"Kərbəla faciəsini xatırlayarkən belə əməllər etmək bəlkə də riyakarlıqdan irəli gəlir..."
Ekskluziv
Oxunub: 1919
20 Aug 2023 | 09:13
“Hər bir kəs zaman və məkan fərqi olmadan bu hadisəni və digərlərini xatırlayarkən təbii ki, kədərlənə bilər. Lakin hər ilin eyni gününü matəm edib ağlaşma, zəncir vurma, baş yarma və qan tökmə məclisləri qurub mərsiyələr deyərək yalan-gerçəkdən olan ağlaşmaları isə nə Peyğəmbərimiz (ona salam olsun), nə də onun mübarək Əhli-Beyti etməmişdir...”
 
Kərbəlada nə baş verdi?.. İmam Hüseyn faciəsi...-GENİŞ ARAŞDIRMA- I hissə
 
 
✅ Taff döyüşü (H. 61 / M. 680)
 
İmam Hüseyn və yanındakı bir ovuc insan – böyük bir qoşunun qarşısında..
 
➖ İmam Hüseyn (Allah ondan razı olsun)  Ubeydullah ibn Ziyada əsir düşmək istəmədiyi üçün Cümə gününün səhəri iki tərəf arasında döyüş başlayır. Əlbəttə ki, İmam Hüseynin (Allah ondan razı olsun) ordusunun sayı zalım dəstənin ordusunun sayı yanında müqayisə olunacaq belə deyildi. Ona görə də çox az və vəfalı olan bu dəstənin hədəfi yalnız İmam Hüseynin (Allah ondan razı olsun) qarşısında ölmək idi. Nəhayət, ölümdən qorxmayaraq İmam Hüseynin (Allah ondan razı olsun) qarşısında sinələrini qabağa atan bu igidlər bir-birinin ardınca dünyalarını dəyişirlər. Beləliklə, yalnız İmam Hüseyn (Allah ondan razı olsun) qalır. Oğlu Əli (Allah ondan razı olsun) (Zeynəl-Abidin) xəstə olduğu üçün döyüşə qoşulmayaraq çadırda qalmışdı. İmam Hüseynə (Allah ondan razı olsun) uzun müddət heç bir kəs yaxınlaşaraq hücuma keçmir və hücum edən də onu öldürərək özünü bəlaya atmaq istəmədiyi üçün geri çəkilir. Döyüş bu minvalda davam edərkən Şimr ibn zil-Covşən gələrək insanları səsləyir və deyir: “Vay olsun sizə! Analarınız itirsin sizi! Onu mühasirəyə alın və öldürün!” Onlar da gələrək İmam Hüseyni (Allah ondan razı olsun) əhatəyə alırlar. Şəhidlikdən qorxmayan İmam Hüseyn (Allah ondan razı olsun) çox igidcəsinə qılıncı ilə onların aralarına girərək bir neçəsini öldürür. Lakin buna baxmayaraq çoxluq şücaətə qələbə çalar. Yenə də Şimr “vay olsun sizə! Nə gözləyirsiz?! İrəliləyin!” deyir və irəliləyərək İmam Hüseyni (Allah ondan razı olsun) şəhid edirlər. İmam Hüseynin (Allah ondan razı olsun) o mübarək başını kəsən Sinən ibn Ənəs ən-Nəxai, yaxud da elə Şimr ibn zil-Covşənin özü olduğu deyilmişdir. Çox qəribədir ki, əvvəllər Şimr İmam Əlinin (Allah ondan razı olsun) dəstəsində olaraq imamın tərəfdarı iddiasında idi, bu gün isə onun oğlu olan Hüseynin (Allah ondan razı olsun) başını kəsir. Allah onların üzünü qara etsin… Necə də Peyğəmbər nəvəsini, Əli (Allah ondan razı olsun) və Fatimənin (Allah ondan razı olsun) balasını və Cənnət cavanlarının ağasını öldürməyə əlləri gəldi?! İmam Hüseyn (Allah ondan razı olsun) şəhid edildikdən sonra mübarək və məsum başı Kufədə olan və İmam Hüseynin (Allah ondan razı olsun) qətlinə qol çəkərək müsəlmanlar tərəfindən qarğış və lənətlər qazanan Ubeydullah ibn Ziyadın yanına aparılır. O, lağ ilə əlindəki çubuğu Hüseynin (Allah ondan razı olsun) ağzına toxundurur. Bu zaman çox yaşlı səhabələrdən və Peyğəmbərinﷺ xidmətçilərindən olan Ənəs ibn Malik (Allah ondan razı olsun) qocalığına baxmayaraq ayağa durur və deyir: “And olsun Allaha səni pis hala salacağam! Mən Peyğəmbərin sənin çubuğu ağzına qoyduğun yerdən öpdüyünü görmüşəm”.
 
 
İmam Hüseynlə (Allah ondan razı olsun) bərabər əhli-beytdən öldürülənlər...
 
➖ İmam Əli (Allah ondan razı olsun) özündən əvvəlki xəlifələri sevdiyinə görə onlara beyət etmiş, onların həmişə sadiq məsləhətçisi olmuş, doğmaca Fatimədən (Allah ondan razı olsun) olan qızı ilə evləndirmiş və bunlarla kifayətlənməyərək hətta öz övladlarına belə onların adlarını qoymuşdur. Həmin xəlifələrin adlarını daşıyan Əhli-Beyt övladları da İmam Hüseynlə (Allah ondan razı olsun) birgə Kərbəlada igidcəsinə döyüşərək qətlə yetirilmişdirlər. Lakin çox qəribədir ki, bir çoxları minbərlərdə Kərbəla hadisəsini danışarkən bəzi batil səbəblərə görə o mübarək adları qeyd etməyərək, hətta gizlətməyə belə çalışırlar. Mənə elə gəlir ki, həmin adları mənbələri ilə qeyd etmək oxucular üçün də maraqlı olardı.
 
Hicri təqvimilə 5-ci əsrin imami alimlərindən olan Şeyx Mufid “Hüseyn bin Əli (Allah ondan razı olsun) ilə Kərbəlada Əhli-Beytindən öldürülənlərin adları” adlı fəsil açaraq demişdir: “Onlar on yeddi şəxsdirlər. Hüseyn bin Əli (Allah ondan razı olsun) isə onların on səkkizincisidir. Abbas, Abdullah, Cəfər, və Osman. Bunlar Əmirəl-Mumuninin (Əlinin) (Allah ondan razı olsun) övladlarıdırlar. Anaları isə Ummul-Bənindir. Abdullah və Əbu Bəkr də Əmirəl-Mumininin (Allah ondan razı olsun) övladlarıdır. Anaları isə Leyla bint Məsud əs-Səqafiyyədir. Əli və Abdullah da Hüseyn ibn Əlinin (Allah ondan razı olsun) övladlarıdır. Qasim, Əbu Bəkr və Abdullah Həsən ibn Əlinin (Allah ondan razı olsun) övladlarıdır. Muhəmməd və Ovn isə Abdullah ibn Cəfər ibn Əbi Talibin (Allah ondan razı olsun) övladlarıdır. Abdullah, Cəfər və Abdur-Rahmən isə Aqil ibn Əbi Talibin övladlarıdır. (On yeddinci isə) Muhəmməd ibn Əbi Səid ibn Aqil ibn Əbi Talibdir (Allah ondan razı olsun)”. (Mufid, “əl-İrşad” səh. 125).
 
 Oxuduğumuz kimi, Şeyx Mufidin təsdiqi ilə İmam Əli (Allah ondan razı olsun) müxtəlif qadınlarından olan iki oğluna Əbu Bəkr, bir oğluna isə Osman adını qoymuşdur. Həmçinin İmam Həsən (Allah ondan razı olsun) də bir oğlunun adını Əbu Bəkr qoymuşdur. Hətta digər alimlər İmam Əlinin (Allah ondan razı olsun) Kərbəlada öldürülmüş övladlarından birinin də Ömər olduğunu deyirlər. Bunu İbn Şəhr Aşub (ö.h. 588), “Mənəqibu Əli Əbi Talib” 3/255 İbn Əbil-Fəth əl-İrbilli (ö.h. 693), “Kəşful-Ğummə” 2/271, Seyyid Əli Xan əl-Mədəni (ö.h. 1120), “əd-Dərəcətur-Rafia” səh. 561, və digərləri öz kitablarında təsdiqləmişdirlər. Digər imamlar da öz övladlarına Əbu Bəkr, Ömər və Osman adlarını qoymuşdurlar. Lakin mən burada yalnız Kərbəlada qətl edilənləri qeyd etdim.
 
 ✅ İmam Hüseynin (Allah ondan razı olsun) ölümünə sevinən varmı?..
 
➖ Əhməd b. Teymiyyə (Allah ona rəhmət etsin) (ö.h. 728) İmam Hüseyni (Allah ondan razı olsun) öldürən lənətə gəlmişlər barəsində demişdir: “Hüseyni (Allah ondan razı olsun) öldürənə, öldürülməsinə kömək edənə və öldürülməsinə razı olana Allahın mələklərin və bütün insanların lənəti olsun…” (Məcmuul-Fətəva, 4/488).
 
Digər bir kitabında alim demişdir: “Şübhə yoxdur ki, Hüseyni (Allah ondan razı olsun) öldürmək günahların ən böyüklərindəndir. Onu öldürən, ölümünə razı olan və kömək edən Allahın cəzasına layiqdir” (Minhəcus-Sunnətin-Nəbəviyyə” 4/337).
 
O, həmçinin demişdir: “Allah Hüseyndən razı olsun, onu öldürənə isə lənət etsin. O, məzlum və şəhid olaraq (Yəzidin) xilafətində öldürülüb” (“Minhəcus-Sunnətin-Nəbəviyyə” 8/95).
 
 “Artıq Allah-Təala Hüseynə (Allah ondan razı olsun) şəhidlik nəsib etmiş, onu öldürəni, öldürməyə kömək edəni və öldürülməsinə razı olanı isə alçaltmışdır. Hüseyn (Allah ondan razı olsun) üçün özündən əvvəl olan şəhidlərdə gözəl nümunə vardır. Həqiqətən o, və qardaşı (Həsən (Allah ondan razı olsun)) Cənnət cavanlarının ağasıdırlar. Onların ikisi də İslamın ən güclü vaxtlarında yaşadıqları üçün Əhli-Beytin nail olduğu kimi nə hicrətə, nə cihada və nə də Allah yolunda əziyyətə səbir etməyə nail olmadıqlarına görə Allah-Təala da onlara olan nemətini tamamlaması və dərəcələrini qaldırması üçün şəhidliyi ikram etmişdir. Həqiqətən də onun öldürülməsi böyük müsibətdir. Allah-Təala müsibət anında bizim üçün bu sözü ilə istircanı öyrədərək buyurmuşdur: 
 
“Səbir edənlərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona da qayıdacağıq deyərlər”. Onlara Rəbbi tərəfindən bağışlanmaq və rəhmət vardır. Onlar doğru yolda olanlardır” (“Bəqərə” surəsi, 156-157-ci ayələr) (Məcmuul-Fətəva, 4/511).
 
 Məşhur təfsir alimi İbn Kəsir (Allah ondan razı olsun) (ö.h. 774) demişdir: “İmam Hüseynin (Allah ondan razı olsun) ölümü hər bir müsəlmanı kədərləndirməlidir. O, müsəlmanların ağalarından, səhabələrin alimlərindən və Rəsulullahın (ona və ailəsinə salam olsun) qızlarının ən üstünü olan Fatimənin (Allah ondan razı olsun) oğlu idi. Çox ibadət edən, şücaətli və əliaçıq olmuşdur. Lakin bəzi insanların etdiyi (ağlaşma, zəncir vurma və s. kimi) əməllər bəyənilən deyildir. Ola bilsin ki, o əməllərin çoxu özünü göstərmək və riyakarlıqdan da irəli gəlir… belə müsibətləri xatırlayan zaman deyiləsi ən gözəl söz Əli ibn Hüseynin (Allah ondan razı olsun) (Zeynəl-Abidin) babası Rəsulullahdan rəvayət etdiyi hədisdir. O buyurmuşdur: 
 
“Müsəlmanın başına bir müsibət gələrsə və üstündən çox keçsə belə, o müsibətini xatırlayar və “innə lilləhi va innə ileyhi raciun – biz Allahınıq və Ona da qayıdacağıq” deyərsə, Allah-Təala ona başına gələn müsibət anında verdiyi savabın mislini mütləq verər” (Əhməd 1751, İbn Macə 1598)” (İbn Kəsir, “əl-Bidəyə” 8/221)
 
➖ Bəli, əlbəttə ki, böyük şəxsiyyət olan İmam Hüseynin (Allah ondan razı olsun) öldürülməsi hər bir müsəlmana hər bir insanlıq hissi duyana ağır bir müsibətdir. Necə də müsibət olmasın ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) kimi babanın, Əli (Allah ondan razı olsun) kimi atanın və Fatimə (Allah ondan razı olsun) kimi ananın nəvazişində böyümüş Hüseyn (Allah ondan razı olsun) biz müsəlmanlara da doğma və sevimli sayılır. Kərbəla hadisəsini xatırlayanda gözümüzdən öncə qəlbimiz ağlayır. Əhli-Beytin başına gətirilən bu faciəli müsibəti eşidəndə, yaxud danışanda göz yaşları insandan ixtiyarsız tökülməyə başlayır._
 
* Hər bir kəs zaman və məkan fərqi olmadan bu hadisəni və digərlərini xatırlayarkən təbii ki, kədərlənə bilər. Lakin hər ilin eyni gününü matəm edib ağlaşma, zəncir vurma, baş yarma və qan tökmə məclisləri qurub mərsiyələr deyərək yalan-gerçəkdən olan ağlaşmaları isə nə Peyğəmbərimiz (ona salam olsun), nə də onun mübarək Əhli-Beyti etməmişdir.
 
Hz. Həmzə Şəvval ayında Uhud döyüşündə ağır şəkildə şəhid edildi. Peyğəmbərimizə dayaq olan, canı, Əhli-Beyt’dən olan (!), üstün fəzilətli (!), çox sevdiyi əmisi olan Həmzə.. Amma O (ona salam olsun), sonralar Şəvval orucunu dayandırmadı, hər il əzadarlıq etməyə, habelə bunun (Həmzə üçün əzadarlığın) – orucdan daha fəzilətli olduğunu demədi və ‘bu ayda oruc tutanlar Həmzəni sevmirlər’ – də demədi.. 
 
İmam Hüseyni kim qətlə yetirmişdir? Qətl əmrini kim vermişdir?.. 
 
Bu sualın cavabı: növbəti yazımızda…
 
(Davamı var)
 
Qeyd:
 Bu yazı, www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır. Məqalədə Dr. Osman Xamisin “Tarixi Hadisələrin Təhlili” kitabından geniş şəkildə istifadə olunmuşdur. “Tarixi Hadisələrin Təhlili” kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.
 
İslamevi.az
 
Oxşar xəbərlər
07:30, Bu gün
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
07:04, Bu gün
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
01 Oct 2024 | 19:00
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
01 Oct 2024 | 18:50
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
01 Oct 2024 | 18:43
Qəhvəyə protein tozu əlavə etmək olar?
01 Oct 2024 | 18:38
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
01 Oct 2024 | 18:37
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
01 Oct 2024 | 18:33
Sabah Bakınının bu ərazilərində su olmayacaq
01 Oct 2024 | 18:28
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
01 Oct 2024 | 18:23
İsrail Beyruta yenidən zərbə endirdi
01 Oct 2024 | 18:20
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
01 Oct 2024 | 18:18
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
01 Oct 2024 | 18:14
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
01 Oct 2024 | 18:13
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
01 Oct 2024 | 18:12
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
01 Oct 2024 | 18:05
Azərbaycan Stoltenberqə təşəkkür etdi
01 Oct 2024 | 18:02
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
01 Oct 2024 | 18:00
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
01 Oct 2024 | 17:31
16 otaqlı ev kül oldu
01 Oct 2024 | 17:28
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
01 Oct 2024 | 17:15
Rusiya Xersondakı bazara zərbələr endirib, çoxsaylı həlak olan və yaralananlar var
01 Oct 2024 | 17:10
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğan
01 Oct 2024 | 16:58
Şolts Putinlə danışmağı planlaşdırır
01 Oct 2024 | 16:56
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..."-Katolikosun Vatikandakı nümayəndəsi
01 Oct 2024 | 16:44
Hizbullah "Mossad" qərargahını vurduğunu iddia edir
01 Oct 2024 | 16:43
Paşinyan: "Ermənistan nəqliyyat yolları üzərində suverenliyindən imtina etməyib"
01 Oct 2024 | 16:28
Falçı qiymətləri İKİQAT ARTDI: IT şirkətləri sayəsində...
01 Oct 2024 | 16:22
Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH
01 Oct 2024 | 16:16
BQXK əməkdaşları separatçılara baş çəkdi
01 Oct 2024 | 16:11
"Bayden də,Tramp da Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verəcək"  - Kurt Volker
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 16:04
Qərbi Azərbaycana qayıdış: "Ümidlərimiz daha da artır" - Deputat
01 Oct 2024 | 16:00
“Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun” - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO
01 Oct 2024 | 15:53
Bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERİLDİ - Gələn ildən...
01 Oct 2024 | 15:47
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - VİDEO
01 Oct 2024 | 15:38
"Ukrayna suveren ölkədir və onun bizim icazəmizə ehtiyacı yoxdur" - Metyu Miller
01 Oct 2024 | 15:32
Milli Məclis komitələrinin tərkibi bəlli oldu
GÜNLÜK
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
01 Oct 2024 | 08:30
İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın ofisini ziyarət etdi...-FOTO
01 Oct 2024 | 09:09
WhatsApp-a yeni funksiya gəlir: “Mesajı unutdum” bəhanəsi bitəcək!
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 10:15
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Gələn ildən bu qadağalar olacaq
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 10:09
Hərbi xidmət yaşı dəyişdirilir? - AÇIQLAMA
01 Oct 2024 | 08:21
Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz - VİDEO
01 Oct 2024 | 08:52
Nokia telefonlarının satışı dayandırıldı - Yeni adı belə olacaq
01 Oct 2024 | 09:43
Nazir rektorun oğluna yeni vəzifə verdi (FOTO)
01 Oct 2024 | 08:30
İran prezidenti Məsud Pezeşkian “Hizbullah”ın ofisini ziyarət etdi...-FOTO
01 Oct 2024 | 09:09
WhatsApp-a yeni funksiya gəlir: “Mesajı unutdum” bəhanəsi bitəcək!
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 10:15
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Gələn ildən bu qadağalar olacaq
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?