Dəhşətli partlayışın səbəbi -Təxribat, yoxsa səhlənkarlıq ”“ sensasion təfərrüatlar
Oxunub: 2525
28 Jul 2016 | 11:59
Dəhşətli partlayışın səbəbi -Təxribat, yoxsa səhlənkarlıq ”“ sensasion təfərrüatlar

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvanda yerləşən  “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzində davamlı mərmi partlayışları ilə müşayiət olunan olay baş verib. 1 il 20 gün əvvəl “Araz” zavodunun qonşuluğunda yerləşən MSN-ə məxsus “Telemexanika” zavodunda da oxşar olay baş vermiş, 11 nəfər yaralanmışdı. Həmin vaxt 1 nəfər dünyasını dəyişmişdi. Odur ki, son partlayışdan sonra olayın təxribat ola biləcəyi iddiaları, ehtimalları ilk andan vardı. 

Rəsmi məlumata görə, partlayış iyulun 26-da 15:35 radələrində meydana gəlib. Utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən zavoda təhvil verilən 1500 ton məmulatdan qalan 146 ton sursatda hələlik naməlum səbəbdən partlayış əmələ gəlib. Partlayış dalğasının təsirindən utilizasiya üçün təqdim edilmiş mərmilər, müxtəlif növ siqnal və işıqlandırıcı patronlar 1-2 kilometr radiusda ətrafa səpələnib. Ərazidəki quru ot örtüyünün üstünə yağış kimi yağan sursatlar yanğının yaranmasına səbəb olub. Güclü partlayış bir neçə saat sonraya qədər davam edib, iyulun 27-nə keçən gecə 2-də partlayış səsləri tamamilə kəsilib. 

Məmurlar barıt tüstüsündə, göydən yağan mərmi yağışı altında...


Partlayış baş verəndən dərhal sonra müdafiə sənayesi naziri Yavər Camalov Şirvana yollanaraq “Araz” zavoduna, partlayış baş verən mərkəzin inzibati binasının qarşısına gedib. Onunla birlikdə ərazidə daxili işlər, fövqəladə hallar nazirlərinin müavinləri, baş prokurorun müavini və digər rəsmi şəxslər də olub. Həmin vaxt artıq ərazi polis tərəfindən mühasirəyə alınmışdı. Zavoda gedən yollarda quraşdırılan polis postlarından rəsmi şəxslərdən savayı kimsə əraziyə buraxılmırdı. Buna baxmayaraq, partlayış baş verən mərkəzin administrasiya binasının qarşısına qədər gedə bildik. Yolboyu ərazidə ot örtüyü yanmışdı, bəzi yerlərdə yanğın davam edirdi. Ətrafda çoxlu partlamamış mərmi başlıqları, siqnal raketlərini bir neçə hissəyə parçalanmış patronları, içərisindən çıxan paraşütlər səpələnmişdi. Barıt qoxusu yanmış ot iyinə qarışmışdı. Ara-sıra mərkəzdə baş verən partlayış və partlayış dalğasının göyə atdığı, arı vızıltısı verərək üzü aşağı istiqamətlənən sursatlar tüstü qatını yararaq yerə çırpılırdı. Ərazi ortabab bar verən, meyvələri altına səpələnən ağacın altını xatırladırdı - hər yer mərmi başlıqları, siqnal raketlərinin qalıqları ilə dolmuşdu. Hər partlayışdan sonra sanki yer ayaqlar altından qaçırdı. Çoxsaylı mərmi başlıqlarının 1-2 kilometr uçaraq yerə çırpılması və partlayıb geniş dərə açmaması onu deməyə əsas verirdi ki, başlıqlar partlayışa qədər zərərsizləşdirilib. 

Mərmi başlıqlarının əvvəldən zərərsiz hala gətirilməsi böyük tələfatların qarşısını alıb!
Partlayışın özü dəhşətli olsa da, göydə uçuşan mərmi başlıqlarının əvvəldən zərəsizləşdirilməsi, içinin barıtının boşaldılmasını xoş bir təsadüf adlandırmaq olar. Bu səbəbdən də partlayış dalğasının əraziyə səpələdiyi yüzlərlə mərmi başlığından 1-i də partlamamış, zavoddan qaçan işçilərin ağır qəlpə yaraları almasına, partlayış radiusunda olan Şirvan şəhərindəki binalara xətər yetirməmişdi. Bu xoş təsadüf zavodun bir neçə yüz metrliyindən keçən mağistral qaz kəmərinin zədələnməsini, təxminən 2 kilometrlik uzaqlıda yerləşən “Qarasu Oyl” Neft Şirkətinin çoxsaylı rezervuarları yerləşən neft anbarında dəhşətli yanğının baş verməsini də istisna etmişdi... 
 
