“İranın etdiyinin yalnız bir adı var – xəyanət!”
Ekskluziv
2745
09 Apr 2024 | 17:15

“İranın etdiyinin yalnız bir adı var – xəyanət!”

Son günlər İrandan Ermənistana mütəmadi təyyarə reyslərinin həyata keçirildiyi, bu təyyarələrdə silah-sursatın daşınması ilə bağlı narahatverici məlumatlar yayılmaqdadır.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev İranın bu addımını xəyanət kimi dəyərləndirib:

 

“İran bir müsəlman və qonşu dövlət kimi öz qonşusuna xəyanət edir.

 

İkincisi, İran başa düşməlidir ki, onu 1450 ildir ki, bir dövlət kimi ayaqda Azərbaycan türkləri saxlayıb. Bu gün də İran dövlətinə Azərbaycan türkü rəhbərlik edir.

 

Üçüncüsü, İranın oynadığı bu oyunlar ona başucalığı gətirmir, onun öz nüfuzuna zərbə vurur.

 

Dördüncü , İran üzdə Amerikanı söyür, reallıqda isə Vaşinqtonun Qafqaz layihəsini həyata keçirir. Beşincisi, İran Rusiyaya xəyanət edir. İran Rusiyanın ortağıdır. Ermənistanı silahlandırmaq isə Fransanın layihəsidir və İran bu layihədə iştirak edir.

 

İranın Ermənistanı silahlandırması təbii ki, yolverilməzdir və xoş mərama xidmət etmir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər