“Vətən sevgisi ordumuzu yenilməz edən ən güclü silahdır və biz bu silahın gücünə 44 günlük Vətən müharibəsində bir daha şahid olduq”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusu 44 günlük müharibədə sadəcə işğaldakı torpaqları azad etmədi, həm də vətəni qanı, canı bahasına qorumaq, vətən uğrudna möcüzə yaratmaq nümunəsi göstərdi:
“Silahlı Qüvvələrimiz Vətən müharibəsində müasir hərbi sənayenin ən son yeniliklərini real döyüş əməliyyatında çox uğurla tətbiq edərək erməni faşizmini qısa zamanda məğlub etdi. Lakin heç kimə sirr deyil ki, Azərbaycan Ordusunun qəhrəmanlığının əsas səbəbi hərbçilərimizin milli-mənəvi dəyərlərə, vətənə, bayrağa olan bağlılıqları, sevgi və ehtiramları idi. Məhz bu sevgi hərebçilərimizin qanlı döyüş meydanında saysız-hesabsız möcüzələr göstərməsini təmin etdi.
Mən 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi təbrik edir, onların hər birinə uğurlar arzulayıram”.
Seymur ƏLİYEV