“Bu gün ABŞ, Fransa, Hindistan kimi dövlətlər bir yandan Ermənistanı silahlandırdıqları halda, digər yandan haqdan söz açır, ədalətdən danışırlar. Maraqlıdır, qatilin əliə silah vermək nə vaxtdan ədalət hesab olunur?”
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. O, qeyd edib ki, bugünün özündə də Azərbaycana qarşı mina terrorunu davam etdirən Ermənistanı silahlandırmaq bəşəriyyətə qarşı cinayət deməkdir:
“30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, xalqımıza qarşı bir-birindən dəhşətli soyqırımları törədən Ermənistan, bu gün də ölkəmizə qarşı mina terrorunu davam etdirməkdə, revanşist ideyalarla yaşamaqdadır. Belə bir dövləti silahlandırmaq Cənubi Qafqazda sülhə təhdid yaratmaq, bütün insanlığa, bəşəriyyətə qarşı cinayət deməkdir.
Bütün bu faktlar bir daha sübut edir ki, Ermənistanın silahlandırılmasının sülh, ədalət, özünümüdafiə ilə heç bir əlaqəsi yoxdur. Ermənistanın silahlandırılması onun Azərbaycana qarşı mübarizəyə həvəsləndirilməsi məqsədi daşıyır. İrəvan bu siyasətə boyun əyəcəyi təqdirdə məlum tendensiyanın sonu Ermənistanın özü üçün acıanacaqlı olacaq”.
Seymur ƏLİYEV