“Azərbaycanın aldığı bütün silah-sursatlar müdafiə və təhlükəsizliyimizi təmin etmək üçün lazımdır və burada heç bir kənar məqsəd yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, son iki əsrdə baş verənlər dövlətimizi diqqətli olmağa, təhlükəsizlik məsələlərini daim diqqət mərkəzində saxlamağa vadar edir:
“Son iki əsrdə xalqımızın başına gətirilən müsibətlər, məruz qaldığımız soyqırımlar, itirdiyimiz ərazilər göstərdi ki, biz müdafiə məsələsinə, təhlükəsizlik məsələsinə daha çox diqqət yetirməliyik. Buna görə də dövlətimiz bu məsələni diqqət mərkəzində saxlayır, ordumuzun peşəkarlığının, maddi-texniki təchizatının yüklsəldilməsinə xüsusi önəm verir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərin nəticəsini qorumaq, bu nəticələri inkişf etdirmək əsas məqsədlərimizdən biridir.
Ermənistanın isə silahlanmasında məqsəd yeni işğalçılıq siyasəti həyata keçirmək, tarixi istilaçılıq missiyasını yerinə yetirməkdir. Hansı ki, bu siyasət 2020-ci ildə Ermənistanın özünün faciəsi ilə nəticələndi və Azərbaycan Ordusu erməni faşizmini daramadağın etməklə bütün dünyada özündən söz etdirdi. Və bu gün baş verənlər göstərir ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı bu tarixi uğuru hər zaman təkrarlamağa hazırdır”.
Seymur ƏLİYEV