, - deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüş öncəsi gündəliklə bağlı verdiyi açıqlamada bildirib (virtualorg.az). Onun sözlərinə görə, söhbət ilk növbədə Rəşt (İran)-Astara (Azərbaycan) dəmiryol magistralının tikintisindən gedir. Bu, beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsidir. Uşakov xatırladıb ki, bu layihə 2008-ci ildən müzakirə olunur.
“Diskussiyalarda Rusiya Dəmir Yolları tərəfindən bəyan edilib ki, şirkət bu layihənin operatoru qismində çıxış edə bilər və buna hazırdır” - Putinin köməkçisi əlavə edib. Bundan əlavə, o, prezidentlərin gündəmində iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair yeni perspektivlərin müzakirəsinin dayandığını da söyləyib. “Əsas diqqət energetika sahəsində əməkdaşlığa yönəldiləcək. Biz hər şeydən əvvəl Xəzərdə neft yataqlarının birgə kəşfiyyatı, işlənməsi və hasilatı ilə bağlı layihələrin reallaşdırılmasına əhəmiyyət veririk” - Uşakov vurğulayıb. 


Ümumiyyətlə, Kreml rəsmisi üç ölkə liderlərinin görüşündə müzakirə olunası çox məsələnin olduğunu deyib. “Çünki söhbət bir-biri ilə qonşu olan üç ölkədən gedir. Onlar oxşar problemlərlə qarşılaşıb, o cümlədən qlobal iqtisadi böhran, sərhədlərimiz yaxınlığında situasiya, Əfqanıstanla sərhədlər və Yaxın Şərqdə vəziyyət, terrorçuluqla mübarizə və s.” - Putinuin köməkçisi qeyd edib. 

Bu baxımdan, sammit çərçivəsində regional təhlükəsizlik kontekstində prezidentlərin Qarabağ münaqişəsinin nizamlanmasına da diqqət yetirəcəkləri gözlənilirdi. 

***

Qeyd edək ki, İran prezidenti bir gün öncədən Bakıda idi. Rusiya prezidenti V.Putin isə dünən günün ikinci yarısında Azərbaycan paytaxtına gəlib. “Kommersant” nəşrinin yazdığına görə, onunla birgə baş nazirin müavini, hərbi sənaye kompleksini kurasiya edən Dmitri Roqozin, xarici işlər naziri Sergey Lavrov, enerji və nəqliyyat nazirləri Aleksandr Novak və Maksim Sokolov, iqtisadiyyat naziri Aleksey Ulyokayev, habelə Rusiya Dəmir Yollarının vitse-prezidenti Aleksandr Mişirinvə “Rosneft”in başçısı İqor Seçinin paytaxtımıza təşrif buyurub ki, bu da iki və üçtərəfli görüşlərin önəmindən xəbər verən məqam sayıla bilər. 


Putin əvvəlcə azərbaycanlı həmkarı İlham Əliyevlə, sonra isə İran prezidenti Həsən Ruhani ilə görüş keçirib. 

“Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər”. Bunu Rusiya prezidenti azərbaycanlı  həmkarı ilə görüşdə bəyan edib. O qeyd edib ki, bu layihələr energetika və nəqliyyat sahələrini əhatə edə bilər. “Üçtərəfli formatda görüşün təşkilinə görə sizə minnətdaram, bu da sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var” deyən Putin üçtərəfli formatda iqtisadi-ticarət əlaqələrinin diversifikasiyasını da istisna etməyib.

Putin-Əliyev görüşündə ikitərəfli iqtisadi, ticari əlaqələrin mövcud durumu və perspektivləri, əlaqələri daha yüksək səviyyəyə qaldırmaq yolları müzakirə edilib. “Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri alıb. Bu isə əlaqələrin şaxələndirilməsi üçün çox vacibdir” - Kreml başçısı deyib. 

 

Qarabağ mövzusu da əsas diqqət mərkəzində olub. “Rusiya çalışacaq ki, Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın”. Bu sözləri də Rusiya lideri Azərbaycan prezidenti ilə görüşdə deyib. O, problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını bildirib: “Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər ikisi üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss eləsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib”.


Öz növbəsində İlham Əliyev Rusiya dövlət başçısına Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib. O, Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayıb və xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu mövzuya həsr olunub. “Bu prosesdə fəal iştirak etdiyinə görə sizə minnətdaram” - Azərbaycanın başçısı bildirib. 
İlham Əliyev onu da bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütəmadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir. “Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir”, - deyə o əlavə edib. Azərbaycan prezidenti həmçinin qeyd edib ki, yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

***

Daha sonra prezidentlərin üçtərəfli formatda görüşü başlayıb. 

“Bu gün tarixdə ilk dəfə olaraq üçtərəfli görüş keçirilir. Zirvə görüşündə iştirakına görə İran və Rusiya prezidentlərinə təşəkkür edirəm. Bugünkü görüş yeni əməkdaşlığa təkan verəcək”. APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev prezidentlərin üçtərəfli görüşündə deyib. “Ölkələrimizi sıx dostluq münasibətləri bağlayır, ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləyirlər. Qonşularımızla dostluq əlaqələri milli maraqlarımıza uyğundur. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”, deyə prezident Əliyev bildirib.


Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status kvo qəbuledilməzdir: “Uzun illərdir Azərbaycanın ərazi bütövlüyü pozulub, ölkəmizdə 1 milyondan çox qaçqın və köçkün var. BMT-nin 4 qətnaməsində  erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması əksini tapsa da, bu qətnamələr, əfsuslar olsun ki, yerinə yetirilmir”. İlham Əliyev deyib ki, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq regionda sülhün təmin olunmasına kömək edəcək.

Üçtərəfli sammitin yekununa dair birgə Bakı bəyannaməsi qəbul olunub. “RİA Novosti”nin məlumatına görə, Bakı bəyannaməsində deyilir ki, Azərbaycan, Rusiya və İran nəqliyyat infrastrukturunun, o cümlədən “Şimal-Cənub” dəhlizinin inkişafı üçün tədbirlər görəcək. “Tərəflər iqtisadi cəhətdən sərfəli və ətraf mühit üçün ekoloji cəhətdən təhlükəsiz olan nəqliyyat infrastrukturunun yaradılmasına yönələn regional nəqliyyat və rabitə imkanlarının inteqrasiyası üçün səylərini dəstəkləmək niyyətindədir. Tərəflər ”Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanlarını yaxşılaşdırmaq məqsədilə nəqliyyat-rabitə infrastrukturunun inkişafı üçün effektli addımlar atmaq niyyətindədir", - deyə sənəddə vurğulanır.


Bəyannamədə həmçinin qeyd olunur ki, rəsmi Bakı, Moskva və Tehran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin effektivliyini artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırmaq niyyətindədir. Bundan əlavə, Tehran, Bakı və Moskva terrorizm və narkotrafikə qarşı mübarizədə beynəlxalq birliyə əməkdaşlıq təklifi edir. “Tərəflər narkotik ticarətinə, terrorizmə, ekstremizmə, qanunsuz silah ticarətinə, insan alverinə və kibercinayətə qarşı mübarizə aparmağa qərarlıdır”, - deyə bəyannamədə daha sonra deyilir. 

Bundan başqa, “tərəflər terrorizmi onun bütün formalarında pisləyir və effektiv əməkdaşlıq üçün ikitərəfli və üçtərəfli  fikir mübadiləsinə çağırış edir. Regionda həll olunmamış münaqişələr əməkdaşlığa mane olur. Buna görə həmin münaqişələrin beynəlxalq normalar və prinsiplər əsasında qısa müddətə nizamlanması vacib bilinir”.
Bəyannaməyə görə, tərəflər viza rejiminin sadələşdirilməsi, biznes, turizm və mədəniyyət sahəsində intensiv əməkdaşlıq etmək barədə razılıq əldə edir. 

Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşünün İranda keçirilməsi qərara alınıb.(musavat.com)
Oxşar xəbərlər
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB