Azərbaycan elminə ağır itki - FOTO
334
09:18, Bu gün

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycan elminə ağır itki üz verib.
 
Biologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Qasımov vəfat edib.
 
Görkəmli alim ömrünün 95-ci ilində dünyasını dəyişib.
 
Qeyd edək ki, Rafiq Yunisəli oğlu Qasımov 1931-ci il iyunun 26-da Azərbaycanın qədim İrəvan şəhərində anadan olub.
 
O, Bakı Dövlət Universitetini bitirib.
 
R.Qasımov elmi fəaliyyətə 1958-ci ildə SSRİ EA-nın İ. P. Pavlov adına Fiziologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb.
 
1958-ci ildə "Nərəkimilərin bəzi növlərində şərti və şərtsiz reflekslər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1970-ci ildə "Erkən ontogenezdə nərə balıqları davranışının müqayisəli öyrənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1974-cü ildə professor elmi rütbəsini alan R.Qasımov 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
 
O, 1965-1974-cü illərdə Kür Eksperimental Nərə Balıqartırma zavodunda və Mərkəzi Elmi Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində laboratoriya müdiri kimi fəaliyyət göstərib. Eyni zamanda AMEA-nın А.Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri və 1974-cü ildən həmin institutda baş elmi işçi olub.
 
Allah rəhmət eləsin!
 
/sfera.az/
 
Link kopyalandı!
Son xəbərlər