Kərbəlada nə baş verdi?.. İmam Hüseyn faciəsi...-GENİŞ ARAŞDIRMA- I hissə
Ekskluziv
Oxunub: 1888
19 Aug 2023 | 05:49
Kərbəlada nə baş verdi?.. İmam Hüseyn faciəsi...-GENİŞ ARAŞDIRMA- I hissə
 
Səhabələr Hz. Hüseynin (Allah ondan razı olsun) İraqa getməsinə qarşı çıxır.
 
➖ Səhabələrdən və qeyri-səhabələrdən olan bir çoxları Hüseyni (Allah ondan razı olsun) İraqa getməkdən çəkindirirdilər. Onlardan Abdullah ibn Ömər ibn Xəttabı (Allah ondan razı olsun), Abdullah ibn Abbası (Allah ondan razı olsun), Abdullah ibn Amr ibn Ası (Allah ondan razı olsun), Əbu Səid əl-Xudrini (Allah ondan razı olsun), Abdullah ibn Zubeyri (Allah ondan razı olsun) və Hüseynin (Allah ondan razı olsun) qardaşı olan Muhəmməd ibn Hənəfiyyəni (Allah ondan razı olsun) misal gətirmək olar.
 
 Onlardan bəzilərinin sözləri:
 
1-Abdullah ibn Ömər:
 
 Şabi deyir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) Məkkədə olarkən Hüseynin (Allah ondan razı olsun) İraqa yollanması xəbərini eşidir. O, da üç günlük yol gedərək Hüseynə (Allah ondan razı olsun) çatır və deyir: “Hara gedirsən?” O, “İraqa” deyir və ona İraqdan gələn məktubları göstərərək onların ona kömək edəcəklərini və beyət etdiklərini deyir. İbn Ömər etiraz bildirərək onu getməkdən çəkindirir. Lakin, Hüseynin (Allah ondan razı olsun) getməkdə israrlı olduğunu gördükdən sonra onu qucaqlayaraq ağlayır və deyir: “Səni ölümdən Allaha əmanət buraxıram”.
 
 2-Abdullah ibn Abbas:
 
İbn Abbas (Allah ondan razı olsun) əmisi nəvəsi olan Hüseynin (Allah ondan razı olsun) ora getməsinin onun üçün təhlükəli olduğunu bildiyinə görə bu rəydən çəkinməsinə çox çalışsa da bacarmır və sonda deyir: “Əgər insanlar məni və səni qınamasaydılar, barmaqlarımı saçlarına keçirdib səni getməyə qoymazdım”.
 
3-Abdullah ibn Zubeyr:
 
 İbn Zubeyr (Allah ondan razı olsun) də Hüseyni (Allah ondan razı olsun) getməkdən çəkindirərək deyir: “Hara gedirsən?! Atanı öldürənlərin və qardaşını tənə edənlərin yanına gedirsən?! Getmə!” Lakin, Hüseyn (Allah ondan razı olsun) artıq getməyində qərarlı idi.
 
4-Əbu Səid əl-Xudri:
 
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) deyir: “Ey Əbu Abdullah mən sənə nəsihətçiyəm və sizə şəfqət edirəm. Artıq mənə çatmışdır ki, Kufədən olanlar sənə yazaraq ora getməni istəyirlər. Getmə onların yanına! Atandan Kufəlilər haqqında belə dediyini eşitdim: “And olsun Allaha ki, artıq onlardan bezdim və onlara nifrət etdim. Onlar da məndən bezdilər və mənə nifrət etdilər. Onlarda heç vəfa yoxdur. Kim onları qazanarsa, yalnız qılıncla qazanar”
 
 ✅ İmam Hüseyn (Allah ondan razı olsun) Qadisiyyə şəhərinə çatır.
 
➖ Ömər ibn Saadın göndərdiyi adam vasitəsi ilə Hüseynə (Allah ondan razı olsun) Muslim ibn Aqilin öldürülməsi xəbəri çatır. Hüseyn (Allah ondan razı olsun) qayıtmaq fikrinə düşərək Muslimin övladları ilə söhbətləşir və onlar “And olsun Allaha ki, atamızın intiqamını almayana qədər geri qayıtmarıq” deyirlər. Beləliklə İmam Hüseyn (Allah ondan razı olsun) onların rəyi ilə razılaşır. Ubeydullah ibn Ziyad Hüseynin (Allah ondan razı olsun) gəldiyini bildikdən sonra Hurr ibn Yəzidə min kişi ilə onun qarşısına çıxmağı əmr edir, o da Hüseynlə (Allah ondan razı olsun) Qadisiyyədə qarşılaşır. Hurr ona “ey Peyğəmbərinﷺ qızının oğlu, hara gedirsən?” deyir. O, “İraqa” deyir. Hurr deyir: “Mən sənə əmr edirəm qayıdasan ki, Allah məni səninlə bəlaya salmasın. Gəldiyin yerə qayıt! Yaxud get Şama Yəzidin yanına, lakin Kufəyə gəlmə! Hüseyn (Allah ondan razı olsun) onunla razılaşmayaraq İraqa tərəf getməkdə, Hurr isə ona maneə törətməkdə davam edir. Hüseyn (Allah ondan razı olsun) ona deyir: “Anan səni itirsin, uzaqlaş məndən!” Hurr deyir: “And olsun Allaha, əgər o sözü səndən başqa olan ərəblərdən biri desəydi, ondan da, anasından da qisas alardım. Lakin nə deyim ki? Axı anan dünya qadınlarının xanımıdır”.
 
 
İmam Hüseynin (Allah ondan razı olsun) Kərbəlaya çatması və orada şəhid edilməsi.
 
➖ İmam Hüseyn (Allah ondan razı olsun) Kərbəla deyilən bir yerdə dayanaraq “bura haradır?” deyir. “Bura Kərbəladır” deyildikdə, o, “kərb (qəm-kədər) və bəladır” deyir. 
 
Ömər ibn Saad dörd min nəfərlik ordusu ilə İmam Hüseynlə (Allah ondan razı olsun) qarşılaşır və Hüseynə (Allah ondan razı olsun) onunla birgə Ubeydullah ibn Ziyadın yanına getməsini əmr edir. Lakin, Hüseyn (Allah ondan razı olsun) razı olmur. İşin ciddiliyini gördükdə, o, Ömər ibn Saada deyir: “Mən sənə üç seçim verirəm. Onlardan hansını istəyirsən seç”. Ömər ibn Saad “onlar nədir?” deyir. İmam deyir: “Ya məni burax qayıdım. Ya gedim müsəlmanlara qoşulum (İslamın yayılması üçün və düşmənlərə qarşı) cihad edim. Ya da ki, Şama Yəzidin yanına gedim və əlimi onun əlinə qoyum (beyət edim). Ömər ibn Saad razılaşaraq Hüseynin (Allah ondan razı olsun) bu üç seçimini Ubeydullah ibn Ziyada çatdırmaq üçün bir adam göndərir və Ubeydullah da Hüseynin (Allah ondan razı olsun) bu üç seçimdən istədiyi birini seçməsi ilə razılaşır. Bu vaxt Ubeydullaha yaxın olanlardan biri, vaxtı ilə İmam Əlinin (Allah ondan razı olsun) ordusundan olan Şəmr ibn zil-Covşən də orda olur. O, deyir: “Allaha and olsun ki, xeyr. Gərək sənin əmrinə tabe ola”. Bu zaman başı boş Ubeydullah ibn Ziyad Şəmrə aldanaraq “bəli, gərək mənim əmrimə tabe ola” deyir. Şəmr ibn zil-Covşəni də İmam Hüseynin (Allah ondan razı olsun) üstünə göndərərək deyir: “Get Hüseynə (Allah ondan razı olsun) de ki, mənim əmrimə tabe olsun. Əgər Ömər ibn Saad bu işlə razı olmazsa, onda başçı sən ol”. İmam Hüseynin (Allah ondan razı olsun) onlara üç seçim verməsini Şeyx Mufid  “əl-İrşad” 2/87 kitabında eynilə zikr etmişdir. Qeyd edim ki, Ubeydullah Ömər ibn Saadı dörd min nəfərlik ordu ilə göndərərək Hüseynlə (Allah ondan razı olsun) olan məsələni həll etdikdən sonra Rey şəhərinə başçı təyin edəcəyinə vəd vermişdi. Şəmr ibn zil-Covşən onların yanına gəlir və Hüseynə (Allah ondan razı olsun) Ubeydullahın əmrinə tabe olma xəbəri çatır. Lakin İmam Hüseyn (Allah ondan razı olsun) bunu rədd edərək deyir: “Xeyr. And olsun Allaha ki, Ubeydullah ibn Ziyadın əmrinə tabe olmayacam”.
 
 
✅ İmam Hüseyn (Allah ondan razı olsun) Kufə ordusuna Allahı xatırladır.
 
➖ İmam Hüseynlə (Allah ondan razı olsun) olanların sayı yetmiş iki atlı, Kufə ordusunun sayı isə beş min nəfərdən ibarət idi. İki tərəf də üz-üzə durduqda İmam Hüseyn (Allah ondan razı olsun) Kufə ordusuna deyir: “Bir dayanın və özünüzü hesaba çəkin! Mənim kimisi ilə sizin döyüş etməniz düzgündürmü?! Axı mən sizin Peyğəmbərinizinﷺ qızının oğluyam. Yer üzündə məndən başqa Peyğəmbər qızının oğlu yoxdur. Artıq Allahın Rəsulu mənim və qardaşım üçün demişdir: “Bu ikisi Cənnət cavanlarının ağasıdır””. Sonra onları Ubeydullahın əmrinə tabe olmayaraq özünə qoşulmağa səsləyir. Təəssüflər olsun ki, dağları daşları titrədəcək İmam Hüseynin (Allah ondan razı olsun) bu sözləri onların xain qəlblərini titrətmədi. Nəhayət, Ubeydullahın ilk göndərdiyi ordusunun başında olan Hurr ibn Yəzid də daxil olmaqla otuz nəfər İmam Hüseyn (Allah ondan razı olsun) tərəfə keçir. Hurr ibn Yəzidə “sən bizə başçı olaraq gəlmişdin indi isə Hüseynin (Allah ondan razı olsun) yanına gedirsən?!” deyirlər. O, deyir: “Vay olsun sizə! And olsun Allaha ki, mən özümə Cənnət və Cəhənnəm arasında seçim verirəm. Vallahi doğranıb yandırılsam belə, Cənnətdən qeyrisini seçmərəm”. Sonra isə İmam Hüseyn (Allah ondan razı olsun) onlara əks tərəf də daxil olmaqla imam duraraq müsafir olduqları üçün Zöhr və Əsr namazlarını qıldırır. O vaxt ki, Məğrib namazının vaxtı çatır İmam Hüseyn (Allah ondan razı olsun) yuxudan oyanır və atlıların onlara tərəf gəldiyini görəndə “bu nədir?” deyir. Deyirlər: “Onlar bizə tərəf gəlirlər”. İmam Hüseyn (Allah ondan razı olsun) deyir: “Gedin onlara deyin ki, nə istəyirlər?” İmam Hüseynin (Allah ondan razı olsun) qardaşı olan Abbas ibn Əli ibn Əbi Talib (Allah ondan razı olsun) də daxil olmaqla iyirmi atlı gedərək onlardan soruşur və onlar da “ya Ubeydullah ibn Ziyadın hökmünə tabe olmalıdır, ya da döyüşməlidir” deyirlər. Hüseynin (Allah ondan razı olsun) adamları deyirlər: “Gedək Əbu Abdullaha (Allah ondan razı olsun) xəbər verək”. Hüseynin (Allah ondan razı olsun) yanına gələrək xəbər verirlər və o, deyir: “Onlara deyin ki, bu gecə bizə möhlət verin, mən Rəbbim üçün namaz qılım. Çünki mən Rəbbim üçün namaz qılmağı çox sevirəm və sabah sizə xəbər verərik”. Beləliklə İmam Hüseyn (Allah ondan razı olsun) və onunla olanlar o gecəni namazla, istiğfarla (bağışlanma diləməklə) və dua ilə keçirirlər.
 
 ✅ Taff döyüşü (H. 61 / M. 680)
 
İmam Hüseyn və yanındakı bir ovuc insan – böyük bir qoşunun qarşısında...
 
(Davamı var)
 
Qeyd:
 
Bu yazı, www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır. Məqalədə Dr. Osman Xamisin “Tarixi Hadisələrin Təhlili” kitabından geniş şəkildə istifadə olunmuşdur. “Tarixi Hadisələrin Təhlili” kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.
 
İslamevi.az
Oxşar xəbərlər
10:15, Bu gün
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
10:08, Bu gün
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
09:59, Bu gün
Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma olub
09:53, Bu gün
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb
09:46, Bu gün
Azərbaycanlı aparıcının meyxanaçı ilə toyundan görüntüləri
09:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu hallarda cərimələnə bilərsiniz - VİDEO
09:34, Bu gün
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
09:29, Bu gün
Qadın ərinə şərt qoydu: O biri kişini də qəbul edəcəksən ... - Bir qətlin TƏFƏRRÜATI
09:21, Bu gün
DTX casusu ifşa etdi: Şuşanın şəkillərini ermənilərə göndərirmiş...
09:15, Bu gün
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
09:06, Bu gün
İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik
08:58, Bu gün
38 yaşlı məşhur yarıçılpaq halda poza verdi - FOTO
08:50, Bu gün
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
08:44, Bu gün
Bu universitet tələbələrini özü seçəcək - VİDEO
08:35, Bu gün
İsrail Beyrutu VURDU
08:33, Bu gün
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
08:17, Bu gün
Bu gün sevgidə kimlər şanslı olacaq? - Hər bürc üçün sevgi PROQNOZU
07:30, Bu gün
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
07:04, Bu gün
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
01:08, Bu gün
Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət etdilər
01:06, Bu gün
İranın İsrailə hücumu: 7 ölü, 16 yaralı
00:59, Bu gün
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
00:45, Bu gün
İsrail XİN: "Bu gün Ayətullah rejimi qırmızı xətti keçdi"
00:10, Bu gün
Yaxın Şərqdə olanlara görə Baydeni günahlandırdı
00:06, Bu gün
"WikiLeaks"-in təsisçisi Julian Assanj necə azadlığa buraxılıb?
00:03, Bu gün
Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir - Peskov
00:02, Bu gün
"İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq" - Ceyk Sallivan
01 Oct 2024 | 23:49
İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib - FOTO/VİDEO
01 Oct 2024 | 23:48
"30 ilə yaxın müddətdə Ermənistanın cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb"
01 Oct 2024 | 23:45
"Netanyahuya deyin ki..." - Pezeşkian
01 Oct 2024 | 23:33
Ukrayna məktəblərində rus dilində danışmaq qadağan edilə bilər
01 Oct 2024 | 23:10
İran xalqı İsrailə hücumu bayram edir - VİDEO
01 Oct 2024 | 23:05
İsrailin cavabı olacaq – İranda panika, əhali qaçır
01 Oct 2024 | 23:00
Bu ölkələr hava məkanını bağladı
01 Oct 2024 | 22:55
BMT TŞ İran-İsrail gərginliyi ilə bağlı fövqəladə iclas keçirəcək
01 Oct 2024 | 22:50
Şokoladı saxlamaq üçün ən yaxşı yer məlum olub
01 Oct 2024 | 22:45
TƏCİLİ: Rusiya bu şəhəri ələ keçirdi
01 Oct 2024 | 22:44
“Heykəltəraş can qoyub, ayıb deyilmi?”- Aşıq Ələsgərin nəticəsi babasının heykəlini tənqid edənlərə CAVAB verdi-ÖZƏL+FOTO
01 Oct 2024 | 22:39
İsrail İranın ən böyük elektrik stansiyasını vuracaq - Video
01 Oct 2024 | 22:25
SON DƏQİQƏ: Bayden orduya əmr verdi - ABŞ müharibəyə qoşulur
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
01 Oct 2024 | 22:17
Sergey Lavrov Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar ziyafəti verib
01 Oct 2024 | 22:15
BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
01 Oct 2024 | 22:15
Tək ulduzun orbitində görün nə tapıldı
01 Oct 2024 | 22:14
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb
01 Oct 2024 | 22:14
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB
01 Oct 2024 | 22:10
İran İsrailə 500 raket atıb
01 Oct 2024 | 22:07
İranın İsrailə raket zərbələri nəticəsində 2 nəfər yaralanıb
01 Oct 2024 | 22:04
İranın raketlərinin 80%-i İsraildə nəzərdə tutulan hədəfləri vurub
01 Oct 2024 | 22:02
İsrail İranın raket hücumuna cavab verəcək
01 Oct 2024 | 21:54
KİV: İsrailə raket hücumu Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib
01 Oct 2024 | 21:51
Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq
01 Oct 2024 | 21:47
Xalqımız üçün taleyüklü məsələyə – Qərbi Azərbaycana qayıdışa dair hədəflər
01 Oct 2024 | 21:39
Balqabaq toxumlarının unikal xüsusiyyətləri aşkar edilib
01 Oct 2024 | 21:31
Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...
01 Oct 2024 | 21:30
Tıxacların yaratdığı dəhşətli XƏSTƏLİKLƏR
01 Oct 2024 | 21:24
İrandan buraxılan raketlər Təbriz səmasında - VİDEO
01 Oct 2024 | 21:20
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
01 Oct 2024 | 21:15
Bayden İranın İsrailə hücumundan sonra HƏRƏKƏTƏ KEÇDİ
01 Oct 2024 | 21:08
"Simpsonlar"da şok final: Əfsanəvi cizgi filminin sonu olacaq?
01 Oct 2024 | 21:00
Qarabağ Universitetində tələbələrin əyləncəli anları - VİDEO
01 Oct 2024 | 20:50
Oktyabrın bu günündə heç bir şey planlaşdırmayın, yoxsa...
01 Oct 2024 | 20:45
KİV: “Hizbullah” arsenalının yarısını itirib
01 Oct 2024 | 20:37
İsraildən şok: İrandan genişmiqyaslı hücum ola bilər
01 Oct 2024 | 20:29
Hərbi səfərbərlik elan edildi
01 Oct 2024 | 20:26
ABŞ YouTube-u məhkəməyə verdi
01 Oct 2024 | 20:23
Tel-Əvivdə atışma baş verib, ölən və yaralananlar var
01 Oct 2024 | 20:20
Livandan İsrailin mərkəzinə raket atıldı
01 Oct 2024 | 20:13
Paşinyan İranın birinci vitse-prezidenti ilə görüşdü
01 Oct 2024 | 20:05
Təyyarədə uçmazdan əvvəl qaçınılması lazım olan içki
01 Oct 2024 | 19:58
Neft və qızıl BAHALAŞDI
01 Oct 2024 | 19:50
ABŞ Rusiyanın 7 vətəndaşına sanksiya tətbiq etdi
01 Oct 2024 | 19:43
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
01 Oct 2024 | 19:35
"Şerlok Holms" infarkt keçirdi - FOTO
01 Oct 2024 | 19:30
Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək
01 Oct 2024 | 19:25
Azərbaycan idmançısı Əbu-Dabidə keçirilən peşəkar turnirdə qələbə qazanıb
01 Oct 2024 | 19:24
Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”
01 Oct 2024 | 19:20
20 yaşlı gənc anasını məhkəməyə verdi - Təəccüblü səbəb
01 Oct 2024 | 19:19
Putinlə Netanyahu arasında telefon danışığı gözlənilir
01 Oct 2024 | 19:16
Nurlana Cəfərova yüksək vəzifəyə TƏYİN EDİLDİ
01 Oct 2024 | 19:08
“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
01 Oct 2024 | 19:00
"Samsung" gələn ildən süni intellekti pullu edəcək
01 Oct 2024 | 18:50
İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
01 Oct 2024 | 18:43
Qəhvəyə protein tozu əlavə etmək olar?
01 Oct 2024 | 18:38
Rusiya İsrailə çağırış etdi: Əməliyyatları dayandırın və...
01 Oct 2024 | 18:37
ADPU-nun Quba filialında keçmiş məhkum kafedra müdiri təyin edilib?
01 Oct 2024 | 18:33
Sabah Bakınının bu ərazilərində su olmayacaq
01 Oct 2024 | 18:28
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir
01 Oct 2024 | 18:23
İsrail Beyruta yenidən zərbə endirdi
01 Oct 2024 | 18:20
Kremldən idarə olunan keşiş Baqrat yenə yalqız qaldı...
01 Oct 2024 | 18:18
Musiqi ilə insanı sağaltmaq mümkündür - Necə?
01 Oct 2024 | 18:14
QHT Agentliyinin lahiyəsi AXC TV-də müzakirə olunub
01 Oct 2024 | 18:13
"Nikahımın həbsxanada olması niyə hamını təəccübləndirir?"
01 Oct 2024 | 18:12
Audiovizual Şuradan Naxçıvan televiziyasının qalmaqallı loqosu ilə bağlı AÇIQLAMA
01 Oct 2024 | 18:05
Azərbaycan Stoltenberqə təşəkkür etdi
01 Oct 2024 | 18:02
İran yenə vəd verdi: Yaxın gələcəkdə...
01 Oct 2024 | 18:00
“Antiterror əməliyyatının necə aparıldığını bilmək istəyən, Azərbaycana baxsın”
01 Oct 2024 | 17:31
16 otaqlı ev kül oldu
01 Oct 2024 | 17:28
"Mark Rütte Ukrayna savaşının kritik məqamında NATO-ya başçılıq edəcək" - "Reuters"
01 Oct 2024 | 17:26
“Sarkisyan bir dəstə adamla üstümüzə gəldi, məhbuslara silah verib çıxardım” – Şuşa türməsinin rəisi ilə MÜSAHİBƏ
GÜNLÜK
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 11:25
Həyat yoldaşının ad günündə dünyasını dəyişən sənətkar: “Mən ona yalançı çıxdım, hələ də yaşayıram”-FOTO
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
01 Oct 2024 | 11:11
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir?-“Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”-ETİRAZ
01 Oct 2024 | 13:32
Vidadi İsgəndərli vəfat etdi
01 Oct 2024 | 10:44
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” – ŞİKAYƏT
01 Oct 2024 | 10:46
“Yaxın Şərqdəki münaqişənin həllində Türkiyə-İran yaxınlaşması həlledici rol oynaya bilər...”
01 Oct 2024 | 14:35
Azərbaycanda YENİ QƏRAR: Bu şəxslər maşın sürə bilməz
01 Oct 2024 | 12:50
Bakıda məktəbdə partlayış - Xəsarət alan var
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
01 Oct 2024 | 16:05
Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR: 25 AZN-dən 44 AZN-dək...
01 Oct 2024 | 10:21
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – ADLAR
01 Oct 2024 | 11:25
Həyat yoldaşının ad günündə dünyasını dəyişən sənətkar: “Mən ona yalançı çıxdım, hələ də yaşayıram”-FOTO
01 Oct 2024 | 10:30
Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə... - Metroda yığılan pul nəyə xərclənir?
01 Oct 2024 | 11:11
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir?-“Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”-ETİRAZ
01 Oct 2024 | 13:32
Vidadi İsgəndərli vəfat etdi
01 Oct 2024 | 10:44
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” – ŞİKAYƏT
01 Oct 2024 | 10:46
“Yaxın Şərqdəki münaqişənin həllində Türkiyə-İran yaxınlaşması həlledici rol oynaya bilər...”
01 Oct 2024 | 14:35
Azərbaycanda YENİ QƏRAR: Bu şəxslər maşın sürə bilməz
01 Oct 2024 | 12:50
Bakıda məktəbdə partlayış - Xəsarət alan var