“31 Martın qarşısının alınması üçün Bakının rus-erməni şəhəri olmasıyla razılaşmalıydıq…”
Ekskluziv
Oxunub: 4274
30 Mar 2023 | 14:58
“31 Martın qarşısının alınması üçün Bakının rus-erməni şəhəri olmasıyla razılaşmalıydıq…”
"İranla Türkiyəni qarşı-qarşıya qoymağı da nəzərdə tutan bu layihə 17 maddədən ibarət idi..."
 
MART SOYQIRIMININ BƏZİ MƏSƏLƏLƏRİNƏ DAİR…
                                       
Hər ilin bu vaxtlarında xalqımız Mart soyqırımının ildönümünü müxtəlif idarə və müəssisələrdə, təhsil ocaqlarında geniş qeyd edir. “Bu zəruridirmi” sualına birmənalı şəkildə bəli deyirik. Məlumdur ki,   hazırda  dünyada 4500-5000-ə yaxın xalq yaşayır. Onlardan yalnız 196-nın  müstəqil dövləti var. Bunlardan biri də təsadüfən yaranmayan, kiminsə bizə hədiyyəsi olmayan Azərbaycan dövlətidir. Dövlətimiz aparılan ağır, məşəqqətli mübarizədən, çoxsaylı dəhşətli qurbanlardan sonra yaranmışdır. Hər il xalqımıza qarşı həyata keçirilən soyqırımların qeyd edilməsinin elmi, tərbiyəvi və siyasi əhəmiyyəti var. Belə tədbirlər insanlarımızın vətənpərvərlik tərbiyəsinin düzgün formalaşması və istiqamətləndirilməsi baxımından da vacibdir. Tarixi təcrübə və müqayisəli elmi təhlillər göstərir ki, dövlətin gücü, digər amillərlə yanaşı,onun vətəndaşlarının şüurluluq səviyyəsinin yüksəkliyi, dövlətinə, millətinə bağlılığı,sədaqəti, sevgisi ilə əlaqəlidir. Hər il belə soyqırımların qeyd edilməsi nəticəsində vətəndaşlarımız dövlətimizin nə qədər böyük qurbanlardan sonra yarandığını aydın dərk edərək ona daha çox bağlanır, bunu qiymətləndirir, bu dövlətin bir fərdi, vətəndaşı olması ilə fəxr etməyə başlayır. Bu səbəblərdən hər il belə tədbirlərin geniş qeyd edilməsinin vacibliyi heç kəsdə şübhə doğurmamalıdır... 
 
Mart soyqırımına aid arxiv materiallarının, araşdırmaların, hadisə şahidlərinin müqayisəli, obyektiv, tənqidi təhlili göstərir ki, bu soyqırım təsadüfən, bəzi başıpozuq silahlı dəstələrin, irticaçı rus-erməni millətçi qüvvələrin impulsiv hərəkətlərinin nəticəsi olmayıb, ciddi şəkildə düşünülmüş, əvvəlcədən işlənib hazırlanmış hərbi əməliyyatların nəticəsində baş vermiş bəşəri bir cinayətdir. Təhlillər göstərir ki,soyqırımın təşkilatçısı Sovet Rusiyası, Lenin başda olmaqla Rusiya Xalq Komissarları Soveti olmuşdur. Onların əsas məqsədi müstəqilliyimizə mane olmaq, Vətənimizi soyqırımdan əvvəlki illərdəki kimi Rusiyanın daxili quberniyasına, Bakını isə adi rus şəhərlərindən birinə çevirmək idi. Ümumiyyətlə, bu siyasət Rusiyanın Şərq, türk-müsəlman dünyasına qarşı yeritdiyi siyasətin tərkib hissəsi olmuşdur. Soyqırımın icraçıları burada olan rus əsgərləri ilə yanaşı, erməni hərbi hissələri, "Daşnaksütyun”partiyası və erməni qriqoryan kilsəsi olmuşdur. Ermənilərin məqsədi xalqımızı qırıb məhv etdikdən sonra onlara məxsus olan torpaqlara sahib olmaq, bu ərazilərdə özlərinə dövlət yaratmaqdan ibarət idi.  
    
“Mart soyqırımı baş verməyə bilərdimi” sualına müsbət cavab verən M.Ə.Rəsulzadə bildirirdi ki, bəli, bundan qaçmaq olardı. Ancaq bunun üçün həm yüz ildən çox çarizmin əsarətində hüquqsuz vəziyyətdə yaşayan Azərbaycan xalqı, həm də  onların fikir və düşüncələrini, istək və arzularıni dilə gətirən siyasi qüvvələr milli idealların gerçəkləşdirilməsi uğrundakı şərəfli  mübarizədən, müstəqillikdən imtina edib əvvəlki illərdə olduğu kimi, Vətənimizin Rusiyanın adi, sıradan bir daxili quberniyası, Bakının isə rus-erməni şəhəri olmasına razı olmalı idilər. Bu isə mümkünsüz idi…                                                                                                                                                               
      
Soyqırımla bağlı aktual məsələlərdən biri də onun konkret olaraq “Mart soyqırımı” adlandırılması ilə bağlıdır. Bəziləri səhv olaraq belə güman edirlər ki, soyqırım yalnız 1918-ci ilin mart ayında baş verdiyindən belə adlandırılmışdır. Bu, yanlış düşüncədir. Əslində ermənilərin xalqımıza qarşı növbəti vəhşilikləri  1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının, mayda Rusiya müsəlmanlarının qurultaylarında qəbul edilən qərarlardan sonra başlamış, Cümhuriyyətin qurulmasına qədər davam etmişdir. İlk dəfə Cümhuryyət zamanı milli idealların gercəkləşdirilməsi uğrunda günahsız yerə öldürülən on minlərlə insanın əziz xatirəsini simvolik olaraq  bir günlə qeyd etmək qərara alınmışdır. Uzun müzakirələrdən sonra 1918-cil mart ayının 30, 31 və aprelin 1-də erməni- bolşevik tandeminin Bakıda daha qəddarcasına, çoxsaylı adamların qətlə yetirdyi bu günlərin ortasındakı rəqəm, yəni 31 mart qəbul edilmişdir. 1919-cu il mart ayının 28-də “Müsavat” partiyasının mərkəzi bürosunun binasında “Müsəlman əmələ və kəsbkarlarının“ konfransında 300 nəfərin iştirakı ilə keçirilən iclasda M.Ə.Rəsulzadə “Mart matəmi” mövzusunda çıxış edərək ilk dəfə 31 Martı soyqırım kimi qeyd etmənin zəruriliyini bildirmişdi. ”Bu gün bizi buraya toplayan məsələ mart matəmidir.... İştə mart faciəsi hürriyyət  və muxtariyyət əvəzinə bizə xərabəlik vermək istəyənlərin cinayəti idi. Onun üçün martda kəsilən binlərlə qurbanlar, fəda edilən şəhidlər Azərbaycan fikri-hürriyyət və istiqlalının qurban və şəhidləridir. Biz onları martın 31-də xatırlamalı, o günü həyatı durduraraq matəmə girməli, ruhlarına fatihə oxumaqla qanımız bahasına alınan hürriyyətimizi qanımızı tökməklə olsa da mühafizə edəcəgiz, deməliyiz “Azərbaycan”qəzetinin 2 aprel 1919-cu il tarixli sayında  M.Ə.Rəsulzadənin “Nümuneyi-imtisal bir gün” adlı yazısından aydın olur ki,matəm səhər saat 8-dən axşam saat 6-ya qədər davam etmişdir. Parlamentin göstərişi və hökümətin qərarı ilə  1919- cu il mart ayının 31-i qeyri-iş günü elan edilmiş,günahsız yerə öldürülənlərin xatirəsi böyük bir ehtiramla yad edilmişdir…
       
Sovet işğal rejimi dönəmində rus-erməni birliyinin həyata keçirdiyi soyqırım xalqın yaddaşından silinməyə cəhd edilmişdi. Hətta onların əxlaqsızlığı o həddə çatmışdı ki, günahsız yerə öldürülənlərin dəfn edildiyi Çəmbərəkənd qəbristanlığı yerlə bir edilmiş, yerində isə sovetsayağı “Dostluq parkı salınmış, restoran tikilmişdi… 
     
Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən mart ayının 31-i yenidən Cümhuriyyət zamanındakı kimi azərbaycanlıların soyqırımı günü keçirilməyə başlanılmışdı. ”Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə -1918-ci mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələtinə siyasi qiymət vermək borcunu tarixin hokum kimi qəbul edir”.  Bu fərman soyqırımın daha dərindən araşdırılmasına,təbliğinə təsir göstərmişdi.          
 
Soyqırımla bağlı əhəmiyyətli hesab etdiyimiz digər bir məsələ, ermənilərin bu soyqırımı etiraf etmələri, bunu ideoloji cəhətdən əsaslandıraraq özlərinə haqq qazandırmalarıdır. Məlumdur ki, Lozanna sülh konfransından sonra erməni millətçiləri İranda ciddi şəkildə düşünülmüş bir plan əsasında fəaliyyətə başlamışdılar. Bu planın ana xəttini soyqırımın ermənilər tərəfindən türklərə qarşı bilərəkdən, ”ariyanizm” və “paniranizm”nəzəriyyələrini əsas götürdükləri üçün həyata keçirdiklərini etiraf etmələri təşkil edir. Olduqca məkrli məqsəd güdən bu nəzəriyyələrin yayılmasında erməni düşüncələrinin tərənnümçüsü olan “Droşaq”la yanaşı, həmin dövrdə İranda çap edilən “Təbriz”,”Pərvəriş”qəzetləri də onlara yardımçı olmuşdular. Ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırıma haqq qazandırmaq məqsədi ilə ortaya atdıqları ideloji nəzəriyyənin mürtəceliyi M.B.Məmmədzadənin “İran və ermənilər” adlı əsərində, həmçinin bu dəyərli əsərin təhlilinə həsr edilmiş geniş və hərtətəfli məqalələrdə geniş təhlil edilmişdir.     
 
Ermənilərin gələcəkdə antitürk istiqamətindəki fəaliyyətləri, İran və Avropa xalqları ilə yaxınlaşması zərurəti barədə Rəşt şəhərində nəşr olunan «Pərvəriş» qəzetində Türkiyə ermənisi P. Yeğigyanın «Bütün dünya iranlılarına yaddaş» adlı yazısı çox xarakterikdir. İranla Türkiyəni qarşı-qarşıya qoymağı da nəzərdə tutan bu layihə 17 maddədən ibarət idi. Onun fikrincə “İran irqindən olan millətlərin ittihadında İranın oynayacağı rol, Prussiyanın alman ittihadında oynadığı rol kimi olmalıdır» .
Yeğigyan hələ o dövrdə Türkiyədə yaşayan kürdləri yaşadıqları dövlətə qarşı qiyam qaldırmağa, bu işdə İranın onlara lazımi yardım etməsinə səsləyən, uzaq məqsəd güdən fikirlər yaymışdı. O, İran irqindən olan millətlər sırasına kürdləri də daxil edərək yazırdı: «Türkiyədə özlərinə müstəqil bir dövlət yaratmaq üçün mübarizə edən və cahan millətləri içərisində özlərinə müstəqil bir mövqe qazanmağa can atan və bu yolda heç bir fədakarlıq və qurbandan qorxmayan kürdlər dəxi daxildir».
  Əslində «…Yeğigyan müstəqil Ariyan ittihadını federasiya üsulunda görmək istəyir və bu federasiyada ermənilərə və kürdlərə də xüsusi bir mövqe verir” Bu layihədə günümüzlə səsləşən başqa bir məsələ - Hindistanla ittihad da diqqəti cəlb edir. Yeğigyan erməni hiyləgərliyi ilə «Eyni Ariyan nəslindən olan millətlərin ittihadından sonra  Hindistanla ittihad» fikrini irəli sürüb bildirir ki, «İran irqindən olan millətlərin ittihadından sonra Hindistanla dost və müttəfiq olmalıdır» .
Erməni hiyləgəri belə hesab edir ki, İranı idarə edənlər «ermənilərin xatiri üçün…Hindistan vasitəsi ilə qüvvətli bir Avropa dövlətinə arxalanmaq və ondan sonra... bir çox  və  millətləri silib xəritədən çıxarmaq məcburiyyətində qalacaqdır». Ermənilərin düşüncələrinin tərənnümçüsü olan «Droşaq» bildirir ki, guya İran ermənilərin ikinci vətənidir və onlar iranlılarla qardaş olduğundan «İranın hürriyyət» hərəkatında ermənilər rəhbər və avanqard rolunu oynamışlar».
«Droşaq» iddia etmişdir ki, guya ermənilər və Daşnaksütyun partiyası İrandakı fəaliyyətlərində erməni mənafeyi, erməni millətinin hansısa məqsədi üçün deyil, «…yalnız İranı əsarət və zülm altından qurtarmağa çalışmaqla vətəni vəzifəsini» yerinə yetirmişdi».
 
Erməni ideoloqları İran dövlətinə «sədaqətlə» xidmət etmələrinin səbəbini də riyakarcasına belə izah edir: «…dünyada yalnız İran milliyyətidir ki, bizim böyük qardaşlarımız və səmimi dostumuz olmuş və o şəkli ilə də qalır».
«Droşaq»  bildirir ki, İranda ermənilərin imtiyaz əldə etmələri, bir çox dövlət idarələrində yüksək vəzifə tutmaları onların arasındakı «qardaşlıq və səmimiyyətin» təzahürüdür. 
 
Erməni ideoloqları və yazarları iddia edirlər ki, ermənilərin İrana “sədaqət və fədakarlıqla» xidmət etmələrinin əvəzində, İran hökuməti də onlara nəinki daxildə imtiyazlar, güzəştlər vermiş, hətta erməniləri xaricdə də himayə etmiş, bacardığı qədər müdafiə etmişdir.   
 
Erməniləri idarə edənlərin iddialarına görə, İranın bu köməyi siyasi fikirlərdən irəli gəlməyib «qardaşlıq və  qandaşlıqdan» doğmuşdu. Guya məhz bu qandaşlığın nəticəsi imiş ki, İran Gürcüstan və Azərbaycan respublikalarından əvvəl Ermənistanın müstəqilliyini tanımış, İrəvana səfir təyin etmişdi.
 
Bütün bu «səmimi, dostluq və qardaşlıq» haqqında riya dolu sözlərdən, belə demək mümkünsə, hazırlıqdan sonra onlar əsil məqsədlərini açmağa başlayır. «Droşaq» qəzetinin yazdığına görə ermənilərlə İran arasında səmimi əlaqələr irq və qardaşlıqdan da çox «…bu iki milliyyəti birləşdirən, tarixlərini müştərək bir şəklə salan həqiqi mənafe olmuşdur»...
 
Ermənilərin regionunun iki böyük dövlətini, millətini qarşı-qarşıya qoymaq niyyəti «Droşaq»da açıq şəkildə verilmişdir. «Bu iki milləti daima bir xarici düşmən təhdid etmişdir. Müştərək və ümumi bir düşmən bu iki millətin həyat işığını keçirməyə səy etmiş və bununla bu iki milləti birləşdirmişdir.Bu düşmən də türk milllətidir».
 
Göründüyü kimi, ermənilər «panariyanizm», «paniranizm» haqqında yüksək fikirlərdən, bunlara daxil olan millətlərin «səmimi və etibarlı dostluğundan», bunu doğuran şərtlərdən sonra bu millətlərin guya gələcəkdə «xoşbəxt» yaşamasına mane olan amilləri, türk millətini və onların birliyini düşmən obrazında göstərmişdir...
 
(Davamı var)
 
                                                                   Ədəbiyyat :                                                                                                                     
 
1.Əziz.B. Cümhuriyyətə gedən yol:milli azadlıq hərəkatının aktuallığı, mənbələri, dövrləri və cərəyanları.B., 2020, Çapar yayınları, 360 s.                                                                                                          
2.Aziz B.Mart faciasından Hocalıya Azerbaycanda ermenilerin türk soykırımı.İstabbul,2013,İQ kültür sanat yayınçılıq, 263 s.                                                                                                                                
 
3.Aziz B.Turkish massacre realized by the Armanians in Azerbaijan in XX centuru (1918-1992). Bochum,2015,                                                                                                                                              
 
4. İsgəndərov A. Azərbaycan türk-müsəlman soyqırımı problemlərinin tarixşünaslığı:1918-1920. B., 2006, 396 s.                                                                                                                                                                                                  
 
5.Rüstemova-Tohidi Solmaz Ali k.1918.Azerbaycanlılara yapılan katliamlar fotoqraf ve belgelerde.B., 2012, 208 s.                                                                                                                       
 
6.Rəsulzadə M.Ə.Əsərləri V c. (1918-aprel 1920) B., 2014 ,Qanun, 564 s. 
 
 
7.Rəsulzadə M.Ə. Unudulmaz faciə.” Azərbaycan” qəz.31 Mart 1919-cu il.                                         
 
 
8.Məmmədzadə M.B. Ermənilər və İran. B., 1993, Azərnəşr, 42 s.  
 
 
9.Məmmədzadə M.B. Mart.   ” Azərbaycan” qəz.31 mart 1920-ci il.           
 
 
10.Əziz B., Nəcəfova K. Güney Azərbaycanda ermənilərin törətdiyi söyqırımın ideoloji əsaslarının ifşası M.B. Məmmədzadənin əsərində (I h.) AXC-nin 100 illikyubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları.B., 2018, s209-213                                                                
 
11. Əziz B. Güney Azərbaycanda ermənilərin törətdiyi türk soyqırımının ideoloji əsaslarının ifşası M.B. Məmmədzadənin əsərində. (II h.) “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi. 31 Mart tariximizin faciəli səhifəsi. Bey. elmi konfr. Materiallar.B., 2019,  s. 185-199 
 
 
12.Hacıbəyli Ü. 31 Mart.  ”Azərbaycan”  qəz.31 mart 1919- cu il.
 
 
13.Mart qırğını. ”Azərbaycan” qəzetinin xüsusi buraxılışı. №11. Mart 1993.
   
 
Boran Əziz, Tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti.
 
Oxşar xəbərlər
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 09:21
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 09:21
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!