Ölkəmiz Boloniyada beynəlxalq sərgidə təmsil olunur - FOTOLAR
353
10:08, Bu gün

Ölkəmiz Boloniyada beynəlxalq sərgidə təmsil olunur - FOTOLAR

Azərbaycan dünyanın ən nüfuzlu uşaq kitab sərgilərindən olan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur.
 
Mədəniyyət Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, sərgidə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti iştirak edir.
 
Azərbaycan stendində ölkənin aparıcı nəşriyyatları tərəfindən azyaşlı oxucular üçün hazırlanmış 200-dən çox adda, ümumilikdə, 250-dən artıq kitab və nəşr məhsulu ziyarətçilərə təqdim olunur.
 
Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə, Çexiya, Sloveniya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland, Almaniya, Fransa, İspaniya və Böyük Britaniyadan olan nəşriyyat nümayəndələri, uşaq yazıçıları və illüstratorlarla bir sıra işgüzar görüşlər keçirir. Bu görüşlərdə kitab nəşri, yayımı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.
 
Eyni zamanda, nümayəndə heyəti Hans Kristian Andersen Mükafatı Münsiflər Heyətinin prezidenti Şirin Kreidieh ilə görüş keçirərək uşaq ədəbiyyatı sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
 
16 aprelədək davam edəcək sərgidə Azərbaycan müəlliflərinin kitab təqdimatları, eləcə də yerli nəşriyyatların beynəlxalq tərəfdaşlarla görüşləri davam etdiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər