Qələbə və Sülh planının məxfi əlavələrində Rusiya Federasiyasının dərinliklərində onun hərbi potensialını azaltmaq üçün hədəflərin siyahıları və onları məhv etmək üçün Ukrayna üçün lazım olan vasitələrin siyahısı var.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "RBC-Ukrayna" "YouTube" kanalına müsahibəsində danışıb. O vurğulayıb ki, indi Ukraynanın ilk növbədə tərəfdaşlarından daha çox silaha ehtiyacı var. “Bu, yeganə çıxış yoludur. Yenə də məsələ həmin silahın hansı silah olmasıdır".
Qələbə planının əlavələrində, cəbhə xəttindən çox uzaqda logistikanı məhv etmək, həm toplanma obyektlərini, həm də istehsal müəssisələrini, o cümlədən Rusiya Federasiyasının dərinliklərində canlı hərbi qüvvənin toplanacağı yerləri məhv etmək üçün hansı silahların olması, konkret hansı hədəflərin vurulacağı dəqiq göstərilib", - deyə Podolyak bildirib.
Onun sözlərinə görə, Planda “müharibənin bitməsinin məntiqi”- “mücərrəd nəzəriyyə və ya "PR" ehtiyacına deyil, sadəcə olaraq nəyin edilə biləcəyinin real dərk edilməsinə əsaslanaraq, bu müharibədə Rusiyaya əhəmiyyətli dərəcədə təsir edə və onu az-çox adekvat davranmağa məcbur etmək üçün nələrin edilməli olduğu məntiqi” açıq şəkildə ifadə edilir".
“Bunlar bizə bir növ fantastik silah verin demək üçün sehrli cəhdlər deyil. Bunlar kifayət qədər konkret şeylərdir - hədəflər budur, miqyaslandırma budur, məhv etmək üçün bu qədər vasitə olmalıdır. Sizin anbarınızda filan qədər həmin vasitələrdən var", -deyə Ukrayna rəsmisi bildirib.
"Buyurun, biz bu gün filan hissəsini göndərəcəyik ki, Rusiya Federasiyasının ərazisində işləsin. Beynəlxalq hüquq belə işləməlidir. Burada tamamilə başdan-başa məntiq var. Prezident açıq şəkildə deyir ki, bizə silah verin, sərmayə verin, çünki bu, ümumi problemdir. Bu, ümumi təhlükəsizliyə sərmayədir”, - deyə Podolyak vurğulayıb.
Xatırldadaq ki, dünən -oktyabırn 16-da Prezident Vladimir Zelenski Ali Radada Qələbə Planını təqdim edib. O, 5 bənddən ibarətdir, bunlardan 3-nün məxfi əlavələri var. Birinci bənd Ukraynanın dərhal NATO-ya dəvət olunmasıdır...
Bu gün -oktyabrın 17-də Zelenski Aİ sammitində də Ukraynanın Qələbə Planını təqdim etməyi planlaşdırır...
S.Laçın