Bizi sosial şəbəkələrdən izləyin:
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi katibi Lalə Bəxtiyarova işdən çıxarılıb.
Moderator.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bu barədə institutun rektoru, professor Nazim Pənahov əmr imzalayıb.
L.Bəxtiyarova uzun illərdir bu vəzifədə çalışırdı.
Rektorun digər əmri ilə tibb üzrə fəlsəfə doktoru, dosent Natəvan İsmayılova Həkimləri Təkmilləşdirmə İnstitutunun elmi katibi təyin olunub.
Qeyd edək ki, Natəvan Ramiz qızı İsmayılova 2002-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib.
2005-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasında assistent kimi fəaliyyətə başlayıb. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan Respublikasının dağlıq rayonunda əmək qabiliyyətli yaşda olan kişi əhalisi arasında ürəyin işemik xəstəliyi və onun risk amillərinin yayılması” adlı dissertasiya müdafiə edib.
2017-ci ildən Terapiya kafedrasında dosent vəzifəsində çalışır.