“Ermənistan müharibə və işğal dönəmində xalqımızla yanaşı, həm də onun tarixini, mədəniyyətini, dinini, dini abidələrini hədəf alıb, ölkəmizə qarşı dini-mədəni müstəvidə ağır cinayətlər törədib. Məcidlərimiz dağıdılıb, dini abidələrimiz məhv edilib”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili, akademik Nizami Cəfərov bildiirb. Akademik qeyd edib ki, ermənilərdən fərqli olaraq, Azərbaycan hər zaman yalnız İslam abidələrini deyil, qeyri-İslam abidələrini də qoruyub, onlara qayğı ilə yanaşıb:
“Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman, tarixin bütün dönəmlərində yalnız İslam abidələrinə deyil, xristian və digər dinlərə məxsus abidələrə də ehtiram və qayğı ilə yanaşıb, onları qoruyub, gələcək nəsillərə çatdırıb. Bu baxımdan Şuşa şəhəri xüsusilə diqqət çəkir. Şuşada məscidlərlə yanaşı, kilsə də mövcud olub ki, xalqımız məscidlər kimi, onu da qoruyub, fərqli inanclara hörmətlə yanaşıb. Müxtəlif dinlərə olan bu münasibət xalqımızın tolerantlığından, mənəvi-mədəni zənginliyindən irəli gəlib. Bir tək Şuşa nümunəsi kifayətdir ki, dünya Azərbaycanla Ermənistan arasında fərqi görsün, bu fərqin nə qədər böyük və nəhayətsiz olduğuna şahid olsun!”
Seymur ƏLİYEV