İran yeraltı raket bazalarının dağıdılmış yollarını açmağa başlayıb - FOTO
1373
15 Apr 2026 | 10:50

İran yeraltı raket bazalarının dağıdılmış yollarını açmağa başlayıb - FOTO

İranda raket qurğularının saxlanıldığı yeraltı hərbi bazaların girişlərini bağlanmasına səbəb olan dağıntıların təmizlənməsi prosesi həyata keçirilir.
 
Moderator.az bildirir ki, bu barədə CNN telekanalı peykdən çəkilmiş fotolara əsaslanaraq xəbər yayıb.
 
Şəkillərdə texnikanın bloklanmış tunellərdəki qalıqları toplayaraq yük maşınlarına yığdığı əks olunub.
 
Məlumdur ki, bundan əvvəl İsrail və ABŞ Tehranı raket sistemlərini yerin altından çıxarmaq imkanından məhrum etmək məqsədilə qəsdən İran bazalarının girişlərinə aviazərbələr endirib.
 
ABŞ kəşfiyyatındakı mənbələrin hesablamalarına əsasən, bir ay davam edən hərbi əməliyyatlardan sonra İranın raket qurğularının təxminən yarısı zərər görməyib. CNN qeyd edir ki, onların böyük bir qismi zərbələr nəticəsində yerin altında mühasirədə qalmış ola bilər.
 
Ceyms Martin adına Silahların Yayılmaması Problemlərinin Tədqiqi Mərkəzinin bir elmi işçisi isə mövcud vəziyyətə dair xəbərdarlıq xarakterli şərh verib:
 
"Atəşkəs sizin çoxlu vaxt, güc və vəsait sərfi ilə məhv etdiyiniz hərbi potensialın düşmən tərəfindən qismən bərpa olunacağını qəbullanmağınızı tələb edir".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər