Bizi sosial şəbəkələrdən izləyin:
Xəzərdə bu gün dördüncü zəlzələ olub.
Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
3.1 maqnitudalı yeraltı təkan yerli vaxtla 10:21-də, 25 km dərinlikdə baş verib.
10:16
Xəzər dənizində 3.8 maqnitudalı zəlzələ olub.
Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, təkanlar yerli vaxtla aprelin 14-ü saat 09:53-də qeydə alınıb, zəlzələ ocağının dərinliyi 5 kilometrdir.
07:58
Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 06:43-də qeydə alınan zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub.
06:20
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 03:03-də qeydə alınan zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.
Xatırladaq ki, aprelin 4-dən etibarən Xəzərin dibində 12 dəfə güclü təkanlar qeydə alınıb. Bunlardan ən güclüsü 5.3 bal olub.