Deputatlar mərhum jurnalist Zülfüqar Hüseynzadə barədə: "Qəlbi Qarabağ, Kəlbəcərlə döyünən bir dostumuz idi..."
Ekskluziv
Oxunub: 2361
18 Jun 2024 | 13:10
Deputatlar mərhum jurnalist Zülfüqar Hüseynzadə barədə:
Bu gün mərhum jurnalist, Moderator.az saytının təsisçisi Zülfüqar Hüseynzadənin dünyasını dəyişməsindən bir il ötür. 
 
Uzun müddətdir ki, onunla dostluq edən, Moderator.az saytında davamlı olaraq şərhləri yer alan millət vəkilləri bu dəfə Zülfüqar Hüseynzadədən danışdılar. Onlar mərhum jurnalistlə bağlı xatirələrini bölüşdülər. 
 
 
Millət vəkili Cavanşir Feyziyev keçən bir ildə mətbuatda Zülfüqar Hüseynzadənin yoxluğundan bəhs etdi:
 
"Bir il keçdi. Bizə  göz qırpımı kimi qısa görünən bir il Zülfüqar Hüseynzadə üçün böyük bir vaxt imkanı və bir çox işlər görmək üçün fürsət idi. Bu bir ildə o nələr edə bilərdi?!  Daim axtarışda və yanlış hesab etdiyi nəsnələri dəyişmək arzusunda olan Zülfüqar Hüseynzadə ilin hər gününü və həyatın hər anını cəmiyyət üçün faydalı olmağa çalışırdı. Düşüncələrində bir çox çıxılmazlıqlardan çıxış yolu tapır və onu həvəslə bölüşürdü. Tələsirdi. Həyatda və cəmiyyətdə hər şeyin  ideal düzəndə olmasını istəyirdi. Öz fikirlərini mübahisə və müzakirə meydanına çıxarmaqdan çəkinmirdi. Cəmiyyət üçün problem hesab etdiyi məsələləri diqqətlə araşdırır, təmkinlə və təkzibolunmaz məntiqlə öz oxucusuna və ya müsahibinə təqdim edə bilirdi. Daha çox neqativ hallar haqqında düşünsə də təbiətən və ruhən çox nikbin insan idi və bütün çətinliklərin və çatışmazlıqların tamamilə aradan qaldırıla biləcəyinə inanırdı. Heç vaxt torpaqlarımızın işğaldan azad olunacağına zərrə qədər də şübhə etməmişdi. Xoş xəyallarının addım- addım gerçəkləşdiyi 44 gün bəlkə də Zülfüqarın həyatında ən xoşbəxt günlər idi. Çox sevinirdi və tələsirdi. Tələsirdi ki, doğulub böyüdüyü Kəlbəcər azad olunsun. Tələsirdi ki, Kəlbəcərə qayıtsın və nə vaxtsa düşmən təcavüzünün yarımçıq qoyduğu gənclik illərinin arzularına doğma torpağında qovuşsun. Həyatının ən böyük arzusunun gerçəkləşdiyini görmək üçün Kəlbəcərə getdi. Ata ocağını ziyarət etdi və qayıtmadı. Zülfüqar orada qaldı. Onu sevən doğmalarının, dostlarının, məsləkdaşlarının və həmkarlarının qəlbini  acı təəssüflə yandırdı. Amma bu gedər- gəlməzlikdə  bir hikmət və bir təsəlli var. Zülfüqar məhz orada  və məhz o zaman özünü dünyanın ən xoşbəxti hiss etmişdi. Həyatının ən böyük arzusuna qovuşmuşdu. Həyat, arzu - xəyal, torpaq, vətən və ata ocağı. Zülfüqar müqəddəs saydığı hər şeyin bir arada olduğu anda və məkanda həyata “əlvida” dedi və ən böyük sevgisinə - doğma torpağına qovuşdu. Allah rəhmət eləsin! Xatirəsi hər zaman əzizdir".
 
 
Deputat Qüdrət Həsənquluyev Zülfüqar Hüseynlinin vaxtsız ölümünün hər kəsi məyus etdiyini bildirdi: 
“Zülfüqar bəy çox tez bizi tərk etdi. Onun özü boyda bir ürəyi vardı. Allah onu xeyirxah əməllər üçün yaratmışdı. Çalışırdı ki, ehtiyacı olan insanlara kömək etsin. İnsanların dərdinə şərik olmağı bacarırdı. Etibarlı dost, peşəsinə sadiq bir insan idi. İstedalı jurnalist, böyük vətənpərvər bir vətəndaş, dost kimi hər zaman qəlbimizdə yaşayacaq. Qəlbi Qarabağ, Kəlbəcərlə döyünən bir dostumuz bu gün bir ildir ki, aramızda yoxdur. Təklif edirəm ki, mətbuatda onun adına mükafat təsis olunmalıdı. Çünki onun kimi insanlar vətənpərvərlik nümunəsi idi. Allah ruhunu şad etsin”.
 
Deputat Əli Məsimli bildirdi ki, Zülfüqar Hüseynzadənin qəfil vəfatı onu tanıyanları çox  sarsıdıb:
 
“Mənim Zülfüqar Hüseynzadə ilə yaxından tanışlığım Milli Məclisdə fəaliyytim dövründən  başlandı. Bu  tanışlıq  əvvəlcə uzun illərin yaradıcı  əməkdaşlığına çevrildi. Mənim Milli Məclisdəkı çıxışlarımın əksəriyyəti  Moderator.az-da dərc edilirdi. Milli Məclisdə hətta qısa zaman kəsiyində çıxışım olmayanda, Zülfüqar mənə mesaj yazırdı ki, ”qardaş, xeyli vaxtdır bizim saytımızda çıxış etmirsən, saytmız darıxıb”.
Özü  hansısa  aktual, düşündürücü bir sosial-iqtisadi məsələyə və ya hadisəyə dair baxışlarını göndərir və və onun ətrafında fikir mübadiləsi təklif edirdi. Mənim Moderator.az-da Milli Məclisdəki çıxışlarımdan əlavə çıxan iri həcmli yazı və müsahibələrim belə yaranırdı...
 Zülfüqar Hüseynzadənin  bir  səxsiyyt və peşəkar  media mənsubu kimi  fəaliyyəti və davranışları  daxili məntiqi əlaqəli olub, bir-birini tammalayırdı. O, mahiyyətcə sadə,səmimi və  təbii, təbii olduğu qədər  də həm də  olduğu kimi görünən və göründüyü kimi olan bir insan idi. Bu xüsusiyyətlər ona ətrafdakıların  böyük rəğbətini  yaratmaqla yanaşı, həm də onun ətrafında böyük dost çevrəsi gətirmişdi. Moderator.az on yaşını qeyd edəndə düzənlənən tədbirdə iştirak edənlərin timsalında bu,çox aydın görünürdü.  Bizim münasibətlərimiz də yaradıcı əməkdaşlıq münasibətlərindən  təbii dostluq münasibətinə çevrilmişdi. Bir-birimizə “qardaş” deyə  müraciət edirdik.  
      Zülfüqar Hüseynzadə  vətənpərvər, etibarlı insan, yaxşı dost, səmimi insan olmaqla yanaşı. həm də peşəkar,savadlı,  öz işini yaxşı bilən,imzasını təsdiq etməyi bacaran tanınmış  jurnalist idi.. Zülfüqar Hüseynzadənin  fəaliyyətində Qarabağ mövzusunun, dədə-baba torpaqlarımızın işğalı ilə barışmaz mövqeyinin və ərazilərimizin  düşmən tapdağından mütləq azad olacağı  inamının  hər zaman  prioritet təşkil etməsi və bu əsasda rəhbərlik etdiyi "Moderator.az" saytının  sözügedən yöndə fəaliyyətinin  çox fərqlənməsi  mənim ona rəğbətimi daha da artırırdı.
       "Moderator.az” saytının Azərbaycanın media məkanında özünəməxsus layiqli yeri, dəst-xətti var. Moderator.az” yenə də həmin dəst-xətti  sadiq olaraq cəmiyyət üçün aktual, düşündürücü, ciddi analitik məzmunu ilə  diqqət çəkən mövzulara üstünlük  verməklə,siyasi baxışlarından asılı olmayaraq öz səhifələrində hamıya söz demək  haqqı verməklə öz fəaliyyətini davam etdirir. Moderator.az”-ın yeni rəhbərliyinin Zülfüqar bəyin dostlarına səmimi münasibti də təqdirəlayiqdir.
Zülfüqar Hüseynzadənin xatirəsi bizlərin, onu tanıyanların qəlbində  hər zaman böyük sayğı və sevgi ilə qalacaq".
 
 
Milli Məclisin üzvü Vahid Əhmədov onunla bağlı xatirələrindən danışdı:
“Zülfüqar haqqında ən əziz, doğma sözləri seçsəm belə azdır. O, dövlətini, millətini sevən bir insan olub. Bizim onunla çox görüşlərimiz olub,  hər zaman söhbət əsnasında müharibə ilə bağlı danışardı, doğulduğu yerə çox bağlı  idi. Müharibə ilə bağlı müzakirələrimizdə həmişə “bu müharibə nə zaman başa çataqaq?”, - deyə narahatlığını bildirirdi. Çox istəyirdi ki, gedib öz doğulduğu yerdə yaşasın. Zülüfüqar olduqca fədakar jurnalist, eyi zamanda qorxusuz, demokratik fikirli insan idi.  Onun yazıları xüsusi ilə köşə yazıları hər zaman diqqət mərkəzində olardı. Mən onun yazılarını  hər zaman sevə-sevə oxuyurdum.
Mərhum dostumuz dünyasını dəyişməmişdən iki gün öncə görüşmüşdük. Deyirdi ki, vətənə gedirəm. Getdi və qismət elə gətirdi ki, orada həyatla vidalaşdı. Bəlkə də vətənə, doğulduğu yerə irəli gələn sevgisindən elə Kəlbəcərdə dünyasını dəyişdi. Ürək ağrısından əziyyət çəkirdi, buna qarşı müalicə də alırdı, amma həyatdır, Allah hər kəsə bir ömür payı verir. Mən deyərdim ki, Zülfüqar şərəfli bir ömür yaşadı. O, Azərbaycanın müstəqilliyi dövründə də mübarizə aparan şəxslərdən biri olub. Zülfüqar məqalələrində müstəqillk,  azadlıq uğrunda ciddi işlər görən jurnalist kimi sözünü deməyi bacarmışdı. Elə fəaliyyət göstərdiyi saytda da daha çox yeri hərbi məsələlərə verirdi, bunların hamsını mən izləyirdim, görüşlərimiz olurdu təəssüf hissi ilə qeyd edirəm ki, aramızdan  çox tez getdi. Allah rəhmət eləsin”.
 
 
Milli Məclisin üzvü Arzu Nağıyev mərhumu belə xatırlayıb:
“Zülfüqardan danışarkən onun yazıları, dəst-xətti, hər zaman göz önünə gəlir. Azərbaycan jurnalistkasında öz stili, istiqaməti  olan, eyni zamanda reportajı, öz fikirlərini, ideyalarını ortaya qoymaq bacarığı olan yazar kimi yadaşlarda qalıb.  Əsas məqam odur ki, çox ciddi məsələlərin istər iqtisadi, siyasi,  hərbi və digər müəlumatları onunla təhlil etdikdə bütün istiqamətlərdə yüksək səviyyəli biliklərə sahib olduğu hiss olunurdu. Düşünürəm ki, onun yaratdığı Moderator.az saytı hamı üçün açıq olan bir müstəvi, kütləvi informsasiya vasitəsidir. Zülfüqarla vətən müharibəsi ilə bağlı çox genişmiqyaslı müzakirələrimiz, araşdırmalarımız olub. Vətən onun üçün ən yüksəkdə duran bir amal idi. Hər zaman Kəlbəcər, öz doğulduğu torpaqla bağlı bütün prosesləri izləyir, tezliklə vətənə qayıtmaq eşqi ilə yaşayırdı. Biz Zülfüqarla İctimai Nəzarət şurasının üzvü kimi Bakı Dövlət Universitetində bir yerdə fikirlər səsləndirərək, müzakirələr aparmışıq, eyni zamanda Azərbaycan İqtisad  Universitetində birgə fəaliyyətimiz olub. Yəni Zülfüqarla hər hansı bir məsələni təhlil etmək müəyən nəticələr çıxarmaq xoş idi. O, gözəl ailə başcısı, gözəl dost idi. Ruhu şad olsun.  Allah ailəsinə can sağlığı versin. Zülfüqar aramızda olmasa da onun ruhu bizimlədir. Zülfüqarın yeri istər Azərbaycan mətbuatında, istərsə də dostlar arasında hər zaman görünür. Düşünürəm o, özü olmasada onun fikirləri, ideyaları dostları, övladları üçün örnək olacaq. Bu gün Zülfüqarın anım günüdür, Allah rəhmət eləsin. Biz də onun dostları kimi, ailəsi, övladları ilə bağlı istənilən addımı atmağa hazırıq. Ruhu şad olsun”.
 
 
Milli Məclisin deputatı Zahid Oruc isə bildirib ki, Zülfüqar Hüseynzadə Azərbaycan jurnalistikasının parlaq simalarından, imzalarından biri olub:
 “20 ildən çox dövür keçir ki, onu tanıyırdım və parlamentdə hər zaman sadəliyi, mehribanlığı  insanlığı, yüksək mədəniyyəti ilə fərqlənirdi.
Şəxsi ünsiyyətimizdə mən hər zaman ondan ictimai problemlərə həssaslıq, sadə vətəndaşların qayğıları ilə yaşamaq və onları hər zaman tribunaya gətirməsinə paralel olaraq dövlət və dövlətçilik ənənələrini yüksək tutduğunun şahidi olmuşuq.  Həmişə bizimlə fikirlərini bölüşəndə Kəlbəcər, Murov dağı, işğalda olan torpaqlarımızı bir qırmızı xətt kimi onun gözlərinin önündən keçirdi. Özü böyüklükdə bir vətən idi Zülfüqar Hüseynzadə. Ona görə ki, həqiqətən hər danışığı sözdə, fikirdə, baxışında, qələmə aldığı yüzlərlə məqaləsində, çıxışlarında hansısa bir ictimai tədbirdə mövqeyini bölüşəndə düşmənə qarşı barışmaz və prinsipial mübarizədən bəhs edərdi.
 Zülfüqar Hüseynzadə Qarabağ müharibəsində bütün varlığı ilə illərlə iştirak etmiş simalardan biridir. Bəlkə də rəmzi mənada onun Kəlbəcər  torpağını, azadlığını görəndən sonra elə cismən qovuşması mənəvi və ya qələminin şəhidliyinin ifadəsi olmaqla burada bir ilahi qanuna uyğunluq var idi. Çox istədiyi torpağa qovuşmuş oldu. Müxtəlif məsələləri o,  həyacanla vətəndaş yanğısı ilə qələmə alanda, bir bölgənin  problemini  icdimailəşdirəndə sanki daha çox içində onu yaşadığını, qəlbən qəbul etdiyini görürdüm. 
Zülfüqar Hüseynzadə özünün qısa ömründə o qədər yazdı- yaratdı, böyük işlərə imza atdı. Düşünürəm onun qələm dostları, onu tanıyanlar  deyirlər ki, bu insanın xatirəsi bizim qəlbimizdə hər zaman yaşayacaq. Kəlbəcər torpağında onun büstü qoyulanda, xatirə lövhəsi olanda və on minlərlə insanlar doğma yurd-yuvalarına dönəndə, Kəlbəcər ziyarət olunanda  hər zaman Zülfüqar Hüseynzadə onların sırasında öz şərəfli və parlaq yerini göstərəcək. Fikrimcə, yeni  qələm adamlarının formalaşmasında istedadlı insanların formalaşmasında parlaq bir obraz kimi çıxış edəcək. 
Zülfüqar Hüseynzadə özü Kəlbəcər, Murovdağı uca məqamlı bir insan idi.  Hər insanın bu həyatda gəlib çatdığı yer var. Zülfüqarın ömrü bitsə də qəlbimizdə yaşayacaq. Ruhunu böyük ehtiramla anıram, əminəm ki, Zülfüqar Hüseyinzadə haqqında hər kəs sevgi və sayqı dolu xatirələrlə zəngindir".
 
 
 Milli Məclisin deputatı Azay Quliyev isə bildirib ki, onunla dostluğu uzun müddətdir davam edir: 
“Mənim üçün çox dəyərli və qiymətli şəxsiyyət idi. Mən Zülfüqarı iki istiqamətdə daha yaxından tanıdım QHT-sədri, həmçinin parlament  jurnalisti kimi. Zülfüqar mənim yaddaşımda dövlətini, millətini sevən biri kimi qalıb. Hər hansı bir məsələ haqqında danışanda mənliyini, qürurunu  qoruyaraq çıxış edirdi.  Səmimi olaraq qeyd edim ki, Zülfüqar haqqında ancaq gözəl sözlər deyə bilərəm. Təəssüflər olsun ki, insanlar bir-birinin qədrini  bu dünyadan getdikdən sonra bilirlər və xoş sözlər deməyə çalışırlar, amma inanın bu sözlər onun yox olduğu üçün deyil, o sağlığında bu sözləri qazanmış bir şəxsiyyət idi. Onunla danışanda gözlərindəki nuru, həyata sevgisini, yaşamaq yaratmaq eşqini görmək mümkün idi. Ona görə Zülfüqar Hüseynzadə müsbət insan kimi yaddaşımda qalıb. 
Öz çəkisi olan bir sayt yaratmaq, onu böyük bir auditoriyaya təqdim etmək asan məsələ deyildi. O, jurnalist etikasını, peşəkarlığını heç nəyə qurban verməzdi. Zülfüqar insan kimi də çox gözəl insan idi. O öz dürüstlüyü ilə hər zaman  kütlə və dostlar arasında çox böyük hörmət qazanıb. QHT-ilə bağlı özünün təhşkilatı var idi, ətraflı xatırlamasam da bilirəm ki, bu sahədə də işgüzarlığını nümayiş etdirib.
Bunların ən başlıcası mən onu gözəl qələm sahibi olan jurnalist kimi xatırlayıram. Allah rəhmət elənin, Siz də sağolun ki, Zülfüqar Hüseynzadənin dəsti xəttini, onun yaratdığı, özünəməxsus stili qoruyub saxlayır, eyni ilə davam edirsiniz. Fikrimcə, onun ruhu da belə rahatlıq tapır. Zülfüqardan sonra da onun işi davam edir. Sonda demək istəyirəm ki, insanların dəyərini vaxtında bilmək lazımdır”. 
 
Milli Məclisin üzvü Aqil Məmmədovun sözlərinə görə, Zülfüqar Hüseynzadəni  9 ildir ki, tanıyırmış:
“İlk  görüşümüzdən çox müsbət auralı, səmimi, mehriban insan olduğunu hiss etdim. Zülfüqar istər həyatda, istər peşəsində təmənnasız insan idi. Biz onunla çox tədbirlərdə iştirak etmişik. Samux rayonuda onunla birlikdə şəhid yaslarına gedib, dəfələrə şəhid ailələrini ziyarət etmişik, Heç gözləməzdim ki, onun bu yaradıcılığı media sahəsində həyat fəaliyyəti belə tez başa çatsın. Zülfüqar eyni zamanda işini bilən insan olub, eyni zamanda insanlar arasında xüsusi rəğbət qazanıb. Ömrü belə qısa olsa da, fikrimcə, qocaman ömür yaşayan insanlardan daha çox yaddaşlarda qalıb. Onun ölüm xəbəri sarsıdıcı oldu. Zülfüqarın gedib öz torpağında vəfat etməsi Allahın ona verdiyi bir şans idi. Çünki o torpağını çox sevirdi. Zülfuqarın peşəkarlığı, ədaləti, sözlərlə ifadə edilə bilməz. Hər zaman çalışırdı. Qarabağ müharibəsi dövründə gücünün yetdiyi qətər həqiqətlərini ictimaiyyətin diqqətinə çatdırmağa çalışırdı. Sadə insanların fikirlərinin mediada işıqlandırılması haqqı-ədaləti qorumaq onun əsas prinsipal mövqeyi idi. Zülfüqar haqqında danışanda ancaq xoş xatirələr, insanlıq dolu bir şəxsiyyət yada düşür. Allah rəmət eləsin”.
 
 
 
Millət Məclisin deputatı Fazil Mustafa Zülfüqar Hüseyinzadənin vəfatından sarsıldığını deyjb:
“ Zülfüqar mediyada öz dəsti-xətti ilə seçilən bir insan idi, mən moderator.az saytına ən operativ sayt kimi bir ad qoymuşdum. “Facebook”da bir status paylaşan kimi dərhal moderatır.az-da  işıqlanırdı, diqqət çəkən yazıları peşəkar baxışı ilə diqqətindən yayındırmırdı. Bu onun mediada ortaya qoyduğu çox fərqli bir üslub idi. İstənilən vaxt onunla hər hansı bir məsələ üzrə mübahisə və ya müzakirə insana zövq verirdi. Çünki özünün bir baxışı vardı. Hər mövzuya toxunarkən çalışırdı ki, söhbət əsasında Azərbaycanın maraqlarından kənar heç bir addım olmasın, iradlarını bildirir, sevdiklərini rahatlıqla söyləyə bilirdi. Açıq sözlü, zəngin fikirli olduğu üçün sayt rəhbəri olaraqda özünə məxsus bir üsluba sahib idi. Ona görə də Zülfüqarın xidmətləri bu sahədə kifayət qədər böyükdür. O, həm də bir vətənpərvər öz doğma ocağını həyatı ilə birlikdə yaşadan insan idi. Sanki Kəlbəcəri də özü ilə birlikdə Bakıya gətirmişdi. Zülfüqar doğma kəndinin ruhunu özündə daşıyan mənim tanıdığım çox az obrazlardan biri olub. Vəfatı da sanki öz arzusuna uyğun baş verdi. Elə bil gözləyirdi ki, Qarabağ azad olsun və o vəfat etsin. Cavan yaşda həyatını itirmək, təbii ki, insana çox ağır zərbə vurur. Amma ölümün özündə bir xoşbəxtliyi daşıyan insan idi.  Zülfüqar öz istədiyi yerdə  dünyasını dəyişdi və onun bu vəfatı çox düşündürücüdür. Zülfüqar bəlkədə hər şeydən çox arzulamışdı ki, o torpaqlarda rahat ölsun.
 
Onun Milli Məclisdə faliyyəti, bütün deputatlarla, ümumilikdə insanlarla çox gözəl təmas qurması ürək açan birhal idi. Biz onu hər zaman bele kommunukasiyalı, insansevər biri kimi xatırlayacağıq və unutmayacağıq. Mən Zülfüqar Hüseyinzadəni bir tale adamı hesab edirəm.
 
Tale adamlarında standart həyat olmur, onların həyatlarında özlərindən sonra müzakirə etməyə, müraciət etməyə bir tale qoyub gedirlər. O bu dünyada öz taleyini qoyub getdi. Zülfüqarı xatırladıqca biz o taleyi də  gözdən keçirəcəyik və ona böyük ehtiramımızı əsirgəməyəcəyik”.
 
 
 Xəyalə Rəis 
 Moderator.az 
 
 
 
 
 
 
 
 
Oxşar xəbərlər
22:26, Bu gün
Şahruddin Məhəmmədəliyev Türkiyə klubu ilə vidalaşıb
22:25, Bu gün
ABŞ Hindistanla “Stryker” və “Javelin”in birgə istehsalı ilə bağlı danışıqlar aparır
22:18, Bu gün
Rusiya Fransanın Yeni Kaledoniya ilə bağlı siyasətini kəskin tənqid edib
22:16, Bu gün
Güclü külək Naxçıvanda fəsadlar törədib
22:14, Bu gün
Zaqatalada dəhşətli qəza: 14 yaşlı oğlan xəstəxanada can verdi
22:01, Bu gün
Güclü külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
21:59, Bu gün
Dünya çempionu Sloveniya millisinə 50 dönər göndərdi
21:42, Bu gün
Bakıda küçədə atəş açıldı - Ölən var (VİDEO 18+)
21:37, Bu gün
Azərbaycanın Xalq artisti həyat yoldaşından ayrıldı - FOTO
21:32, Bu gün
Bir vaxtlar yarım milyon insanın yaşadığı qitə kəşf edildi – FOTO
21:29, Bu gün
"Netanyahu regionu fəlakətə sürükləyir" - Ərdoğan
21:25, Bu gün
Lənkəranda güclü külək başlayıb, Lerik rayonu üçün xəbərdarlıq edilib
21:24, Bu gün
"Çalışacağıq ki, parlamentdə yerlərimizin sayını artıraq”
21:14, Bu gün
Qara dəniz çimərliyi tətil edənlərə xoşagəlməz sürpriz etdi: Suya girmək mümkün deyil...
21:12, Bu gün
ABŞ Ukraynanı Rusiyaya ərazi güzəştləri etməyə məcbur etmək niyyətində deyil
21:06, Bu gün
Rusiyada sərnişin qatarının 9 vaqonu relsdən çıxdı: xəsarət alanlar var
20:43, Bu gün
Natiq Qasımovun anası: "Dedim, ay Allah, nə gözəl axşamdır"
20:29, Bu gün
Bu yay beş bürcə uğur və firavanlıq gətirəcək
20:28, Bu gün
Eynşteynin atom bombası haqqında Ruzveltə yazdığı məktub hərraca çıxarılacaq
20:21, Bu gün
Ceyhun Bayramov İtaliya XİN başçısının müavini Edmondo Çirielli ilə görüşüb
20:15, Bu gün
İsrailin müdafiə naziri Baydenin Qəzza planını dəstəklədiyini bildirib
20:11, Bu gün
AVRO-2024: Slovakiya Rumıniyaya qarşı
20:10, Bu gün
AVRO-2024: Belçika Ukraynanı sınağa çəkir
20:09, Bu gün
“Neftçi” loqosunu dəyişdi
20:01, Bu gün
Sabah AB ilə Ukrayna arasında mühüm saziş imzalanacaq
19:55, Bu gün
Yay aylarında zeytun yağından istifadəni artırmaq lazımdır – SƏBƏB
19:49, Bu gün
Sabiq maliyyə naziri: "Bu, Azərbaycanın tam müstəqilliyini bərpa etmək üçün əsas addımlardan biri idi"
19:41, Bu gün
Patiaşvili Azərbaycan ordusunun gücündən danışdı
19:40, Bu gün
“Əlimə süpürgə alıb qapımı süpürərəm, ulduz göydə olur, onlar tərbiyəsizdirlər”-ÖZƏL
19:34, Bu gün
Qısqanclıq zəminində qadını öldürdü, bir nəfəri yaraladı, sonda isə... - Gəncədə hadisə
19:29, Bu gün
Azərbaycan cüdoçularının Avropa çempionatında rəqibləri müəyyənləşib
19:21, Bu gün
Külək "28 May"ı bu hala saldı - FOTO/VİDEO
19:13, Bu gün
Xərçəngin aşkarlanması ilə bağlı YENİLİK
19:08, Bu gün
Həddindən artıq ağrıkəsici qəbulu orqanizmdə nələrə səbəb olur?
19:03, Bu gün
“Azərbaycan Ordusunun zəfəri sadəcə hərbi qələbə deyil, həm də böyük mənəvi üstünlükdür”
18:59, Bu gün
İyulun 1-dən kimlərin pensiyaları artırılacaq?
18:51, Bu gün
Xəzər dənizində qadın batıb
18:48, Bu gün
“YouTube”dan videoları pulsuz necə yükləmək olar? - 7 əsas proqram
18:37, Bu gün
Şahzadə Diananın valideynlərinin evi bu qiymətə satılır - FOTO
18:30, Bu gün
Bakıda tikinti şirkəti 260 ağac məhv etdi - sakinlər AYAĞA QALXDI
18:25, Bu gün
"Qarabağ" bir neçə günə qərar verəcək – Baxışa gələnlə bağlı
18:18, Bu gün
Bu şəhərlə bağlı XƏBƏRDARLIQ: 6,5 bal gücündə zəlzələ...
18:10, Bu gün
Ağcaqanadlara qarşı 5 təsirli XALQ TƏBABƏTİ
18:00, Bu gün
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
17:57, Bu gün
Lerikdə torpaq sürüşməsi baş verdi, Lənkəran - Lerik yolu bağlandı - VİDEO
17:54, Bu gün
Aİ-92 bahalaşır, əvəzində Aİ-95 ucuzlaşır? - Əhmədov
17:50, Bu gün
Kəlbəcərdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətləri ilə bağlı RƏSMİ AÇIQLAMA
17:46, Bu gün
"Sabah"ın loqosu yeniləndi - FOTO
17:40, Bu gün
Hikmət Hacıyevdən Ermənistanın siyasi-hərbi rəhbərliyinə XƏBƏRDARLIQ
17:37, Bu gün
Ağcabədidə ağır qəza: Ölən və xəsarət alanlar var - FOTO
17:33, Bu gün
Kürdə batan iki nəfərin axtarışları davam etdirilir - VİDEO
17:30, Bu gün
“O hakimiyyətin dövründə müstəqilliyimizi ehtiva edən bir sıra tədbirlər həyata keçirildi...”
17:27, Bu gün
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib - FOTOLAR
17:21, Bu gün
İranın ali rəhbəri seçkiyə müdaxilə etdi - VİDEO
17:15, Bu gün
"Mən sizə iki yoldan birini seçmək barədə düşünməyi təklif edirəm" - Ağ Ev nümayəndəsi
17:13, Bu gün
Təcrübəli səyahətçilər BUNLARI DAHA YAXŞI BİLİR- Rahatlıq üçün öncədən....
17:10, Bu gün
“Böyük Qayıdış” Gənclər Təşkilatı Silahlı Qüvvələr Günü ilə bağlı silsilə tədbirlər həyata keçirib - FOTO
17:06, Bu gün
KTMT-nin müdaxiləsi Qafqazı qarışdıra bilər - SENSASİON ŞƏRH
17:00, Bu gün
Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob - VİDEO
16:53, Bu gün
Kiyevdə hoteldə ABŞ səfirliyinin attaşesinin meyiti tapılıb
16:47, Bu gün
Prezident İlham Əliyev xüsusi əməliyyatlarda istifadə olunacaq təyyarənin sükanı arxasında - VİDEO
16:43, Bu gün
Onlara Sarayda konsertə icazə verməyiblər! - FOTO
16:38, Bu gün
Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi təyin edildi
16:34, Bu gün
Azərbaycanda iyulun 1-dən işığın qiyməti qalxacaq? - Tarif Şurasından CAVAB
16:29, Bu gün
Türkiyənin keçmiş xarici işlər naziri vəfat etdi
16:25, Bu gün
İnternat məktəbinin sabiq xanım direktoru vəzifə saxtakarlığı törətdiyi üçün hakim qarşısında
16:21, Bu gün
Gələcək nəsillərə mübarək yol xəritəsi
16:17, Bu gün
Kukla teatrları müqavilə imzaladılar - FOTOLAR
16:10, Bu gün
Anormal istilik bizi gözləyir: gələn həftə üçün yeni proqnoz
16:07, Bu gün
Hakan Fidandan xəbərdarlıq: Dünya savaşının başlayacağı yeri göstərdi
16:03, Bu gün
Biləsuvarda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlandı
15:58, Bu gün
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
15:55, Bu gün
Rusiyada ermənidən dəhşətli intihar: Dostunun arvadı ilə eşq yaşadı, hamilə qoydu və oğlu ilə birgə öldürdü - FOTO/VİDEO
15:54, Bu gün
Qiymətlər ikiqat artacaq: daha 1 mənzil-kommunal xidməti iyulun 1-dən kəskin bahalaşacaq
15:51, Bu gün
Niyə Marsa getmək mümkün deyil? – Alimlər səbəbini açıqladılar
15:47, Bu gün
Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
15:43, Bu gün
Zakir Həsənov italiyalı həmkarı ilə görüşdü - FOTO/VİDEO
15:39, Bu gün
Bakıda 17 yaşlı oğlan qətlə yetirildi - İki nəfər saxlanıldı
15:36, Bu gün
Japarov nişana FHN-in helikopteri ilə gedən qohumuna görə üzr istədi
15:33, Bu gün
İyulun 1-dən bu şüşəli eyvanlara QADAĞA QOYULACAQ
15:30, Bu gün
"Avropa Komissiyasının rəhbəri ikinci müddətə seçiləcək, Orban qəzəblənib" - "Politico" 
15:25, Bu gün
Ceyhun Bayramov Gürcüstana səfər edəcək
15:20, Bu gün
Benzinin qiyməti bu halda bahalaşacaq, dizel isə... - İqtisadçı açıqladı
15:15, Bu gün
"Zirə" və "Şerif" arasında keçiriləcək cavab matçının da hakimləri bəlli oldu
15:10, Bu gün
NATO-nun qərargahında Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib
15:07, Bu gün
“Dizellə işləyən avtomobillərə son qoyulsun, şəhərə girişi qadağan edilsin”-ekoloqdan ÇAĞIRIŞ-FOTO
15:06, Bu gün
46 yaşlı kişi dənizdə batıb
15:05, Bu gün
Cahit Bağçı Azərbaycan xalqını təbrik etdi - FOTO
15:00, Bu gün
Mahaçqala su altında qaldı - VİDEO
14:55, Bu gün
Riki Martin Bakıda ilk dəfə konsert verəcək
14:50, Bu gün
Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması haqqında danışıqlar başlayıb
14:43, Bu gün
Yaponiya tarixində bir ilk: Elektrik çamadanının "sürücüsü" həbs edildi - VİDEO
14:38, Bu gün
Təhsilimizin “üz qarası” kimi statistika
14:33, Bu gün
Əhaliyə sarı və narıncı XƏBƏRDARLIQLA bağlı SON DƏQİQƏ açıqlaması
14:28, Bu gün
Nəqliyyat vasitələri nasaz, sərnişinlər narazı: Avtobuslar nə vaxt yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO
14:23, Bu gün
Amerika Kuboku: B qrupunda ikinci tur həyəcanı
14:18, Bu gün
Çimnaz çılpaq şəkillərini bu qiymətə satışa çıxardı - FOTO
14:14, Bu gün
Qəzəbli Stalinə cavab verməkdən çəkinməyən general – o, bir il ərzində özünü doğrultmağı bacarıb...  
14:09, Bu gün
Yaşar Nurinin qızının geyimi gündəm oldu - VİDEO
14:05, Bu gün
Daşaltıda yabanı halda bitən çətənə bitkiləri məhv edilib
GÜNLÜK
09:07, Bu gün
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
10:00, Bu gün
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
25 Jun 2024 | 22:54
Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi
25 Jun 2024 | 23:20
Həlak olan polis serjantının atası: "Xəstəxanada mühafizədən oğlumu soruşdum, morqu göstərdi"
25 Jun 2024 | 22:34
Zakir Həsənov: "Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar"
25 Jun 2024 | 22:52
AVRO-2024: Niderland - Avstriya oyununun ən yaxşı futbolçusu bəlli olub
25 Jun 2024 | 23:18
ABŞ Dövlət Departamenti Rusiya və Belarusu insan alverinin sponsor dövlətləri siyahısına salıb
25 Jun 2024 | 23:22
Natiq Qasımovun qardaşı: "Ali Baş Komandana təşəkkür edirəm"
00:14, Bu gün
Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib
00:12, Bu gün
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur
HƏFTƏLİK
23 Jun 2024 | 10:49
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
22 Jun 2024 | 09:13
Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI - VİDEO
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
24 Jun 2024 | 09:16
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
20 Jun 2024 | 11:53
Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği AÇIQLANDI- Bir trilyon dollar
09:07, Bu gün
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
23 Jun 2024 | 16:05
Pensiya ilə bağlı XƏBƏR VAR!
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
20 Jun 2024 | 17:18
“Allah mənə övladımın olduğu günü göstərməsin”
AYLIQ
09:07, Bu gün
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
10:00, Bu gün
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
25 Jun 2024 | 22:54
Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi
25 Jun 2024 | 23:20
Həlak olan polis serjantının atası: "Xəstəxanada mühafizədən oğlumu soruşdum, morqu göstərdi"
25 Jun 2024 | 22:34
Zakir Həsənov: "Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar"
25 Jun 2024 | 22:52
AVRO-2024: Niderland - Avstriya oyununun ən yaxşı futbolçusu bəlli olub
25 Jun 2024 | 23:18
ABŞ Dövlət Departamenti Rusiya və Belarusu insan alverinin sponsor dövlətləri siyahısına salıb
25 Jun 2024 | 23:22
Natiq Qasımovun qardaşı: "Ali Baş Komandana təşəkkür edirəm"
00:14, Bu gün
Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib
00:12, Bu gün
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur