Xatırladaq ki, Paşinyan dünən Moskvaya MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak məqsədi ilə yola düşüb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasına görə, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcəyi gözlənilir. Həmçinin hazırda Rusiya paytaxtında olan Azərbaycan Prezidenti İlham Əliyevin Putinlə ayrılıqda görüşlə yanaşı, ErmənistanBaş naziri və Rusiya prezidenti ilə üçtərəfli görüş keçirəcəyi haqda da məlumatlar var.
Qeyd edək ki, bu ilin yazından başlayaraq Paşinyanın velosiped yürüşü hobbisi peyda olub. O, Ermənistan daxilində də, eləcə də xarici ölkələrdəki rəsmi və qeyri-rəsmi səfərləri zamanı velosipedlə yürüş etməyi özü üçün bir ənənəyə çevirib. İndiyədək Ermənistan baş naziri Berlində, Londonda, Nyu-Yorkda və Parisdə velosiped sürüb. Paşinyan bu hobbisini azadlıq, sərbəstlik, gemokratiklik trendi kimi təqdim edir...
S.Laçın