Yer kürəsi maqnit qasırğalarından öncə vahiməli sükuta qərq olub
3559
30 Mar 2024 | 22:53

Yer kürəsi maqnit qasırğalarından öncə vahiməli sükuta qərq olub

"Aprel ayında Günəşdə X-sinfindən olan ən güclü partlayış istisna edilmir..."
 
"Maqnit qasırğaları zamanı ürək-damar xəstəlikləri olan insanlar xüsusi risk zonasında olacaq..."
 
Alimlər qarşıdakı hadisələrin təhlükəsini izah edib
 
Günəş hazırda enerjinin toplanılması fazasındadır, bu zaman maqnit qasırğaları müvəqqəti olaraq Yer kürəsinə təhlükə törətmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "inosmi.ru" nəşri yazıb.
 
Məlumatda deyilir ki, alimlər toplanan plazmanın fəal şəkildə hərəkət təzahürlərini görür, bunlar da aprelin 3-də K-index gücü ilə üzə çıxacaq. Bu, yalnız ilk və ən güclü olmayan hücum olacaq.
 
Təəssüf ki, sonradan daha güclü partlayışlar baş verəcək, çünki artıq Günəş enerjisi özünə çıxış tapmalıdır. Bütün toplanan güc dördüncü təqvim ayında özünü büruzə verə bilər. 
 
Mütəxəssislər hələlik partlayışın miqyasını anlamır, lakin boşluğa yol verməməyə çağırış edib.
 
Üstəlik, belə partlayışlar Günəşin qadir olduğu X-sinfindən olan ən güclü partlayışa gətirib çıxara bilər.
 
Maqnit qasırğaları maqnit sahəsinin tətbiqi ilə bağlı olan texnikanın, peyk rabitəsinin və digər sistemlərin işinə təsir göstərə bilər.
 
Maqnit qasırğalarına həssas olan insanlar neqativ nəticələri minimuma endirmək üçün ehtiyatlı olmalı və müvafiq tədbirlər görməlidir.
 
Artıq yükdən çəkinməli və çoxlu su içmək lazımdır. Ürək-damar xəstəlikləri və ya yüksək arterial təzyiqi olan insanlar xüsusi risk zonasındadır, çünki maqnit qasırğaları damarların daralması və genişlənməsini idarəolunmaz edə bilər.
 
Maqnit qasırğaları ilə bağlı meteoasılılıq əlamətlərinə miqren, baş ağrıları, əzələ ağrısı, apatiya və ümumi zəiflik daxildir.
 
Maqnit qasırğalarının müəyyən riskə malik olması və bəzi narahatlıq yaratmasına rəğmən, onlar həm də qütb parıltısına gətirib çıxarır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər