Süni intellekt dronları və sürətli innovasiya: Ukrayna döyüş meydanında təşəbbüsü ələ alır -
2125
15 Apr 2026 | 12:56

Süni intellekt dronları və sürətli innovasiya: Ukrayna döyüş meydanında təşəbbüsü ələ alır - "Fortune"

 
Yeni texnologiyalar həm cəbhədə, həm də Rusiyanın iqtisadiyyatında təsir yaradır...
 
Ukrayna pilotsuz sistemlər sahəsində sürətli inkişaf sayəsində döyüş meydanında getdikcə daha çox üstünlük qazanır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Fortune" nəşri yazıb.
 
Dron inqilabı və cəbhədə dəyişən balans
 
Nəşr yazır ki, müharibənin əvvəlində say üstünlüyünə malik olan Rusiya bu üstünlüyü tədricən itirib, çünki Ukrayna həm Qərb dəstəyi, həm də öz innovasiyaları hesabına dron texnologiyalarını sürətlə inkişaf etdirib.
 
Bu gün döyüş itkilərinin böyük hissəsi məhz pilotsuz sistemlərin payına düşür. Ukrayna daha çevik yanaşma nümayiş etdirərək yeni texnologiyaları daha tez tətbiq edir və son qiymətləndirmələrə görə, təşəbbüsü öz əlinə ala bilib.
 
"Anubis", "Seth-X" və süni intellekt amili
 
Bu üstünlükdə yeni nəsil süni intellek dronlarının rolu xüsusi qeyd olunur. ABŞ-Almaniya-Ukrayna əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən "Auterion Airlogix Joint Venture GmbH" minlərlə uzaqmənzilli zərbə dronunun istehsalını planlaşdırır və layihə Almaniya tərəfindən maliyyələşdirilir.
Layihədə iki əsas model ön plana çıxır: "Anubis" və "Seth-X". "Anubis"-in orta və uzaq məsafədə strateji hədəflərə qarşı istifadə olunacağı, "Seth-X"-in isə daha çox kamikadze tipli zərbələr üçün nəzərdə tutulduğu bildirilir.
 
Əsas yenilik isə süni intellektdir. "Auterion" tərəfindən hazırlanmış proqram təminatı dronlara avtonom naviqasiya, hədəf seçimi və zərbə funksiyası verir. Bu isə onları radioelektron mübarizə şəraitində daha dayanıqlı və çətin aşkar olunan edir.
 
Dərin zərbələr və strateji nəticələr
 
Yeni texnologiyalar Ukraynaya təkcə cəbhədə deyil, Rusiyanın arxa cəbhəsində də təsir göstərmək imkanı verir. Dronlar enerji infrastrukturu və neft terminallarına zərbələr endirərək iqtisadi itkilər yaradır və ixrac imkanlarını zəiflədir.
 
Analitiklər qeyd edir ki, bu cür sistemli və uzaqmənzilli hücumlar Rusiyanın HHM sistemlərini yükləyir, eyni zamanda cəbhədə irəliləyiş tempini zəiflədir. Bu isə Ukraynaya əks-hücum üçün imkanlar açır.
 
Ümumilikdə, sürətli innovasiya, süni intellekt texnologiyası və kütləvi istehsalın birləşməsi Ukraynanın həm hərbi, həm də iqtisadi müstəvidə rəqibinə qarşı təzyiqini artıran əsas amillərdən birinə çevrilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər