“Rusiya 9 may tarixinə qədər Ukrayna müharibəsinin taleyini həll etməyə, ən azından, daha böyük uğurlar əldə etməyə çalışacaq. Buna səbəb faşizm üzərində qələbənin ildönümü günündə öyünüləcək miqyasda uğura nail olmaq, müharibədə yaşanan itkilərin əbəs olmadığına ictimaiyyəti inandırmaqdır”.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat verib. Məlumata görə, cari ilin 9 may tarixinə qədər Rusiyanın hücumlarını intensivləşdirəcək daha bir amil, Ukraynaya hərbi yardımın azalması, silah-sursat çatışmazlığının hiss edilməsidir.
Ekspertlər hesab edir ki, Rusiya Ukrayna ordusuna Qərbin, xüsusilə də ABŞ-ın növbəti yardımı gələcənə qədər daha çox zərbə vurmağa çalışacaq. Çünki Rusiya hərbi rəhbərliyi də yaxşı bilir ki, ABŞ-ın irimiqyaslı yardımları fonunda Ukrayna ordusunun müqavimət imkanları genişlənəcək ki, belə olan halda rus ordusunun irəliləməsi daha müşkül olacaq.
Bir sözlə, görünən odur ki, Ukrayna ordusunu 9 may tarixinə qədər daha çətin günlər gözləyir.
Seymur ƏLİYEV