Şabranda sel körpünü uçurub - FOTO
192
12:38, Bu gün

Şabranda sel körpünü uçurub - FOTO

Şabran rayonunda yağan güclü yağışlar nəticəsində gələn sel Xəlfələr kəndində körpünü uçurub.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, kəndin bir hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
 
Rayon mərkəzindən 11 kilometr məsafədə yerləşən kənd Dəvəçi çayının hər iki sahilində, dağların ətəyində yerləşir. Son günlər yağan intensiv yağışlar nəticəsində Dəvəçi çayında suyun səviyyəsi artıb və çayın hər iki sahilini birləşdirən körpü dağılıb. Nəticədə kəndin digər hissəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
 
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər