"Putinin Belarusdan hücum hədəfi Ukrayna yox, başqa ölkədir?..”- ARAŞDIRMA
Ekskluziv
Oxunub: 4476
30 Jun 2022 | 13:18
“Bu, Litvaya hücum etmək üçün uyğun anı gözləyən Putin və Lukaşenkonun qəsdən yaydığı dezinformasiya ola bilər…”
 
“NATO-nun qeyri-müəyyənliyi Rusiyanın gözlənilməz zərbəsini “buraxmaq” şansını xeyli artırır…”.
 
“Təhlükə real olsaydı, Qərb kəşfiyyatı artıq bu barədə məlumat verərdi…”
 
"Litva Avropanın şərq cinahının güclənməsi zamanı daha çox yardım almaq və NATO-nun daha vacib oyunçusu olmaq üçün diqqəti özünə cəlb etməyə çalışır..."
 
"Belarusda artan hərbi fəallıq Ukrayna hakimiyyətini təşvişə salır və sərhədçilərimizi müdafiəyə hazırlaşmağa vadar edir. Belarus Respublikasının özündə Ukraynanı işğal etməyi planlaşdırmadıqlarını iddia edirlər. Çox güman ki, belədir... Putin Lukaşenkonun əli ilə Ukraynaya təhlükə görüntüsü yarada və Qərbin diqqətini yayındıraraq başqa ölkəyə hücum etməyi planlaşdıra bilər". 
 
Tanınmış Ukrayna jurnalisti  Boqdan Prixodko Rusiyanın hədəfi altında kimin ola biləcəyini və Belarusun haraya hücum hazırladığını anlamağa çalışıb.
Ukraynalı həmkarımızın geniş araşdırma yazısının tərcüməsini  dəyərli Moderator.az oxucularına təqdim edirik:
 
“Belarusun Ukraynaya işğala hazırlaşması faktı müharibənin dörd ayı ərzində rəsmilər, hərbçilər və media tərəfindən bildirilib. İyunun əvvəlində Rusiya Federasiyasının silahlı qüvvələrinin  Belarusda, Ukrayna ilə sərhəd boyu "İsgəndər-M" kompleksi, "Pantsir-S1", "S-400" zenit-raket kompleksləri və operativ-taktiki aviasiya yerləşdirilməsindən sonra vəziyyət mümkün qədər gərginləşdi.  Respublikanın öz qoşunları da fəallaşdı. Ukrayna ilə sərhədə hərbi texnika kolonları gəlib və Belarus Müdafiə Nazirliyi 20 min əsgər üçün tanınma nişanlarının alınmasını təşkil edib…
 
Hərbi hazırlıq və yeni qoşun və ərazi müdafiə dəstələrinin formalaşdırılması Belarusun Ukrayna ilə müharibədə iştirak etməyə hazırlaşdığını göstərə bilər… 
 
İyunun 22-də Belarusun Ukrayna ilə həmsərhəd Qomel vilayətində hərbi komissarlıqlarla planlaşdırıldığı iddia edilən səfərbərlik təlimləri başlayıb. Xatırladaq ki, təlimlər çox vaxt məhz hərbi əməliyyatların başlamasından dərhal əvvəl olur. Rusiya da Ukraynaya hərbi “təlim”lərindən dərhal sonra hücum edib.
 
Bundan əlavə, iyunun 28-də Jlobin rayonunda ərazi qoşunlarına  "ərazi müdafiə obyektlərinin mühafizəsini və müdafiəsini təşkil etməyə, hərbi vəziyyət tədbirlərini həyata keçirməyə, həmçinin təxribat və kəşfiyyat qruplarına qarşı mübarizəyə" hərbi toplantılar başlayıb.
 
Belarus ordusunda əvvəllər ərazi qoşunları yox idi. Özünü prezident elan edən Aleksandr Lukaşenkonun sözlərinə görə, ərazi qoşunlarının yaradılması ideyası hələ müharibədən əvvəl NATO-nun Polşa, Litva və Latviyada təzyiqi nəticəsində yaranıb. Hərbi təlim kimi, yeni qoşun qrupunun formalaşdırılması da Belarusun Ukrayna ilə müharibədə iştirak etməyə hazırlaşdığını göstərə bilər…
 
Belarusun iki istiqamətdə hücuma keçməsi mümkündür…
 
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının  katibinin keçmiş müavini Sergey Krivonos "RBK-Ukrayna"ya müsahibəsində etimal edib ki, Lukaşenkonun qoşunları müstəqil şəkildə iki istiqamətdə hücuma keçə bilər.
“Birbaşa Volın və Roven istiqamətlərində onlar bunu öz əllərində olan qruplaşmalar və hissələr hesabına edə bilərlər”.
 
Aleksey Danilov: "Ruslar tez bir zamanda Belarusa əlavə ehtiyatlar ötürə və hücuma hazırlaya biləcəklər". 
 
Ukrayna kəşfiyyatının məlumatına görə, Belarus sərhədyanı Brest və Qomel rayonlarında 7 batalyon saxlayır ki, bu da 3,5-4 min əsgər deməkdir.
 
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov hesab edir ki, Ukraynaya effektiv müdaxilə üçün bu qədər sayda hərbçi kifayət etmir. Eyni zamanda o qeyd edib ki, Belarus ordusu 60 minə yaxın hərbçidən ibarətdir və hakimiyyət ordunu daha 20 min nəfər artırmaq istəyir.
 
"Müdafiə Nazirliyi istisna etmir ki, ruslar da tez bir zamanda Belarusa əlavə ehtiyatlar ötürə və hücuma hazırlaya biləcəklər", - deyə Danilov bildirib.
 
Bəs əgər hədəfdə Ukrayna deyilsə?..
 
Bəs Belarusdan Ukraynaya təhlükə süni şəkildə ilk növbədə Qərbin diqqətini yayındırmaq üçün yaradılırsa? Bütün dünya ictimaiyyəti Ukrayna sərhədində baş verənləri izlədiyi bir vaxtda düşmən fərqli istiqamətdə zərbə endirə bilər…
 
Nikolay Patruşev Litvanı cavab tədbirləri ilə hədələyib… 
 
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Patruşevin Litva xalqına qarşı son hədələrini və Litvanın Rusiya yüklərinin Kalininqrada tranzitini dayandırmasından sonra Kremlin digər yüksək rəsmilərinin sərt cavab tədbirləri ilə bağlı mübahisəli bəyanatlarını nəzərə alsaq, Vilnüs təhdid altındadır. Və Rusiya Federasiyası birdən-birə Kalininqrad vilayətində hərbi təlimlər keçirməyə başlayandan, Estoniyaya, qonşu Litvaya raket hücumlarını simulyasiya edəndən sonra Baltikyanı ölkənin havasından əsl müharibə iyi gəlməyə başladı…
 
Gitanas Nauseda: "Belarusdakı hərbi aktivlik Litvanı Rusiyanın sürətli hücumu qarşısında daha həssas edir..."
İyunun 24-də Litva prezidenti Gitanas Nauseda “Politico” nəşrinə müsahibəsində bildirib ki, Rusiyanın Belarus ərazisindən yaratdığı təhlükəyə qarşı çıxmaq üçün NATO Baltikyanı ölkələrdə daha “görünən” mövcudluq yaratmalıdır.
 
Onun sözlərinə görə, qonşu Belarusda hərbi fəaliyyət Litvanı Rusiyanın sürətli hücumu qarşısında daha həssas edir və regionda təhlükəsizlik mexanizmlərinin dəyişdirilməsini tələb edir.
 
"Yeni reallıq bizə reaksiya verməyə vaxt qoymur, çünki rus qoşunları asanlıqla sərhədimizə çox yaxın yerləşdirilə bilər və bu halda müdafiəni əlavə qüvvələrlə möhkəmləndirməyə vaxt olmayacaq", - Litva prezidenti belə deyib.
 
Ukraynadan sonra rus hakerləri Litvaya hücum ediblər…
 
Gərginlik həmçinin iyunun 27-də Litvanın dövlət qurumlarına və şirkətlərinə edilən kütləvi kiber-hücumlarla daha da artıb.
 
Litva Milli Kiber-təhlükəsizlik Mərkəzinin direktoru vəzifəsini icra edən Yonas Skardinskas "Litva, ehtimal ki, Rusiyadan gələn intensiv kiber-hücuma məruz qalıb" -deyə bildirib.
 
Litva Müdafiə Nazirliyi qeyd edib ki, onlar ən güclü “DDoS” -hücumlarının öhdəsindən gələ bilib və təhlükəsiz Milli Məlumat Ötürmə Şəbəkəsinin xidmətləri bərpa edilib. Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində Ukraynanın dövlət və maliyyə qurumları da Rusiya Federasiyasından olan hakerlərin kütləvi hücumlarına məruz qalıb…
 
NATO müdafiəni tələsmədən gücləndirir…
 
Baltikyanı rəsmilər NATO-dan əlavə qoşun, silah və hava hücumundan müdafiə sistemi tələb ediblər. Artıq Litvada NATO-nun döyüş qrupuna rəhbərlik edən Almaniya ölkənin müdafiəsinə töhfəsini artıracağını bəyan etsə də, Litvaya əlavə qoşun göndərməyə tələsmir. Bölmələr Almaniyada yerləşəcək və işğal halında o ölkəyə yollanacaqlar…
 
Nausėdanın fikrincə, indi ümumilikdə Baltikyanı ölkələr və xüsusən də Litva üçün ən vacib şey müttəfiqlərdən “Baltikyanıda daha aydın öncül mövcudluqlarıyla" bağlı  aydın təminat almaqdır”.
 
"Biz bu qoşunların daimi əsasda olmasında çox maraqlıyıq", - deyə Litva lideri vurğulayıb.
 
Ned Prays: “NATO-nun bir üzvünə hücum hamıya hücumdur…” 
 
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın hərbi təcavüzü halında Amerikanın Litvanı dəstəkləməyə hazır olduğunu bildirib və ABŞ-ın Şimali Atlantika Alyansının 5-ci maddəsinə sadiq qaldığını vurğulayıb. Həmin maddədə NATO üzvlərindən birinə hücumun alyansın bütün üzvlərinə hücum kimi anlaşıldığı qeyd olunur. Lakin elə indi, Litvada NATO kontingentinin kifayət qədər məhdud olduğu və alyans rəsmilərinin onu necə gücləndirəcəyi barədə düşündüyü və prinsipcə, Rusiyanın qəfil hücumuna inanmadığı bir vaxtda Moskva qəfil zərbə endirə bilər. Axı gözlənilməzlik hərbi taktikanın əsas elementlərindən biridir ki, bu da məhdud resurslar və ciddi cavab tədbirləri riskləri ilə uğur əldə etməyə imkan verir.
 
Litvaya mümkün hücum olacağını nələr göstərir?
 
Belaruslu hərbi ekspert Yeqor Lebedok qeyd edir ki, gözlənilmzliyə nail olmağın yolları arasında məhz Belarus sərhədində baş verənləri qeyd etmək olar:
 
-öz qoşunlarının hazırlığının artırılması və düşmənin hazırlığının azaldılması;
-niyyətlərini düşmən üçün mümkün qədər qeyri-müəyyən etmək.
Yeqor Lebedok: “NATO-nun qeyri-müəyyənliyi Rusiyanın gözlənilməz zərbəsini “buraxmaq” şansını xeyli artırır”.
 
"Belarusda tez bir zamanda zərbə qüvvəsi yaratmaq üçün Rusiyanın ən qısa müddətdə edə biləcəyi əlavə qoşunların göndərilməsi kifayətdir. Rusiyanın düşməni kimi NATO-nun hazırlığı informasiya əməliyyatları, ilk növbədə  Belarusun Ukraynaya ehtimal edilən müdaxiləsi haqqında dezinformasiya bununla əlaqədar sakitləşdirici tədbirlərlə sayəsində artıq azalıb”, - deyə Lebedok Telegram kanalında yazır.
 
Ekspert qeyd edir ki, düşmənin qeyri-müəyyənliyi gözlənilməz zərbəni “buraxmaq” şansını xeyli artırır. Diqqətin dağılmasından  ötrü əlavə faktor kimi bir sıra siyasətçilərin və politoloqların Lukaşenkonun Putinə kömək etmək və hərbi münaqişələrə qarışmaq istəməməsi ilə bağlı açıqlamaları ola bilər. Bununla belə, özünü Belarus prezidenti elan edən şəxsin Kremlin ağasından siyasi və iqtisadi asılılığını nəzərə alsaq, bu,  hücum etmək üçün uyğun anı gözləyən Putin və Lukaşenkonun qəsdən yaydığı dezinformasiya ola bilər.
İşğaldan sonra nə baş verəcək?..
 
Lebedokun qeyd etdiyi kimi, gözlənilməz zərbədən sonra NATO rus qoşunlarının və avropalı mülki əhalinin olduğu şəhərləri azad etməli olacaq. Bunu da mülki insanları öldürmədən etmək son dərəcə çətinlik yaradacaq…
 
"Mülki əhalinin öldürülməsi təhlükəsi hərbi əməliyyatlarda və danışıqlara sövq etməkdə ciddi maneə törədən amil olacaq ki, bu da sonda Krımın nümunəsində olduğu kimi, Baltikyanı mövzusunu da daha yaxşı vaxtlara qədər formallığa çevirə bilər", - deyə  ekspert izah edib. .
 
Litvaya hücumun nəticələri Kreml üçün ölümcül ola bilər…
 
Bununla belə, hərbi ekspert Oleq Jdanov əmindir ki, Rusiya Litvaya hücum etsə, bunun nəticələri Kreml üçün ölümcül olacaq.
 
"NATO dərhal müharibəyə qoşulacaq. İlk olaraq almanlar döyüşə  girəcək, çünki Litvada AFR-nin tank taboru var. Və yaxın gələcəkdə o, briqada sayına qədər artırıla bilər", - Jdanov belə deyib. .
 
Oleq Jdanov: “NATO təyyarələri Moskvaya qədər bütün Rusiyanı əhatə edəcək”.
 
Ekspert onu da qeyd edib ki, ABŞ əsgərlərindən ibarət bir tabor qonşu Estoniya ilə sərhəddə yerləşdirilib.
 
"Latviyada isə - NATO-nun aviasiya qanadı mövcuddur. Təyyarələr havaya qalxsa, Moskvaya qədər bütün Rusiyanı əhatə edəcəklər. Putin bunu başa düşür. O ki, intiharçı deyil. Ona görə də Litva ilə müharibəyə başlamayacaq", - deyə Jdanov əmin edib.
 
Vadim Karasev: “Təhlükə real olsaydı, Qərb kəşfiyyatı artıq bu barədə məlumat verərdi...”
 
Politoloq Vadim Karasev də Rusiyanın Litvaya hücumunun çətin  ehtimal olunduğunu  hesab edir.
 
"Bu, NATO ilə birbaşa hərbi toqquşmadır və bu, dünya və nüvə müharibəsinə gətirib çıxara bilər, həm Rusiya, həm də Alyans bundan qaçmağa çalışır", - ekspert  izah edib.
 
Politoloq qeyd edib ki, təhlükə real olsaydı, Qərb kəşfiyyatı artıq bu barədə məlumat verərdi.
 
"Xarici kəşfiyyat orqanları Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı xəbərdarlıq etmişdi. Və belə də oldu. Əgər Rusiya və Belarus Litvaya hücuma hazırlaşsaydı, Qərb artıq aktiv şəkildə müdafiəyə hazırlaşardı. Hələlik şərq cinahının gücləndirilməsi tələsmədən gedir" - Karasev belə deyib.
Ekspertin fikrincə, Belarusdakı nümayişkaranə hərbi aktivliyin arxasında Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin Donbassdakı bölmələrini gücləndirə bilməmək üçün bu istiqamətdə Ukrayna qoşunlarının bir hissəsini geri çəkmək istəyi dayanır.
 
"Kalininqrad tranzit qalmaqalı fonunda Litva Avropanın şərq cinahının güclənməsi zamanı daha çox yardım almaq və NATO-nun daha vacib oyunçusu olmaq üçün diqqəti özünə cəlb etməyə çalışır. Litvanın burada hesablaması geosiyasidir", - deyə Karasev yekunlaşdırıb.
 
Tərcümə və təqdim etdi: 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”-bəstəkarın qızı onları məhkəməyə verir+FOTO+ÖZƏL
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:41, Bu gün
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:17, Bu gün
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:35, Bu gün
Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
25 Apr 2024 | 18:21
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
GÜNLÜK
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 11:41
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 11:39
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
25 Apr 2024 | 11:27
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 11:41
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 11:39
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
25 Apr 2024 | 11:27
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO