Bizi sosial şəbəkələrdən izləyin:
“Təşəkkür edirəm ki, doğum günümdə zəng edib, məni yada salmısınız. 74 yaşım tamam olur. Sözün düzü çoxdandır məni Azərbaycandan yada salan yoxdur. Zənginiz mənə sürpriz oldu. Ad günümü təbrik etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Mənim üçün bu bütün hədiyyələrdən önəmlidir. Ümumiyyətlə hər zaman maddi yox, mənəvi hədiyyələrə, diqqətə önəm verirəm. Bu insanın yaddaşında əbədi qalır. Bu bir diqqətdir, qayğıdır, sevgidir. Məni unutmadığınız, yad etdiyiniz üçün sizə minnətdaram”
Bunu Moderator.az-a özəl açıqlamasında “Qaynana” filminin Afəti, Rusiyanın məşhur kino və teatr aktrisası İnarə Quliyeva deyib. O daha sonra əlavə edib.
“Düşünürəm ki, məni Azərbaycanda, vətəndə artıq heç kəs tanımır, xatırlamır. Yəqin ki, artıq yaddan çıxmışam. Özüm yaddan çıxsam da, Afət obrazım inanmıram ki, unudulsun. Bakını, Azərbaycan xalqını çox sevirəm. Bakını xatirələrimdə yaşadıram. Həmişə xatırlayanda üzüm gülür. O illər heç vaxt yaddan çıxmır. Dostlarımı da xatırlayıram. İndi sizinlə danışıram o illər gözümün önünə gəlir. Qaynar çəkilişlər, yuxusuz gecələr, sənətkarlar və s. Xatirələrimi oyatdınız.. Bağışlayın, evdə qonaqlarım var, çox danışa bilməyəcəm” deyə aktrisa bildirib.
Qeyd edək ki, bu İnarə Quliyevanın uzun illər sonra Azərbaycan mediasına ilk açıqlamasıdır.