İntensiv partlayışların baş verdiyi bir şəraitdə mərkəzin inzibati binasının qabağına toplaşan, çıxış yolu axtaran  rəsmilərin durumu da təlx idi. 20 kilometr radiusda hiss olunan partlayışların qarşısını almaq elə də asan iş deyil. Atılacaq addımların bəri başdan uğursuzluğa düçar olacağı da bilinirdi... 

Təxminən 2 kilometrlik çöllük ərazini qət edib mərkəzin nəzarət-buraxılış məntəqənin qarşısına toplaşmış rəsmilərə yaxınlaşdıq. Ətrafda zirehli gödəkçə geymiş çoxsaylı polislər, mitinqlər zamanı Bakı küçələrinə çıxarılan zirehli maşın gözə dəyirdi. Partlayışın baş vermə səbəbi, yaralıların, ölənlərin olub-olmaması haqda müdafiə sənayesi nazirinə  ünvanladığımız sualları Yavər Camalov təmkinlə dinləyib hər hansı bir söz belə demədi. Nazirin üzündə hər hansı bir ifadə də sezilmirdi. Partlayışlar davam edir, nazir gözünü belə qırpmırdı. Əhatəsində olduğu rəsmi şəxslər də partlayışla bağlı hər hansı bir açıqlama verib baş verənlərə aydınlıq gətirmək istəmədilər. 

Ölümün pəncəsindən qurtulmuş işçi dedi ki...


Rəsmilərin mərkəzin qarşısında dayandıqları nəzarət-buraxılış məntəqəsinin şüşələri ətrafa səpələnən qəlpələrdən sınmış, mərmi başlıqları məntəqənin dam örtüyündə böyük ölçülü deşiklər açmışdı. Zavodun həyətindəki 5 mərtəbəli inzibati binanın pəncərələrinin şüşələri də sınıb tökülmüşdü. Müəssisəyə yüksək gərginlikli cərəyan ötürən dirəklər sınıb yerə yıxılmışdı. Zavodun həyətindən çıxan, əynində hərbi geyim olan şəxslər yaxınlıqda yerə oturmuşdular. Onlardan birinin əynində köynəyi yox idi, maykası da cırılmışdı, üzərində qara rəngli kül izləri gözə dəyirdi. Zavodun işçiləri olan bu şəxslər də danışmaq istəmədilər. Dedikləri o oldu ki, zavodda ölən yoxdur. Ara-sıra zavodun üzərində Fövqəladə Hallar Nazirliyinə məxsus vertolyot fırlanır, ərazidə yanğınsöndürənlər yanan ot örtüyünü söndürürdülər... 

Yanğınsöndürənlər də danışmağa həvəsli deyildilər. Onlar zavoddakı partlayışın səngiməsini gözlədiklərini, partlayış tam səngiyəndən sonra mərkəzdə müvafiq xilasetmə və digər zəruri tədbirlərin görüləcəyini bildirdilər. Geri dönüb Şirvan Mərkəzi Xəstəxanasına yollandıq. Yol üstündə olan polis kartonlarından birinin qarşısında bir neçə şəxsin əraziyə keçmək istədiyinin şahidi olduq. 

Onlardan biri ilə polis arasında belə bir dialoqun şahidi olduq:

- Buraxın, gedək özümüz dağı axtaraq. Bəlkə qaçıb gedib, dağda ayağı burxulub yerə yıxılıb? Buraxın gedək...

Polislər: 

- Bizə əmr verilib ki, əraziyə heç kimi buraxmayaq.

Həmin şəxslər isə sakitləşmirdilər:

- Xəstəxanaya 20-30 dəfə getmişik, orada yoxdur. Hamı deyir ki, zavodda partlayış olandan sonra işçilər üzü dağa, “Qarasu”ya (“Qarasu OYL” şirkətinin neft anbarı istiqamətinə) tərəf qaçıblar. Bəlkə oralardadır? Buraxın, xahiş edirik. 

Kartonun bir başqa tərəfində isə təxminən eyni dialoq 2 qadınla polislər arasında davam edir. Məlum olur ki, polislərdən əraziyə buraxılmaq izni istəyən hər iki dəstə olay zamanı itkin düşən, mətbuatda adları dərc olunandan bir neçə saat sonra meyitləri aşkar olunan İlhamə Əsgər qızı Nuriyeva və zavodda 3 aydır sürücü işləyən Ağamir Allahyar oğlu Məmmədovun yaxınlarıdır. 

Sexdən yaralıları çıxardı, atasını xilas edə bilmədi 


A.Məmmədovun oğlu İlkin Məmmədov da partlayış baş verən mərkəzdəki 8-ci sexdə çalışıb. Partlayışdan sonra yaralanan bir neçə şəxsi sexdən İ.Məmmədov çıxarıb və ərazidə atasını axtarıb. Onun idarə etdiyi, üzərinə mərmi başlıqları düşərək damı əzilmiş, ön şüşəsi sınmış  “UAZ” markalı maşında atasını tapmayınca yaxınlıqdakı dağa qaçdığını düşünüb. Özü də həmin tərəfə qaçıb, orada qarşısına çıxanlardan atasını soraqlayıb...
Gecə yarısı Şirvan Mərkəzi Xəstəxanasının həyətində yerləşən Şirvan morquna 2 yanmış meyit gətirildi. Xəstəxananın həyətində 200-300-ə yaxın adam toplaşmışdı. Məlum oldu ki, gətirilənlər partlayışdan sonra itkin düşən A.Məmmədovla İ.Nuriyevadır.  

MSN məlumat yaydı, partlayışın səbəbinə aydınlıq gətirilmədi


Hadisədən 3-4 saat sonra MSN-in saytında “Şirvan ”Araz" zavodunda hadisə baş vermişdir" başlığı altında dərc olunan xəbərdə olayın səbəbinə aydınlıq gətirilmir, hadisə zamanı 11 nəfərin yaralandığı bildirilirdi. İyulun 27-də gün ərzində MSN partlayışın başvermə səbəbinə aydınlıq gətirmədi, Y.Camalovun olay zamanı həyatlarını itirmiş 2 şəxsin dəfnində iştirak etdiyi xəbərini yaymaqla işini bitmiş saydı. Faktiki isə partlayış zamanı 2 nəfərin öldüyü, 26 nəfərin yaralandığı dəqiqləşmişdi.

Partlayışı dövlət komissiyası araşdıracaq 


Qeyd edək ki, partlayışla əlaqədar  prezident İlham Əliyev Dövlət Komissiyasının yaradılması haqda sərəncam imzalayıb. Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyaya tapşırılıb ki, hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

- hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etsin;

- görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Baş Prokurorluğun partlayışla əlaqəli yaydığı məlumatdan aydın olur ki, fakta görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.  

“Partlayış səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir”


Hərbi ekspert Üzeyir Cəfərov partlayışla bağlı öz ehtimalını səsləndirib. O hesab edir ki, onlarla adamın yaralanması ilə sonuclanan partlayışa terror və ya hər hansı təxribat hadisəsi səbəb ola bilməz:

“Bəlkə də nəzəri cəhətdən mümkündür, amma praktik olaraq yox. Mən terror, ya təxribat hadisəsini istisna edirəm. Çünki orda mühafizə səviyyəsi çox yüksəkdir. O zavodda olmuşam, özüm görmüşəm”. 

2-ci belə hadisədir ki, baş verir


Hərbi ekspert deyir ki, “Araz” zavodu Müdafiə Sənayesi Nazirliyi üçün əhəmiyyətli müəssisədir. Bu zavodda minaatanlardan biri uçun mərmi hazırlanır və həm də vaxtı keçmiş mərmilərin, silah-sursatın utilizasiyası həyata keçirilir. Onun sözlərinə görə, zavod 3 ildir fəaliyyət göstərir, ancaq artıq 2-ci belə hadisədir ki, baş verir.

Ü.Cəfərov ötən il iyulun 6-da “Araz” zavodunun yaxınlığındakı “Telemexanika” zavodunda baş verən 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən yanğına diqqət çəkərək deyib: “1-ci hadisədə olayla bağlı ictimaiyyətə geniş məlumat verilmədi. Son olayın səbəbləri və nəticələri barədə detallı bilgi açıqlanmalıdır. Çoxlu yaralılar var, hətta ölənlər də oldu. Hadisə işin ən qızğın vaxtında baş verib”.

Hərbi ekspert Müdafiə Sənayesi Nazirliyinin zavod rəhbərliyi ilə bağlı ciddi ölçülər götürəcəyini gözləyir.

Ü.Cəfərov deputat, Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadənin mətbuatın partlayış baş vermiş ərazidən reportajlar yaymasını hərbi sirrin yayılması kimi qiymətləndirməsinə təəccübləndiyini də açıqladı: “Orada hərbi sirr, hərbi sirr xarakterli bir məlumat yox idi. Hansısa hərbi sirdən söhbət gedə bilməz. 2013-cü ildə prezident həmin zavodun əsaslı təmirdən sonra açılışına qatılıb. Həmin tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov prezidentə hesabat verərək zavodda istehsal olunan məhsulların adını çəkməklə geniş məlumat verib, partlayış baş verən utilizasiya sexi haqda geniş danışıb. Deyib ki, zavodda minaatanlar, artileriya və digər silahlar üçün mərmilər hazırlanır. Əgər hərbi sirdən söhbət gedirsə, bu gün də internet resurslarında həmin tədbirdəki hesabatda sadalanan məlumatların yer almasını necə qiymətləndirmək olar?” (musavat.com)







Oxşar xəbərlər
00:46, Bu gün
"Kreml etnik almanları Rusiya ordusu sıralarına şirnikləndirir" - "The Telegraph"
00:31, Bu gün
Mayın tam ayı bu iki bürcə ən çox təsir edəcək
00:29, Bu gün
Gürcüstanda Venesiya Komissiyasının xarici agentlər haqqında qanunla bağlı rəyi tənqid edilib
00:27, Bu gün
Cennifer Lopez Azərbaycanda çıxış edə bilər
21 May 2024 | 23:53
Azərbaycanda general-mayor İŞDƏN ÇIXARILDI
21 May 2024 | 23:42
Deputat rəqib deputatın burnunu belə dişlədi - ŞOK GÖRÜNTÜ
21 May 2024 | 23:39
Bir il öncə Rusiya ordusunun fəaliyyətini sərt tənqid edən top-general həbs edilib
21 May 2024 | 23:35
Trampın sosial şəbəkəsi milyonlarla dollar itki ilə üzləşib
21 May 2024 | 23:27
Abdullahianın dəfn tarixi və yeri açıqlandı
21 May 2024 | 23:04
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var
21 May 2024 | 23:00
Avropa Liqasında 939 milyon avroluq final
21 May 2024 | 22:56
U-23 Avropa çempionatının qalibi: Revanş hissi ilə alışıb-yanırdım
21 May 2024 | 22:55
"Rəisinin həlak olmasının dörd qəribəlikləri" - "Türkiye" nəşri
21 May 2024 | 22:50
15 yaşlı oğlan dostlarını maşınla gəzdirdi - Atası həbs edildi
21 May 2024 | 22:27
Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir
21 May 2024 | 22:25
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna Rusiya hərbi gəmisini vurub
21 May 2024 | 22:23
İranlı rəsmi: “Prezidentin helikopterinin ardınca uçurduq, birdən...” - Şok detallar
21 May 2024 | 22:22
"Çelsi" klubu baş məşqçisi ilə yollarını ayırıb
21 May 2024 | 22:21
Çeçenistan rəhbərinin oğlu nazir oldu
21 May 2024 | 22:20
Avropa İttifaqı Zelenskinin legitimliyinə şübhə etmir
21 May 2024 | 22:12
Jerar Depardye jurnalisti yumruqlayıb
21 May 2024 | 22:05
Dilan və Engin haqqındakı şikayətini geri götürdü
21 May 2024 | 22:02
Yaponiya tarixində iz qoyan yeganə qaradərili samuray
21 May 2024 | 21:55
Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib
21 May 2024 | 21:53
Azərbaycanda DƏHŞƏT: Ana üç uşağını ZƏHƏRLƏDİ
21 May 2024 | 21:38
Həndbol üzrə XXX Azərbaycan kubokunun oyunlarına start verilir
21 May 2024 | 21:35
Dövlət Komitəsi və Penitensiar Xidmət arasında birgə tədbirlər planı imzalanıb
21 May 2024 | 21:34
Paşinyandan yeni təyinat
21 May 2024 | 21:23
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
21 May 2024 | 21:00
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
21 May 2024 | 20:58
Almaniya Ukrayna üzərində Rusiya raketlərini vura bilər?
21 May 2024 | 20:57
Limonun üzərinə qaynar su tökün – Faydalı MƏSLƏHƏT
21 May 2024 | 20:38
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb
21 May 2024 | 20:37
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
21 May 2024 | 20:24
Mikayıl Cabbarov Azərbaycan-Özbəkistan Regionlararası Forumunda iştirak edib
21 May 2024 | 20:23
"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır
21 May 2024 | 20:22
Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb
21 May 2024 | 20:21
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 8 şübhəli həbs olunub
21 May 2024 | 20:01
Zemfira Məhərrəmlinin “Çox kiçikdir bu dünya...” adlı kitabı işıq üzü gördü
21 May 2024 | 19:49
Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
21 May 2024 | 19:45
11 qadını zorlayıb öldürən manyak MƏHKƏMƏDƏ
21 May 2024 | 19:35
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
21 May 2024 | 19:27
Almaniya kansleri İrana başsağlığı verib
21 May 2024 | 18:51
Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə dəhşətli partlayış - VİDEO
21 May 2024 | 18:40
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
21 May 2024 | 18:34
Zahid Oruc: ”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti..”
21 May 2024 | 18:27
Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq
21 May 2024 | 18:18
“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”
21 May 2024 | 18:16
Nigar Camalın qızı çempion oldu
21 May 2024 | 18:14
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
21 May 2024 | 18:12
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
21 May 2024 | 18:08
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edildi
21 May 2024 | 18:04
Hacıqabulda məktəbli qız qızılcadan öldü
21 May 2024 | 17:59
Bakıda narkokuryer tutuldu - VİDEO
21 May 2024 | 17:56
Dəmirçiyan Qazaxın torpaqlarını Ermənistana verən Azərbaycan rəhbərinin hansı qiymətli əşyalarını oğurladı?..
21 May 2024 | 17:54
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
21 May 2024 | 17:50
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
21 May 2024 | 17:47
Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq
21 May 2024 | 17:45
Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTO
21 May 2024 | 17:38
Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"
21 May 2024 | 17:35
BDU-dakı dördgünlük tibbi aksiya başa çatdı - FOTO
21 May 2024 | 17:30
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
21 May 2024 | 17:25
İlham Əliyev agentliklə bağlı fərman imzaladı
21 May 2024 | 17:22
"Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi AÇIQLAMA + FOTO
21 May 2024 | 17:20
Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da - FOTO
21 May 2024 | 17:15
Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub - FOTO
21 May 2024 | 17:13
“Evdə bir yerdə olanda dava düşür”
21 May 2024 | 17:05
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
21 May 2024 | 17:00
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
21 May 2024 | 16:56
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
21 May 2024 | 16:54
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
21 May 2024 | 16:46
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
21 May 2024 | 16:44
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
21 May 2024 | 16:42
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
21 May 2024 | 16:40
Sərhədləri Aşan Səslər: Türk və Azərbaycan Harmoniya Gecəsi!
21 May 2024 | 16:37
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı - YENİLƏNİB
21 May 2024 | 16:35
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
21 May 2024 | 16:28
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
21 May 2024 | 16:22
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
21 May 2024 | 16:16
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
21 May 2024 | 16:09
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
21 May 2024 | 16:04
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
21 May 2024 | 16:02
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
21 May 2024 | 15:58
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
21 May 2024 | 15:52
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
21 May 2024 | 15:46
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
21 May 2024 | 15:41
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
21 May 2024 | 15:35
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
21 May 2024 | 15:30
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
21 May 2024 | 15:25
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
21 May 2024 | 15:20
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
21 May 2024 | 15:15
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
21 May 2024 | 15:10
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
21 May 2024 | 15:05
Əziz Orucovun həbs müddəti uzadıldı
21 May 2024 | 15:00
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
21 May 2024 | 14:56
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
21 May 2024 | 14:52
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
21 May 2024 | 14:48
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
21 May 2024 | 14:44
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
21 May 2024 | 14:40
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
GÜNLÜK
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 08:50
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
21 May 2024 | 07:19
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
21 May 2024 | 06:30
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
AYLIQ
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 08:50
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
21 May 2024 | 07:19
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
21 May 2024 | 06:30
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar