Nurəddin Mehdixanlı: “Erməni vandalizmi, erməni vəhşiliyi sonsuza qədər beynəlxalq aləmdə ifşa edilməlidir”
“Xalqımıza qarşı törədilən erməni vandalizmini, erməni vəhşiliyini beynəlxalq aləmdə sonsuza qədər ifşa ermək, ermənilərin əsl simasını ortaya çıxarmaq bizim şəhdilərimiz qarşısındakı borcumuzdur və biz bu borcu ödəməliyik”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib. Xalq artisti qeyd edib ki, insanlıq tarixinin ən qorxunc cinayətləri ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilib:
“Əminliklə deyə bilərik ki, insanlıq tarixinin ən böyük, ən qorxunc, ən dəhşətli cinayətləri ermənilər tərəfindən xalqımıza qarşı törədilib. Qarabağın hər bir yaşayış məntəqəsində, hər bir kəndində, hər bir şəhərində xalqımıza qarşı dəhşətli cinayətlər, soyqırımları törədilib. Heç nə bu cinayətləri bizə unutdura bilməz. Biz hər zaman - əsrlər bundan sonra belə bu cinayətlər haqqında bəşəriyyəti məlumatlandırmalı, erməni vəhşiliklərini ifşa etməkdə davam etməliyik. Bu, bizim mənəvi borcumuzdur və biz bu borca sonsuza qədər sadiq qalmalıyıq”.
Seymur ƏLİYEV