Qida mütəxəssisləri turşuların evdə şüşə bankada, uyğun şərtlər altında hazırlandığı və miqdarında yeyildiyi təqdirdə faydalı olacağını deyir. Ancaq turşu yüksək miqdarda sodium tərkibli olduğu üçün yüksək təzyiqi, şəkər xəstəliyi, böyrək çatışmazlığı, mədə xəstəlikləri olanların yeməməsi məsləhət görülür.
Moderator.az xəbər verir ki, Türkiyənin məşhur daxili xəstəliklər və kardiologiya mütəxəssisi, professor Canan Karatayın tövsiyə etdiyi qidalanma proqramına uyğun hazırlanan duzlu kələm qanda xolesterin tarazlığını qoruyur. Tərkibindəki çoxlu minerallar və C vitamini sayəsində soyuqdəymə üçün faydalıdır.
Canan Karatay üçün ən sağlam turşu kələmdən hazırlanır. Karatayın resepti sağlam qidalanma tövsiyələri çərçivəsində formalaşıb. Bu tövsiyələrə uyğun hazırlanan duzlu kələm, xüsusilə idman fəaliyyəti və fiziki fəaliyyət kimi güc tələb edən vəziyyətlərdə enerji verir.
dır: